adamlarla ünsiyyətdə istifadə etdiyimiz ifadə vasitələri axirət
dünyasında da olan reallığa uyğun gəlir. Deməli bizim o dünyanı
dərk etmək imkanımız yoxdur? Deməli biz „o biri dünyada hər şeyi
burada olan kimi qurulub” deyənlərə inanmamalıyıq? Yox belə
deyildir. Məsələ daha dərindir. Verilən təsvirlər əsasında bütün
bunları nə demək olduğunu anlamğımız vacibdir. Bunları düzgün
başa düşəcəyimizə kim zəmanət verə bilər? Hansı materiallar
əsasında onun düzgün olmasına əmin olmaq olar? Əlbəttə düşünən
adam hər hansı maraqlı sərgüzəştləri və faktları eşitməklə
kifayətlənmir, həm də bu sərgüzəştlərin və faktların yaşadığı bu
dünyadakı yerini aydınlaşdırmağa çalışır. Yalnız bu yolla düzgün
dünya anlamı, dünyagörüşü formalaşır, bu da insanın bu dünyadakı
yerini başa düşməsi üçün lazım olan zəruri şərtdir. Aydındır ki, bu
cür düzgün anlayışın olması insanın düzgün davranışından söhbət
gedə bilməz: axı davranış dərk etmədən, anlamadan irəli gəlir. Ona
görə də belə düşünürəm ki, oxucuya maraqlı faktlar bildirmək əsas
deyil- bu yalnız dedektiv romanlar üçün əsasdır, belə ki, burada daha
heç nə tələb olunmur. Düşünən oxucular üçün isə faktlar və
hadisələrin özünü başa düşmək vacibdir- onlar arasındakı əlaqəni,
ətrafda baş verənləri, özünüzdə olan dəyişdikləri anlamaq zəruridir.
Ona görə də yalnız faktları və hadisələri təsvir etməklə
kifayətlənmək olmaz, daha vacib olan “necə” və “nə üçün” suallarını
müzakirə etmək lazımdır. Həyat və ölüm problemi ilə bağlı
baxışlarımızı genişləndirə bilən bəzi faktlara nəzər salaq.
Müxləlif mənbələrdə bir nəfərin öz həyatını başqasına verməsi,
daha dəqiq, sözün həqiqi mənasında onun üçün ölməsini təsvir edən
hadisələrə rast gəlirik. Bu yalnız o zaman ola bilər ki, insan bunu
könüllü həyata keçirsin. Belə hadisələrdən biri Çingiz xanın
dövrünün hadisələrinin təsvirinə həsr olunmuş “Məxvi deyimlər”də
rast gəlirik. Bu mənbədə deyilir ki, çingiz xanın oğlu Uqedey bərk
xəstələnəndə şaman deyir ki, onu yalnız bir yolla xilas etmək olar:
ona yaxın olan
47
doğmalardan kimsə onun ölümünə səbəb ola biləcək xəstəliyi özünə
götürsə, xəstəni xilas etmək olar. Xəstənin doğma qardaşı buna razı
olur. Onun adı Toluy idi. Yerdə qalan işlər şamana aid idi. Onlar su
hazırladılar- Toluya cadu etdilər- Toluy cadu oxunan su qabını iki əli
ilə şamandan alıb içdi. Bu hərəkətin nəticəsi yaxşı oldu: ölüm lazım
olmadı, ən əsası buna hazırlıqdır. Kitabda deyilir ki, doğma qardaşın
öz qardaşı üçün ölməyə hazır olması ölümə bərabərdir. Beləcə
Uqedey mümkün ölümdən xilas oldu.
Roma yazışısı Svetoni “On iki Sezarın həyatının təsviri”
kitabında buna oxşar epizod təsvir etmişdir: Sezar Kalaqula bərk
xəstələnir, “bütün xalq sarayın yanında gecələyirdi, onun sağlığı
uğrunda mübarizə aparacağına söz verənlər də çox idi, bəziləri isə
ona görə həyatlarını qurban verməyə hazır olduqlarını bildirirdilər”.
Klinik ölüm keçirən adamlar üzərində aparılan müşahidə göstərir ki,
bu hadisədən sonra onlar xeyli dəyişirlər. Adətən bu vaxta qədər
ölümdən sonra həyatın olması haqqında düşünməyənlərdə daha çox
dəyişdiklər olurdu. Katolik ilahiyatçıların dediyi bir fikir lap yerinə
düşərdi: “Kim ölənə kimi ölürsə, can verərək ölmür”. Klinik ölüm
təcrübəsi adamların həyatını dərin və mənalı etmişdir, bundan sonra
onlar daha çox fəlsəfi problemlər ətrafında düşünməyə başlamışlar.
Bu hadisə olandən sonra onlar həmişə düşünürlər ki, necə yaşayıblar
və bundan sonra necə yaşayacaqlar. Bu vaxta qədər hamı öz
həyatından razı olmuşdur. Heç kəs fikirləşmirdi ki, bu dünyaya o
lazımdır, bu dünya üçün nə isə etməlidir, sadəcə olaraq necə
istəyirdisə, eləcə də yaşayırdı- lakin öləndən və qayıtdıqdan sonra
onun həyata baxışları dəyişmişdir: öz davranışları, hərəkətləri
haqqında fikirləşməyə başlayır, hər şeyi yalnız özü üçün yox, hamı
üçün yaxşı etməyə çalışır. Ölümlə üzləşən hər adam, praktiki olaraq
onların hamısı bu həyatda məhəbbətin vacibliyindən danışırlar.
Onlar əmin olurlar ki, bilik olduqca gərəklidir. Hətta buruda əldə
olunan biliklər orada da lazım
48
olur. Əksər xalqlarda da maariHəndirmə adlanan adət də var idi- bu
şəxsiyyəti dəyişən ritual idi. Bunu adətən uşağın anadan olduğu
vaxta, sürət vaxtına, cinsi yetginliyin -yetişdiyi vaxtı, nigaha girdiyi,
ikinci yetginlik, ölüm vaxtına salırdılar. Bu adət belə keçirilirdi:
birinci mərhələdə maaritləndiriləni hamıdan ayırırdılar: bu təcrid
etmə həftələrlə, aylarla davam edirdi. Bu vaxtı onları
maarifləndirmənin
sonrakı
mərhələsində
üzləşəcəklərinə
hazırlayırdılar. Onlara deyirdilər ki, onlar məlum olmayan əraziyə
daxil olacaqlar. Hamı bu ərazidən danışmağa cəhd edirdi. Bu söhbət,
əfsanə ritual mahnıları formasında keçirilirdi. İkinci mərhələ
həlledici idi və “keçid” adlanırdı. Bu vaxt şüuru dəyişmək üçün
müxtəlif metodlardan istifadə olunurdu: yuxudan məhrum edilir,
əzab verilir, zədə vurulur və s. Emosional və fiziki stress xatirinə nə
gəlirdi etmək olardı. Bu sınaqdan keçənlər əzablara, işgəncələrə
dözməli idi. Hər şey yeniləşmiş və şəxsiyyətin yenidən doğulması ilə
başa çatırdı. Üçüncü mərhələdə maarifləndirilə bilənin cəmiyyətə
qovuşması baş verirdi. Bütün bu rituallar yalnız ictimai xarakter
daşımırdı- onlar adamı ölümə hazırlayırdı. Bütün bunları keçənlər
dərk edirdilər ki, ölüm şəxsiyyətin mövcudluğunun birdəfəlik sonu
deyildir, sadəcə olaraq şüurun başqa vəziyətə keşməsidir. Bir çox
dinlərdə də adamları ölümə hazırlamaq üçün müxtəlif rituallar
həyata keçirilirdi.
Şübhəsiz ki, ilk baxışdan qəribə görünən klinik ölüm vaxtı
keçilən hissləri qəbul etmək istəməyənlər, onu şəxsiyyətin və ya
ruhun həyatı kimi yox, başqa cür izah etməyə cəhd edənlər də çox
olmuşdur. Elə adamlar var ki, onlar heç vaxt ruhun, hətta müşahidə
olunan, aydın görünən təzahürlərini belə qəbul etmək istəmirlər.
Tənqidçilər bütün bu xəbərləri fantaziya, alimlərin əsərlərini isə
sensasiya yaratmaq istəyi və ya pul qazanmaq kimi təqdim etdilər.
Lakin ruhlarla bağlı məlumatlar çoxaldıqca onlar ittihamlardan əl
çəkməyə məcbur oldular, belə ki, hamı etiraf etməli oldu ki, bu
hadisələrdə “nə isə” var. Beləliklə fenomenin varlığı ilə razılaşmalı
oldular və bundan
49
Dostları ilə paylaş: |