Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə21/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   17   18   19   20   21   22   23   24   ...   167

qorxu və kədər böyük olar. Sanki nə isə xəstəliyə hücum etmiş kimi 

0  bunları  qəbul  edə  bilməzdi.  Onun  qorxusunu  başa  düşür  və  ona 

kömək edir. Birinci sarsıntı keçmədən sonra həyəcan başlanır. “Nə 

üçün məhz mən? Nə üçün başqaları yaşayacaq, ancaq mən öləcəm?” 

Bu  ikinci  mərhələdir  -  etiraz.  Bəzən  xəstə  Allaha  qarşı  çıxır,  onu 

ədalətsizliklə  günahlandırır.  Xəstənin  Allaha  qarşı çıxması  hamını 

ondan  uzaqlaşdıra  bilər.  Bu  səhv  oladı.  Bu  mərhələ  də  labüddür, 

çətin  olsa  da  tez  keçir.  Etiraz  qığılcımı  sönəndən  sonra  üçüncü 

mərhələ başlayır - vaxt üçün xahiş. Xəstə hər şeyi başa düşür, anaq 

bir az möhlət istəyir. O, Allaha yalvarır, Onunla danışır - bəlkə də 

əvvəldən  heç  vaxt  Allaha  müraciət  etməzdi.  O  söz  verir  ki,  əgər 

möhlət  verilsə,  yaxşı,  layiqli  yaşayacaqdır,  onda  inam  rüşeymiəri 

yaranır, inanmaq istəyi - bu vaxt onu sevənlər, möminlər ona daha 

çox  kömək  edə  bilərlər.  Dördüncü  mərhələ  depresiyadır.  Xəstə 

zəifləyir və bunu başa düşür “Bəli mən öləcəm”. Artıq etiraz yoxdur, 

yalnız qəm, kədər var. Doğmalarını, sevdiklərini qoyub gedəcəyinə 

heyfslənir, pis hərəkətlərindən peşman olur, başqalarını incitdiyinə 

görə  heyfslənir.  Artıq  sakitləşib,  tək  qalmaq  istəyir,  başqalarını 

eşitmək istəmir. Kənarda olanlardan uzaqlaşmağa, özünə qapılmağa 

çalışır. Sonunsu mərhələ - qəbul etməkdir. “Artıq lap tezliklə, qoy 

olsun”  o  sakitdir.  Bu  xoşbəxtlik  vəziyyəti  deyil,  ancaq  özünü 

bədbəxt də hiss etmir. Əslində bu onun qələbəsidir. Bu mərhələdə 

yaxınlarının  köməyi  daha  çox  lazımdır.  Xəstə  tək  də  qala  bilər, 

ancaq yanında kiminsə olması ona xoşdur. Lap sakitcə oturmaq da 

olar. Xəstə yatanda belə yanında kiminsə olmasını hiss edir. Bəzən 

də o tək qalıb dua etmək, Allaha yaxınlaşmaq istəyir. 

Əlbəttə  deyilən  mərhələlər  yalnız  sxemdir,  həm  də  həmişə 

onlar ardıcıl gəlmir. Bəzən o heç olmur - məsələn, avtomobil qəzası 

vaxtı  bunlara  ehtiyac  qalmır.  Mömin  adamlar  üşün  bu  mərhələni 

bilmək vacib deyil - belə ki, onlar ölümdən sonra həyatın varlığına 

inanmırlar. Ona görə də lap əvvəldən ölümdən qorxmurlar. Bəzən 

onu sevinclə qarşılayırlar. “O biri dünyada” olanlar və yenidən bura 

qayıdanlar öz üzərlərində can vermə və ölümü yaşayanlar ölümdən 

daha qorxmurlar. 

62 



Onlardan biri hotta “Ogor bu ölünuliirso, onda heç də pis deyildir’ 

demişdir. Bəli, xəstəlik insanın xarakterini dəyişir, vaxtının məhdud 

olduğunu hiss edən adamların həyata baxışı fərqli olur. Hissiyyatları 

güelənir.  Əldən  buraxdıqları  imkandan  peşiman  olur,  başqalarına 

etdikləri  pisliyin  acısını  çəkirlər.  Təbiət  gözəlliyi  daha  güclü 

qavranılır,  məhəbbət  güelənir.  Bəli,  xəstə  adamın  xarakterinin 

dəyişməsi aydındır - nə qədər sağlam, xoşbəxt yaşadıqsa da başımız 

gündəlik  qayğılarla  məşğul  idi.  Ağır  xəstə  özünün  insanlara 

münasibətinə nəzər salır. Gələcək işlərini düşünür. Ölümün yaxında 

olduğunu  duyan  adam  üçün  həyat  maraqsız  və  əhəmiyyətsiz 

görünür. Hisslər daxilə, özünə yönəlir. Həyat və ölümün mənasını 

dərk  etmək  istəyi  yaranır.  Allah  və  ruh  haqqında  düşünməyə 

başlayır.  Ölüm  yaxınlaşdıqca  adamlar  mənəvi  yetkinləşir.  Can 

vermə  ölümün  yüksəliş  mərhələsidr.  Söhbət  mənəvi  və  əqli 

yüksəlişdən  gedir.  Ölüm  başqa  fikirlər  və  əmrlərlə  yaşamağa  bizi 

vadar edən şəraitdən bizim həqiqi “Mənfimizi azad edir. Daha heç 

kəsə  oxşamağa,  kiminsə  etdiklərini  təkrarlamağa  çalışmırıq, 

özümüz  oluruq,  cəmiyyətin  bizə  geyindirdiyi  düyünü  açırıq, 

özümüzü dərindən dərk edib azad yaşayırıq. Yaxşı olardı ki bütün 

bunları çox-çox əvvəldən dərk edib mənəvi yüksəlişə nail olaydıq. 

Həyatın mənasi yalnız burada yüksəlməklə, inkişaf etməklə bitmir. 

Bədənin  ölümündən  sonra  axirət  dünyasında  yaşamağını  davam 

etdirən ruh inkişaf etmək imkanı əldə edir. Bunu inkar etməklə biz 

həyatımızın son hissəsini mənasız və çətin edirik. 

Həyatmm  sona  yaxınlaşdığını  hiss  edən  adamda  iki  imkan 

qalır  -  passiv  halda  ölümü  gözləmək  və  ya  qalan  vaxtdan  tam 

istifadə etmək. Bu təkcə xəstələrə yox, hamıya aiddir, axı yaşamın 

hər  günü  bizi  ölümə  yaxınlaşdırır.  Ölüm  yaxın  olanda  insanın 

mənəvi tərəfləri açılır, o Allaha, insanlara yaxın olur. Hər bir yaşın, 

həyatın  hər  bir  mərhələsinin  yaxşı  və  pis  tərəfləri  var.  Hətta  son 

dəyişmənin də öz gözəlliyi var. Həyatın mənasını yalnız ölümdən 

sonra hətyatın verdiyini qəbul etməklə dərk etmək olar. Həyatda ən 

ağır əzabların da gözəlliyini duymaq lazımdır. Son məqamda olan 

əzab və son 

63 



ağrıları müşaiyət edən əzab da mənasız deyildir. Vaxtı amansız deyə 

qınayanlar çoxdur. O isə aramızda irəliyə doğru gedir, sadəcə olaraq 

biz onun nəbzini tuta bilmirik. Çox vaxt ən böyük istəyimizi kiminsə 

xatirinə  sonraya  qoymaqla  ondan  uzaqlaşır,  sonra  isə  onu  həyata 

keçirməyə vaxtımız qalmır. Ölümlə bağlı deyilən fikirlər sizdə ruh 

düşkünlüyü  yaratmamh,  əksinə  bu  həyat  üçün  ayrılan,  sizə  təklif 

olnun gözəlliyi yaşamağı öyrətməlidir. Ən azı son məqamda çevrilib 

arxaya  baxarkən  təəssüfiənməmək  üçün  ömrünüzü  yaşamağı 

öyrənin, heç olmasa ruhunuzun xatirinə bunu edin. Heç olmasa o biri 

dünyada  onun  həyatına  sevinc  bəxş  edin.  Qarşılaşdığım  haq 

sızlıqdan,  mənə  qarşı  olan  biganəlikdən  yorulduğum  anlar  olur. 

Məni  yaşamağa  vadar  edən  bir  hiss  var  -  bu  da  möhtəşəm  hc.sab 

etdiyim məhəbbətdir. Sevməyi bacaran, sevən və sevilənlər heç vaxt 

ölümdən  qorxmurlar,  məhz  məhəbbət  in.sanın  həyatını 

zənginləşdirir. 

Sizin ölümdən qorxmağa haqqınız yoxdur. 

Əsrlər  boyu  insanları  vahimədə  saxlayan  ölüm  sizin 

məhəbbətinizin qarşısında məğlub olacaqdır. 

Yalnız  sevənlər,  məhəbbətin  nə  olduğunu  duyanlar  özlərini 

xoşbəxt hiss edirlər. 

Yaşamaq  keçən  günlərin  arxasına  baxmaq  yox,  ona  yeni 

gözəllik verməkdir. 

Allah  yalnız  həyatı  sevənləri,  ölümü  sevinclə  qarşılama- 

yanları daha çox sevir. 

Rahat ölüm gözəl yaşanan ömrün vurulan son akkordudur. 

Ən əsası ölümü dərk edin, onda həyatı və ölümü də dərk edib 

onları  sevə  biləcəksiniz;  inanmaq  istədim  ki,  ölüm  fenomeninə, 

onun sirlərinə bələd olduqca bu hisslərimiz daha da güclənəcəkdir. 

İnşallah! 

64 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə