ancaq möcüzəli praktikalardan imtina etməli olurlar. Maykl
Bromli-keltli şamandır, yeddi il hind tayfalarında müalicə etməyi
öyrənmişdir. O adamları müalicə edir, ölənlərə kömək edir-ancaq
bunları necə etdiyini heç kimə demir. Onun fikrinin bu metodu
adamlara desə onlar bu ideyanı qəbul etməzlər. “Öz işimi gönnəyim
üçün mən onların yuxularına girməliyəm-bu yuxu görmədir. Ancaq
mən bunu onların icazəsi olmadan edə bilmərəm. O şüursuz
vəziyyətdə verilməlidir, sonra adamlar deyirlər ki, məni yuxularında
hiss ediblər”. Müalicənin məğzi ruhlarla işləməkdir-bunun üçün
şaman emosiyalardan və bağlılıqdan azad olmalıdır. Şaman bitəflik,
qərərsizlik etsə onun gücü zəifləyər.
Piter Xyu bir necə il qabaq Stenli Mellinqlə söhbət edərkən
mistik planda səyahət vaxtı baş verən sərgüzəştlərdən və başqa
dünyadan olan varlıqlarla görüşdən danışmışdır. Mellinq sağlam
gümrah, altmış səkkiz yaşlı kişi idi. Hadisə 1980-cı ilin yayında
başladı: o nahar vaxtı çörək yeyir və pəncərədən bayıra baxırdı. Əks
tərəfdə qoca qadın yaşayırdı ona naharı yerli xidmət gətirirdi. O
pəncərədən baxıb qadını görəcəyini düşünürdü. Qadının
pəncərəsindən onun silueti, kölgə kimi qaraltısı görünürdü, ancaq bu
həmin yaşlı qadın deyildi. Onun əvəzinə Mellinq rəhmətə getmiş
anasını gördü, ana ona tərəf baxırdı, Mellinq təəcübləndi. Qadın
əllərini belinə qoyub heykəl kimi hərəkətsiz dayanmışdır, başını sağ
vaxtı xoşladığı baş şalı ilə örtmüşdür. Gözlərinə inanmayan Mellinq
şüşəyə lap yaxın dayandı, sonra qorxu gücləndiyindən o baxışlarını
qaçırdı. Bir az sonra o yenidən bayıra boylandı. Anasının daşlaşmış
fiquru hələ də orada idi. Qadının surəti səkkiz dəqiqəyə qədər qaldı -
sonra qadın çevrildi və onun siluetinin cizgiləri qoca ev sahibinin
cizgilərinə çevrildi.İki həftə sonra bu hadisə eyni şəraitdə təkrar
olundu. Bu Mellinqin başına gələcək sərgüzəştlərin ilk yarpağı oldu.
Bir dəfə səhər səkkizdə-də Mellinq saatın zənginə oyandı - birdən
bayırdan kiminsə ayaq səsləri eşidildi, sonra tanış uşaq səsi gəldi.
Onlar
32
Mellinqin öz uşaqlığı ilə bağlı bir hadisəni xatırlamağa məcbur
etdilər. 1926-cı ildə tətil vaxtı o yerli şaxtadan kömür qırıqları
yığdığı vaxtı xatırladı. Tədricən onun diqqəti otağa qayıtdı- baxışları
çarpayıdan yarım metr yuxarı dikəldi, sonra kiminsə həmin yerdə
olması duyğusu ona hakim kəsildi. Bundan sonra bayırda bir səs
eşidildi: “Hə sən yenə də onları eşidəcəksən” - müəmmalı şəklildə o
dilləndi “Sən bilirsən ki,sən ölməyəcəksən” - səs Mellinqin anasının
səsinə oxşayırdı. Həmin vaxtdan 1981-ci ilin noyabrına qədər
Mellinqin başına iyirmidən çox anomal hadisə gəldi. Bu vaxt o
bədənindən çıxırdı, ən çox bu yuxuya getmək vaxtı olurdu. Mellinq
öz sərgüzıştlərinin həqiqət olduğuna əmin idi. Bu səyahətlərin
birində 0 bir səhraya düşmüşdü, hər tərəf qayalıq və daşlıq idi. Daşın
üstündə oturan bir nəfər diqqətlə ona baxırdı. Bu cür personajlar
müxtəlif formanı almaqla dəfələrlə görünmüşlər. Onların hər birinin
oxşar özünəməxsusluqları və davranışları vardır - hər dəfə təkdirlər,
hərəkət etmirlər, danışmırlar. Mellinq təsvir edir ki, bir dəfə onu
qalaktikalara səyahətə aparmışlar. O, sakitcə yerində uzanmışdır,
birdən böyük sürətlə qara tüstüdən keçərək irəliləməyə başladı. Ona
tərəf üçüb gələn parlaq təbəqələr sonra ondan uzaqlaşdılar.
Mellinqdən fərqli olaraq Larri Mayer ilk dəfə üç yaşı tamam olanda
“Səmada” olmuşdur. Şirin uşaq olmadığından hamıdan qaçıb tək
oynamağa üstünlük verirdi. Bir dəfə axşam Larri gəzməyə çıxır və
hiss edir ki, hansısa qüvvə onu parka tərəf çəkir. Ağaclara
yaxınlaşanda həyatında eşitmədiyi məlahətli səslə kiminsə
oxuduğunu eşitdi. Ona elə gəldi ki, bu mələklərin səsidir.
Yavaş-yavaş parkın işi ilə səs gələn tərəfə irəlilədi və stulların
birinin üstündə oturdu, səs başının üstündən gəlirdi.
0,yuxarıya,aydm ulduzlu səmaya boylandı. Səsin gəldiyi yer kimi
qəbul etdiyi sahədə göy əvəzinə heç nə yox idi- sanki kimsə göydə
deşik kəsmişdir - orada qara boşluq var idi - heç bir ulduz
parıldamırdı. Uşaq yenidən yanına-stula baxdı, sanki nəfəsi təntidi.
Qarşısında böyük parıldayan kitab var idi.
33
Kitabın üzü ən gözəl rənglərlə bəzədlmişdir. Kitabı yavaşca əlinə
götürüb diqqətlə rənglərə baxdı. Sol aşağı küncdə daş dövrünə aid
olan adam təsvir edilmişdir. Oğlan yenidən yuxarı boylandı və tam
ay onun gözlərinin qarşısında canlanmışdır. Larri kitabı yana qoydu
və dərindən nəfəs aldı - “Mən onu özümlə evə götürməliyəm”- deyə
düşünsə də növbəti anda kitab artıq yox idi. Qırx yaşı olanda artıq
xeyli vaxt idi ki, evlənmişdi - bir neçə vaxt meditasiya vasitəsi ilə
bədənindən çıxmaq istəmişsə də heç nə alınmamışdı. Sonra 1973-cü
ildə bir gecə arvadının yanında yatdığı vaxt onda hər şey alındı.
Çarpayının üstündə asılı vəziyətdə qalanda əvvəlcə baş verənlərə
şübhələndi: “Bax ey,təxəyyülüm lap mənə ağalıq edir” deyə özünə
güldü. Ancaq baş verənlərin həqiqi olduğunu hiss etməyə başladı -
əgər bu lap yuxu idisə də, bu olduqca ətraflı və aydın görünən yuxu
idi. Larri sonra nə baş verəcəyini fikirləşdi. O yataq otağının
pəncərəsindən bayıra boylandı və evin yanından keçən dəmir yol
xəttinə getməyi qərara aldı. Bu fikir yaranan kimi o hiss etdi ki, artıq
pəncərənin şüşəsindən keçir və soyuq havada dəmir yoluna tərəf
üzür. Yüz metr gedib dəmir yolunda dayandı və çevrilib arxaya
yataq otağının pəncərəsinə boylandı - pəncərənin lap balaca
görünməsi onu narahat etdi. Larri dəmir yolu boyunca ipə bağlanan
yumru,kürəcik kimi irəli geri fırlanmağa başladı. Baş verənlər ona
qəribə gəlsə də, o sevinirdi, ən əsası o idi ki, ətraf ona tanış gəlmirdi.
Bu onun doğma kəndi idi, onun ən xırda detalları belə ona tanış idi,
ancaq bu görünüşdə o Larri üçün tanış olmayan bir ölkə idi. Birdən
onu fikirdən ayıran bir hadisə baş verdi. Başının üstündə dumandan
dairə yarandı. Bu altı metr uzunluğunda olan tunel idi və göyə tərəf
uzanmışdır. Larriyə fırlanan giriş maraqlı göründü və o irəli gedib
onun içinə baxmaq istədi. Onu küçəyə çıxaran maraq indi onu
növbəti addımı atmağa sövq edirdi. İçəri daxil olan kimi o qəflətən
tələyə düşdü. Tunelin döşəməsindən yüzlərlə əl çıxıb onun
parıldayan ayağından yapışdı. Bir əl dabanından möhkəm
34
Dostları ilə paylaş: |