ki, ölənlər adətən keçmiş yüzilliklərə gedirlər. Klinik ölüm keçirən
adamlarla söhbətindən bu qənaətə gələn müəllif ruhun bədəndən
bədənə
keçməsi faktlarına da münasibətini
bildirmişdir. Bir qadın klinik ölüm vaxtı qədim Roma şəhərindəki
səhnəni xatırlamışdır. İngilis həkimi Fribon yaşlı qadının klinik
ölümdən sonar çoxlarına məlum olmayan dildə şeir yazdığını
söyləyir: bu hind dillərindən olmuşdur. Ruhun bədəndən bədənə
keçməsi təliminin tərəfdarları sevinmişlər ki, bu fakt onların təlimini
təsdiq edir. Ancaq sonradan məlum olmuşdur ki, bu qadın üç yaşına
qədər hind mənşəli dayə yanında olmuş, öz dayəsi ilə onun dilində
söhbət etmişdir. Sonradan İngiltərəyə gəldiklərindən o bu dili tamam
unutmuşdur - görünür yaddaşda bu dil saxlanmışdır. Ölümdən sonra
ruhların taleyi ilə bağlı yüzlərlə söylənilən faktlar olsa da hələlik
onların tam elmi izahı verilməmişdir. Gələcək bütün deyilənlərin
həqiqətə nə qədər yaxın olduğunu göstərəcəkdir. Bir fikirlə təsəlli
tapırıq: gec - tez bu sualların səmərəli izahı veriləcəkdir. Elmin
inkişafının əvvəlki tarixi bizdə belə bir inam yaratmışdır - axi elm
hələ çox gəncdir.
Haqqında danışdıqlarımız məsələlərlə bağlı dini, mistik
təlimlərlə yanaşı yalançı elmi və ya elmə bənzər kimi xarakterizə
olunan baxışlar da vardır. Onların fərqli xüsusiyyətləri ondan
ibarətdir ki, bu baxışların tərəfdarları inam 'və həqiqətə oxşar mühit
yaratmaq üçün bir çox elmi məlumatlardan istifadə edir, çox vaxt
düşüncənin elmi metodlarından istifadə edirlər. Bu baxışların elmə
uyğun olması da onun müəlliflərinə böyük uğur qazandrmışdır.
Bizim günlərdə elm xeyli gücə malikdir və ictimai şüurda dünya
haqqında , təbiət və cəmiyyət haqqında həqiqi biliklərlə əməyin
məhsuldarlığının və adamalarm həyat şəraitinin yaxşılaşması sıx
əlaqələndirilir. Ona görə də kimsə elmi tədqiqatlara söykənərək fikir
söyləyəndə ona adamlar həvəslə qulaq asırlar və inanırlar. Son
vaxtlar elmi dərəcəsi olan adamların, xüsusən elmlər doktorlarının,
akademiklərin çıxışlarına və dediklərinə
38
inananların sayı dumıadan artır Ümumi elmi baxışlara zidd olan vo
ya bir az da yumşaq desək onlara uyğun gəlməyən məlumatlar və
rəylərə əsasən elm adından çıxış edənlərin fikirləri maraq
doğurur.Onlar belə hesab edirdilər ki,’’həqiqi həyat” bizə məlum
olan yerdəki həyatdan xeyli uzundur - deməli ölümdən sona həyat
mümkündür,hər bir adamın və bütövlükdə bəşəriyyətin həyatı
ölməzdir.Düzdür onların gəldiyi bu qənaət elmi araşdırma,təsdiq
tələb edir-ancaq heç bir tətqiqat aparmadan,qətiyyətlə bu mövqedən
çixiş edən alimləri heç də hamı qəbul etmək istəmir.B.İ.İsakov və
A.F.Oxatrin axirət dünyasının varlığını əsaslandırmaq üçün kifayət
qədər yazı dərc etdirmişlər.Bclorusiya EA müxbir üzvü A.İ.Veynikə
görə “demək olar ki,bütün müqəddəs insanların ruhları hal- hazırda
yaşayırlar”.K.Korotkov axirət dünyası ilə əlaqə yaratmaqla ölümdən
sonra həyatın varlığını təsdiq etmiş- dir.Professor R.Qer isə belə bir
fikir söyləyir ki,axirət dünyası Yerdən təqribən 100 kilometr
hündürlükdədir.
1990-cı illərin sonlarında ABŞ laboratoriyalarının birində
ruhun çəkisinin olduğunu,yumurtaya bənzər formada olduğunu
təsdiq edən fikir söylənildi.L.Uotson müəyyən etdi ki,insanın
ölümqabaği və ölümdən sonrakı çəkiləri arasındakı fərcj 2.5-6.5
qramdır.Isakova görə ruhun çəkisi 10''^^
-10''" -a
qədərdir.I.Maşnikov və P.Lukyançenkonun fikrincə ölən tayfa
başçısının ruhu onun həmyerlilərinə uzun müddət təsir edə
bilir.Kalinovski “Ölməzliyin şahidləri” kitabında (1994) yazır
ki,”ölüm- şəxsiyyətin həyatının sonu deyildir,bu başqa formada olan
varlığa keçiddir”.Bəs fizikanın elementar hissəciklər və zəif
qarşılıqlı təsir bölməsi mütəxəssisləri yuxarıda adları çəkilən
alimlərin ölümdən sonrakı həyatla bağlı söylədikləri fikirlərə
münasibəti necədir?Susmaq,deyiIənlərə cavab venTiəmək,həmin
fikirlərlə
barişmaq
deməkdir?Bu
sensasiyalı
nəzəriyyələrə,fərziyyələrə və təcrübələrə inanmaq olarmı?Bir çox
alimlər deyilən nəzəriyyə və fərziyyələrin elmlə heç bir əlaqəsinin
olmadığını söyləməklə kifayətlənirlər - bunu həmin
39
adamların fantaziyası hesab edirlər.Maraqlıdır, bəşəriyyətin
tarixində böyük kəşflər,ixtiralar olmuşdur - hər bir yeni kəşflə
sonrakı ixtiralar arasında xeyli vaxt keçmişdinhəmin vaxtlarda da
kimsə hələ kəşf olunub təsdiq olunmayan bir şeydən danışanda hamı
onu tənqid etməyə tələsirdilər.Uzun illər ateistlər də heç bir izah
vermədən dinə qarşi səlib müharibəsi elan etmişdir - nəticədə
məğlub durumda qalanlar da elə ateistlər oldular.Bəlkə deyilən hər
hansi fikri rədd etməkdənsə ona hörmətlə yanaşmağı öyrənək.Elm
irəliyə doğru inkişaf edir - bu yolda ona nəzəriyyə və fərziyyələr
kömək edir - bunlar elmin kəşfiyyatçıları və onda olan
istehkamlandır.Məni çoxdan narahat edən problemlə bağlı ayrı-ayrı
fikirləri verməkdə məqsədim də hər bir söylənən fikirlərə hörmətlə
yanaş- mağimdan irəli gəlir.Çoxları mənə irad tutub “hamı yalnız
deyir,sübut isə əsaslı deyildir,o elmi təcrübədə sınaqdan keçməyibsə
onu qəbul etmək olmaz” söyləyə bilər! Əgər mən Biləcəridən 0
tərəfə getməmişəmsə bu o demək deyil ki, dünya elə burada
qurtarır”. D üzgün cavab deyil, müqayisə primitiv səslənir, çünki
Biləcəridən o tərəfə dünyanın varlığı sübut olunub”deyənlərə “bunu
da əvvəllər bilmirdik, kimsə kəşf edib dedi və inandıq.Elə isə nə
ücün klinik ölüm keçirənlərin dediklərini hallyustinasiya, xəyal daha
nələr, nələr adlandırıb onlara şübhə etməliyik.İstənilən hər bir adam
ardıcıl bir neçə müddət öz üzərində müşahidə aparsa həm ruhun
varlığına,həm də “o biri dünya” ilə olan əlaqəmizə inana
bilər.”Ovqat” verlişində Səyyarə xanımın “Bəzən hansısa bir
hadisənin şahidi olanda və ya kiminləsə rastlaşanda bizə elə gəlir
ki,bu hadisəni nə vaxtsa seyr etmişik və bu adamı hardasa
gönnüşük” sualına Hacı Sabir bütün bunları təxəyyüllə,fantaziya ilə
bağladı.Mənim Hacı Sabirə böyük hönnətim var,onun sifətindən
yayılan nur qəlbimi həmişə isindirir,ancaq cəsarət edib onunla bu
məsələdə razılaşmaq istəmirəm.Sualı harada və nə vaxt vennəyi
bilən Səyyarə xanıma isə bu yazını, yaxın gələcəkdə
reinkarnasiya,axirət möcüzələri ilə bağlı yazımı oxumağı xahiş
40
Dostları ilə paylaş: |