koşflər belə ən ümumi dünya şüurundan gələ bilər - bunu hansısa
adamların əqli qəbul edir. Bu konsepsiya dinə olduqca yaxındır : “ən
ümumi şüurun” mövcudluğu çox vaxt belə bir taktla izah edirlər ki,
çox böyük gözlənilməz kəşfləri bəzən eyni vaxtda dünyanın
müxtəlif yerlərində yaşayan adamlar edirlər. Yeni öyrənmək
nəticəsində yox, öz - özünə gəlir. Çox vaxt bu yeni deyil, lap çoxdan
məlum olanların daha dərindın anlaşılmasıdır. Bu adətən insanın
Allahla və Təbiətlə tək qaldığı məqamlarda gəlir. Mistik anlama
hələ qədim Yunanıstanda məlum olmuşdur. Platon əsli və həqiqəti
dərk etmək bacarığına inanırdı, ancaq bunun da həddi var idi. O belə
hesab edirdi ki, ali bilikləri yalniz mistik qavrayişla qəbul etmək
olar. Din və elm bu cür mənbəyi müxtəlif cür adlandırır - Allah və ya
ən ümumi şüur - əslində ən ümumi əql yalnız Allaha məxsusdur.
Həqiqi alim mömin olmaya bilməz. Təbii qanunlar və Allah
qanunları eynidir. Çoxları dini kitabları oxumadığından bəzi
həqiqətləri yaxşı anlamırlar - ancaq burada da ehtiyatlı olmaq
lazımdır. Son vaxtlar gənclərdə kor - koranə dinə bağlılıq hiss
olunur. Onlar hansısa müqəddəs kitabı oxumadan kimlərdənsə
eşitdiklərinə əsasən Müqəddəs yazıla haqqinda fikir söyləyir,basqa
dinləri,onlarin müqəddəs kitablarını az qala təhqir səviyyəsində
tənqid etməkdən belə cəkinmirlər.Allahla,ruhla bağlı hər hansı şərhi
məktəb proqramlarindan çıxarılmışdır-ali məktəb tələbələrinin dinin
sirrlərindən uzaqlaşdirilması kampaniyasi aparılır,səhv olaraq
uşaqlara və gənclərə qəbul etdirilir ki, dinə yox elmə inanmaq
lazımdir.Allaha inanan alimlərin,fllosolların adlari hamidan gizli
saxlanılır. Nyutonu dini ehkamlari dağidan alim kimi təqdim edirlər,
ancaq onun ilahiyyətlə bağli əsərlərindən danışmırlar.Darvinin
nəzəriyyəsi səfehlik dərəcəsində təhrif olunur, onu dinə qarşı çıxan
kimi təqdim edillər. Məktəbi qurtarandan sonra da gəncləri
nəzarətdən buraxmayib müəyyən ideologiyanın təsiri ilə yaşamağa
vadar edirlər.Bütün təzyiqlərə
59
baxmayaraq insanlarda Allaha inanı qalmaqdadır. Onlar olumdan
sonrakı həyatla bağlı narahatlıqlarını gizlətmirlər.
Arxiyepiskop Luka insan həyatını iki hissəyə - Ruhi-bədən və
mənəvi ruhi hissələrə bölür.Bədənin ölümü ruhun birinci həyatindan
ikinci həyat hissinə kecməsidir.Bizim yerdəki həyatimizin sonu
haqqinda düşünərkən biz bədənin ölümü haqqında yox,
ümümiyyətlə ölüm haqqmda,nə isə qorxulu anlaşilmaz bir şey
haqqında düşünürük, bu təfəkkürün səhvidir və 0 bizi
qorxudur,gizlənmık istəyirik,”yaxşi olar bu haqda hec danişmayaq”
deyə düşünürük.Nəticədə biz ölüm haqqinda az bilirik,əslində orada
olan ən qorxulu hal naməlumluqdur- “Başima nə gələcək?”
Fikirləşmək və öyrənməkdən imtina etməklə biz nainəlumlugu daha
da kədərli və qorxulu edirik.Ona görə də çoxları üçün ən qorxulu
məqam ölümqabağı dövrdür - sağalmaz xəstəliyə düçar olduğundan
son məqama çatana qədərki dovr əzabli olur. Ancaq heç də hamı
qorxmur.Duzdür ölüm qorxusundan tam xilas olmaq mümkün
deyildir. Çünki bu qorxu zəruridir. Həyat insana nə isə etmək üçün
verilir, ölüm qorxusu öz həyatını qorumağa vadar edir. Öz
həyatlarmi zəhmətdə və basqalari üçün fadali işlərdə yaşayanlar elə
düşünürlər ki, burada bütün işlərini görüb- lər,onda ölüm
yaxinlaşanda onlar böyük qorxu hiss etmirlər. Həyat qiymətli
töhfədir. Onu qorumaq üçün bizlərə həm də olüm qorxusu
verilmişdir. Bu təbiidir. Pis odur ki, bəzən bu qorxu layiq
olduğundan güclü olur.Adamların əksəriyyəti saglam,gümrah
olanda, işləri yaxşi gedəndə olüm haqinda düşünmürlər. Fikirləşmək
arzusu yoxdur,vaxt yoxdur, bütün fıkr gündəlik qaygilarla
məşğuldur. Həm də bizim ictimai həyat elə qurulur ki, biz ölümü
gönnəyək. Yaxınlarımizdan kimsə ağır xəstələnir - əvvəllər evdə
müalicə edirdilər; anası, arvadı, əri ona qulluq edirdi. İndi ciddi bir iş
olan kimi xəstəxanaya qoyuruq, adam öləndə yaninda tibb bacisi,
sanitarkalar olur.Çox az hallarda həkim həmin an palatada
olur,ancaq ər,arvad,ana,uşaqlar yoxdur. Adam az qala kimsəsiz
rəhmətə gedir. Dəfn mərasimi,bəzi hallarda xoş sözlər deyilir və
beləcə dəfn olunur. Qəbrstanliğa gedənlərin sayi azalır.
60
Müasir sivilizasiya ölümün inkar olunmasina istiqamotlon-
dirmişdir. Çoxları bu həyaldan zövq almağa tələsir. Ölümlə bağlı
fikirlər yaşananda bunları etmək mümkün deyildir. Nəticədə biz
ölümü görmürük, onun haqqında danışmağa vərdiş edirik. Bunun
yaxşı və ya pis olması gələcək söhbətlərimizin mövzusudur.
Fikirləşmədən yaşamaq əlbəttə asandır. Ancciq ölüm lap yaxın və
labüd olanda - adam sağalmaz xəstəliyə düçar olanda - onu
qarşılamaq çətin olur. Xəstəlik əlamətlərinə - ağrıya həm də ağır
psixoloji vəziyyət əlavə olunur - ölüm qorxusu naməlumluq
qorxusudan lap şəlin olur. Təhlükə qəflətən yaxalayır. İnsan ölməyə
hazır deyildir. O, ölüm haqqında heç nə bilmir - insanın həyatında ən
ağır anlar başlayır. Nə etməli? Ona necəsə kömək etmək olar?
Ölümqabağı
çətinliyi
necə
yüngülləşdirmək
mümkündr?
Sakitləşdirici dərmanlar var, ancaq onların təsiri müvəqqətidir, onlar
heç nəyi dəyişdirmir, əksinə adamın qəlbi lap ağırlaşır. Əvvəllər din
xadimləri, həkimlər, tibb bacıları bacardıqları qədər kömək
edirdilər. İlk növbədə xəstəni nə narahat etdiyini, onun nədən
qorxduğunu, nə çatışmadığını, onun nə istədiyini başa düşmək
lazımdır. Onunla söhbət edəndə bunalar aydınlaşır - xəstə
danışdıqca xeyli yüngülləşir, yanına gələn qohumlar ölüm haqqında
danışmır, ona sağalacağını deyirlər. Onlar özləri ölümün nə
olduğunu bilmədiklərindən susmağa üstünlük verirlər. Xəstə isə
məhz ölümdən danışmaq istəyir - xəstə belə durumda özünü tək,
atılmış hiss edir. Onun ətrafında tam sükutdur. Hətta ən doğmalar
belə onunla ən xırda, mənasız şeylərdən danışırlar, əsas məsələyə
heç kim toxunmur. Ümidsiz xəstələrlə açıq söhbət daha yaxşı nəticə
verir - düzdür onu vaxtından əvvəl də dəfn etmək lazım deyildir. Bu
asan olmasa da mümkündür.istənilən xəstə labüd olanı qəbul etməyə
hazırlaşa bilər.
Allaha, axirıt dünyanın varlığına inananlar bu sakitliyə tez
qovuşurlar. Kyubler Ro.ss ölən adamın keçdiyi mərhələləri beş yerə
ayırır. Birinci mərhələ - çətin olan faktın inkar edilməsi, qəbul
edilməməsidir “Bircə mən yox”, “Bu xərçəng ola bilməz”. Bu
mərhələ vacibdir, o sarsıntını zəiflədir. Onsuz
61
Dostları ilə paylaş: |