yalnız vəziyyət,yalnız qavrama xarakteri daşıyır. Yalnız bundan
sonra şəxsiyyət dərk edir ki, bədən ölmüşdür. Klinik ölüm uzun
müddətli olmur. Qayıdanların əksəriyyəti orada işıqlı, gözəl və rahat
anlar yaşadıqlarını deyirlər. Az adam qayıtmaq istəyir- ancaq
sonralar orada nə baş verir? Eyni zamanda cəhənnəmin əzabını
görüb qayıdanlar da olmuşdur, intihar edənlərin taleyi də sevincli
deyildir. Moris Rovlinq “ Ölümün qapısı arxasında ” kitabında
klinik ölüm vaxtı cəhənnəmə düşən pasient haqqında yazır. O, bu
dünyaya bir neçə dəfə qayıtmışdır- hər dəfə də qorxulu halda burada
saxlanılmasını xahiş etmişdir- belə ki, cəhənnəmə qayıtmaq
istəməmişdi. Tam sağalandan sonra onun yaddaşından bütün
xatirələr silinmişdir. Axirət dünyasında substansiyanın bütün
qanunları pozulmuşdur-orada divardan keçmək olur, toxunma hiss
edilmir, ani uçmaqla istənilən yerdə olmaq olar. Bu dünyada zaman
və
məkana
münasibət
başqadır;
burada
məkanın
da
özünəməxsusluğu var. Ruh bu dünyada xoşladığı insanlarla axirətdə
görüşə bilər- doğmalar ruhun xoşuna gəldiyi yaşda ona görünürlər.
Oradan qayıdanların təsvir etdiklərindən çox şeyi qəbul etmək çətin
olur. Onlar özləri bunu başa düşürlər. “Mən başa düşmürəm ,bu
olmuşdur,ancaq bu ola bilməzdi. Bu mövcud olması mümkün
olmayan bir şey idi, ancaq mövcud idi”. Həmin anda sağ olanlarla
əlaqə alınmır. Ölən bədəni üzərində aparılan əməliyyatları müşahidə
edir. Ancaq o belə hesab edir ki, cərrahiyə əməliyyatı lazım deyil,
belə ki, 0 özünü onsuz da yaxşı hiss edir-o bunu həkimə demək
istəsə də heç nə alınmır. Ruhdan ayrılan bədəndə hissiyyat olmur,
ancaq ruh hər şeyi hiss edir və görür. O biri dünyaya keçənlər
özlərini real aparırlar, onlar eşidir, görür və başa düşürlər. Ancaq
burada olan vəziyyət başqa cürdür: heç kim onu təsvir edə bilmir.
Maraqlı odur ki, ruhun gönnə, eşitmə, başa düşməsi güclənir,o,ətraf
aləmi daha yaxşı dərk edir. Ruhu aldatmaq qeyri mümkündür. Ruh
hər şeyə qarşı biganə deyildir-o doğmalarına məhəbbətlə yanaşır,
qoyub getdikləri
26
uşaqlar üçün darıxır. 0 biri dünyaya keçəndən sonra şəxsiyyət
əvvəlki kimi qalır. O biri tərəfdə ləngiyənlərdə ali bilik yaranır- bu'
bilik yarananda (nurlanma) o, keçmiş, bu gün və gələcəklə bağlı
istənilən məlumatları bilir. Ruh bədənə qayıdan kimi onun super
bilikləri yox olur-orada az müddət qalanlarda bu bilik olmur. Oradan
qayıdanlardan heç kim ölümün qorxulu olduğunu demir. Orada heç
kəsi heç nə qorxutmur, heç bir təhlükə yoxdur. Bəzi ölənlərdə
bədəndən ayrılandan dərhal sonra qorxu yaranır, o bədənə adi həyata
qayıtmaq istəyir. Ancaq bu vəziyyət qısa müddətli olur-vaxt
uzandıqca axirət dünyası onun daha çox xoşuna gəlir, orada
həmişəlik qalmaq istəyi yaranır. Bəziləri elə düşünür ki, öz arzuları
ilə geri qayıtmışlar, digərlərinə görə onları Allah geri qaytarmışdır.
Bədənə girəndən dərhal sonra ruh özünü narahat hiss edir, ona
soyuqdur-lakin tezliklə hər şey keçib gedir.
Bir çox tədqiqatçılar belə hesab edirlər ki, klinik ölüm vaxtı
görünənlərin hamısının psixoloji izahı var. Ruhun varlığına
inananlar klinik ölüm vaxtı səyahət edənlərdə belə bir illyuziya
yaranır ki, onlarda “nurlanma” baş verir, yəni onlar üçün istənilən
bilik, istənilən məlumat dərk ediləndir. Bədənə qayıdandan sonra hər
şeyi əhatə edən bilik duyğusu qalsa da onun məzmunu yox olur. A
Çernyaxovsi 1980-cı ildə “Elm və din” Jurnalında Moskvada on iki
gün ərzində 80 dəfə ölüb dirilən xəstə Maksimov haqqında yazı dərc
etmişdir. Reanimasiya üzrə mütəxəssis professor Neqovski klinik
ölüm keçirən 45 xəstə ilə söhbət etmiş və onlar axirət dünyasındakı
keçirdikləri hissləri xatırlamamışlar. Maraqlıdır ki, Moskva və
Sankt-Peterburq xəstəxanalarında reanimatorlar arasında aparılan
sorğu qəribə nəticə vermişdir: həyata qayıdanlardan heç biri öz
bədənini tərk etdiyini, hansısa tunellə getdiyini və nurlu bir varlıqla
görüşdüyünü xatırlamır. Bəs bu necə ola bilər? ABŞ və Rusiyada
klinik ölüm keçirənlərin hesabatları niyə fərqlidir? Yəni doğrudanmı
ABŞ-da klinik ölüm keçirənlər nurlu varlıqla görüşür, Rusiyada
gedənləri isə heç kim qarşılamır? Məsələ
27
görünür ondadır ki, ABŞ-da ölüm vaxtı ruhun bədindən ayrılması
haqqında təsəvvürlər geniş yayılmışdır. Bu cür baxışlar uzun illər
ərzində orada kütləvi informasiya vasitələri ilə, televiziya və radio
vasitəsi ilə geniş təbliğ olunurdu. Bu ideyanın mənbəyi isə ölüm
vaxtı ruhun bədəndən ayrılması haqqında hələ qədim dövrlərdə
yaranan baxışlardır və bu “Ölülər kitabı’mda bizə gəlib çatmışdır.
Bu kitabın süjetini xristianlar dəqiq təkrar edirlər. Maraqlı nədir? Bu
kitab da həm də reinkarnasiya ,yəni ruhun bədəndən bədənə
keçməsinin təsviri olsa da xristianlar, daha geniş mənada desək
xristian mədəniyyətinin daşıyıcıları bu məsələ haqqında heç nə
demirlər. Maraqlıdır görəsən niyə? Bəlkə ona görə ki, bu baxış
xristian dünyagörüşünə uyğun gəlmir, xristianlıq ruhun yenidən
doğulmasını qəbul etmirlər. Ona görə də görünmələr obyektiv
xarakter daşımayıb insanın doğulub fomıalaşdığı ictimai və mədəni
mühitlə sanki proqramlaşdırılır. Elmi nöqte- yi nəzərdən bütün bu
ruhun və axirət dünyasının mövcud olması haqqında məlumatlar can
vennonin birinci mərhələsində klinik ölüm vaxtı psixioloji
proseslərin təsviri ilə məhdudlaşır. Təsvir olunan hadisələrin bir
çoxu-tuneldə işıq, ona doğru uçmaq “yuxarıdan” baxmaq -məhz bu
mərhələ üçün xarakterikdir-axirət dünyasına inananlar bunu reallıq
kimi qəbul edirlər. Can vermə vaxtı beynin oksigen aclığı baş verir
və beyindən bəzi kimyəvi maddələr ayrılır. Nəticədə bəzi adamlarda
ikiləşmə, bədəndən çıxma halları baş verir və möminlər bunu ruhun
bədəndən ayrılınası kimi qəbul edirlər. Bunun nəticəsində şüurun
vəziyyətinin dəyişməsi isə hansısa tunellə hərəkət etmək hissi
yaranır. Maraqlıdır ki, ölümün ikinci mərhələsindən sonra-bioloji
ölüm-bir nəfər belə geri qayıtmamışdır. Bu halın olması təbiət
qanunlarına zidd olardı. Bu hal olmadığına görə ruh haqqında
ideyanı, əbədi yaşamağı heç kim qəbul etmir.
Axirət dünyası haqqında baxışlara kütləvi informasiya vasitələri ilə
yanaşı, həm də, necə deyərlər ictimai sixariş və ya
28
Dostları ilə paylaş: |