hadisə üçün onu izah etməyə söz tapmaq lazımdır, bununla da
düşünmə prosesi başa çatır. Çox vaxt bu sözün təkrarlanması ona
vərdiş yaradır və daha heç bir sual yaranmır. Bəli insanın
problemlərdən uzaqlaşmaq, ona göz yummaq bacarığı var.
İnamsızlıq əqlin məhsulu deyildir, duyğu üstəgəl inanmaq
istəməməkdir. İngilislər deyillər ki, adamlar inanmaq istədiklərinə
inanırlar. İlahiyyatçılar belə hesab edirlər ki, insanın ruhi aləmini
qavramaq üçün təbii olan beş hiss orqanı ilə yanaşı həm də “altmci
hissə”malik olmalıdır-adamların əksəriyyətində bu hiss yoxdur.
Mən bu fikirlə razılaşmaq istəməzdim. Ruhun bu dünyada
varlığını qəbul etmək, duymaq hissi hamıda var, sadəcə olaraq
istifadə olunmayanda, məşq edilməyəndı o özünü göstərmir. İndiki
qarışıq dövrümüzdə çoxları həyatın mənəvi tərəfmə baxmağı az
qala unutmuşdur. Axı materiyadan üstün olanları qavramaq üçün
bilik və təcrübə zəruridir. İnamsızlıq heç vaxt biliyin nəticəsi ola
bilməz - əksinə. Dinə inanmayanlarla söhbət etsəniz əmin
olacaqsiniz ki, o heç bir müqəddəs kitabı oxumayıb, heç bir
peyğəmbərin həyatını bilmir, ümumiyyətlə bu “əfsanələrə” inanmır.
Ancaq “inanmaq” və “inanmamaq” üçün söhbətin nədən getdiyini
bilmək lazımdır. Əgər biz bir şeyi bilmədən onu həll ediriksə bizim
bu qərarın bizim üçün heç bir dəyəri yoxdur. Ancaq bir bilik,
həqiqəti öyrənməklə mənəvi həqiqətləri tam mənimsəmək
qeyri-mümkündür. Həqiqətlə, biliklə yanaşı təcrübə də lazımdır.
Dua etmək - Allahı dərk etmək təcrübəsidir. Əgər siz ruhun
varlığına şübhə edirsinizsə dua etməkdən başlayın. Dua insandan
üstün olan qüvvələrlə əlaqədir, onlara müraciətdir, kömək istəyidir
və siz mütləq onu alacaqsınız. Təbiətdən ayrılmamaq da Allaha
gedən yoldur. Hamıdan uzaqlaşıb tək qalmaqda bir təcrübədir -
sakitliyə çəkilin, öz fıkirlərinizlə qalın, onun axarı ilə gedin. Tək
qalmaq, özünə qapanmaq xirda qayğılardan, həyəcanlardan xilas
olmağın ən yaxşı yoludur. Hər axşam yatmazdan əvvəl parka çıxın,
tək hərlənin, sakitcə aydın səmaya baxıb
56
düşünün - onda gün orzində dork edə bilmədiklərinizi qısa müddətdə
anlayacaqsınız. İnamsızlığı həm də bizim elmə olam həddindən artıq
inamımız yaradır - söhbət həqiqi, obyektiv elmdən yox, ayrı - ayrı
nəzəriyyələrdən, hansısa alimin baxışlarından gedir. Çoxları üçün
alim sozü elmin sözünə bərabərdir və inam kimi qəbul olunur. Bu
düzgün deyildir. Alimlər də bizim kimi səhv edə bilərlər, bəzən
onlar bizdən də böyük .səhvlər edirlər, indiki dövrdə universal alim
olmaq qeri - mümkündür; bütün müasir alimlər - biliyin hər hansı
sahəsinin mütəxəssisləridirlər. Onlar bu sahədə zirvədə dayanırlar,
başqa sahədə onların bilikləri primitivdir. Bundan ba.şqa öz
ixtisaslarının detallarına alüdə olduqlarından bütövü dərk edərkən
çox şeyləri diqqətdən kənarda qourlar. Universal alimlər - demək
olar ki. adamların ölmüş cinsidir; müdrüklük və bilik eyni şey
deyildir. Əsil alim obyektiv və qərəzsiz hər hansı fenomeni, predmet
və hadisəni öyrənir, tədqiq edir, tədqiqatlarının nəticələrindən irəli
gələn məntiqi ümumiməş- dirmələr edir. Meç də bütün alimlər bizim
onlara olan etibarımıza baxmayaraq bu tələblərə cavab vermir. Heç
də hər bir professor, akademiki alim hesab etmək olmaz. Heç də hər
bir professor və akademik sözün həqiqi mənasında alim deyildir.
Aleksis Kervil “İnsan naməlumluqduf' kitabında alimlər haqqında
yazır : “Nəhayət ki, alimlər də - adamlardır, onlar böyük həvəslə
məlum nəzəriyyələrlə izah olunmayan faktların mövcud olduğunu
qəbul etmirlər. Hal - hazırda llzioloji proseslərin fiziki, kimyavi
aspekti ilə məşğul olanlar telepatiyanı və digər metafizik
fenomenləri illyuziya kimi qəbul edirlər. Qeyri - ortodoksal görünən
ən aydın faktları belə onlar qəbul etmirlər’. Yeni hadisələri daha çox
mütəxəssislər qvƏbul etmirlər : onlar ciddi şəkildə inandıqlarının və
başqalarına öyrətdiklərinin səhv olduğunu etiraf etmək istəmirlər.
Onlar uzun müddət aydın olanları qəbul etmədiklərinə görə elmin
inkişafını ləngitmişdirlər. Bir neçe nümunəyə nəzər salaq.
57
XIX əsrə qədər adamlar meteoritlərin mövcudluğuna inanmaq
istəməmişlər, onların yerdə izlərini, bəzən
meteoritlərin özlərini görsələr də bunu qəbul edə bilmirdilər. Onlar
“göydən yerə daş düşə bilməz, çünki orada daş yoxdur” deyən 0
dövrün alimlərinə kor - koranə inanırdılar. Qədim dövrün
müdrükləri daha ağıllı olub meteoriti hər hansı Allahın qəzəbi kimi
qəbul edirdilər. Səhv izah versələr də, faktın varlığını qəbul
edirdilər. Biz hər biriniz bütün sahələrdə özümüzə yenidən nəzər
salmalı, heç nəyi atmamalı və qərəzli yanaşmamalıyıq. Mistik
fenomenləri də tədqiq etmək mümkündür. istənilən elmin məğzi
nəzəriyyələrdən çox yeni faktların aşkar olunmasında, onların
mənimsədiləsində və biliklər toplanmasındadır. Vaxtaşırı kəşf
olunan hər bir yenilik vaxtı nəzəriyyələrə yenidən nəzər salmaq,
onları dəyişdirmək, hətta lazım gələrsə tamam atmaq lazımdır. Bu
indi insan orqanizminin ölümü ilə məşğul olan tibb elminin
sahəsində baş verir. Elmin tərəqqisi üçün nəzəriyyələr də lazımdır,
ancaq onların yalnız köməkçi əhəmiyyəti var və lazım gələndə
dəyişdinnək vacibdir. İlk idrak mənbəyi - elm və din mövcuddur. Öz
elmi əsaslarını yaradan materialistlər belə hesab edirlər ki, elm və
din bir - birinə ziddir - çoxları bu gün buna inanır. Əslində isə bu
belə deyildir. Din bir çox elmi nəzəriyyələrlə barışmır - bu o demek
deyil ki, o bütövlükdə elmi və yeni elmi məlumatları rədd etmir.
Onlarin arasında heç bir ziddiyyət yoxdur, əksinə onlar bir - birini
tamamlayır. İki möhtəşəm qüvvə - elm və din müasir sivilizasiyanı
müəyyan edir və fonnalaşdırır. Elm vasitəsilə adamlar dünyanın
sirrinə daxil olmağa, din vasitəsilə yaradanı dərk etməyə cəhd
edirlər. Bu qüvvənin hər biri bir -birindən asılıdır. Mən dünyada ali
əqlin varlığını etiraf etməyən alimi və ya elmin tərəqqisini qəbul
etməyən ilahiyyatçını başa düşmürəm. Elm və din bacıdırlar, onlar
yaxşı dünya yaratmağa can atırlar. Elm yeni məlumatları adətən iki
yolla əldə edir, indi isə psixoloqlar, psixiatrlar üçüncü yolun
olduğunu bildirirlər. Bilik dərin anlama və hətta
58
Dostları ilə paylaş: |