Dünya xalqlarının əksəriyyəti belə düşünürlər ki,adamda bir
ruh var, həm də adam yaşa dolduqca ruhun ölçüsü də böyüyür.
Ancaq insanın bir neçə ruhu olmsını deyən xalqlar da vardır. Bu
baxışların mənbəyi olduqca qədimdir. Köhnə dövrdə yaşayan
misirlilər belə hesab edirdilər ki, adamın çoxlu ruhu var: oxşarı,
təzahürü,kabus,güc,ad,kölgə və s. Eyni zamanda bir adamda eyni
ruhdan bir neçəsi ola bilər.Ruhlar həm insanla eyniyyət
şəklində,həm də ondan kənarda ola bilərdilər. Oxşara nə isə etmək
adamın özünə nə isə etmək kimi bir şey idi. Sonralar misirlilərdə belə
bir təsəvvür yarandı ki,insan öləndən sonra onun varlığının üç tərkib
hissəsi-adı, adam başlı quşa oxşar bədəndən çıxan və göylərə qalxan
ruh və nəhayət,insanın sirli oxşarı-yaşamaqda davam edir. Göylərə
qalxan ruh öz müvəqqəti qabığını tərk etdikdən sonra istənilən an ora
qayıda bilərdi,belə ki,o ölməz idi. Ona görə də qabığı,yəni bədəni
saxlamaq arzusu yaranmışdır. Meyidin mumyalanması da bu
inamdan əmələ gəlmişdi. Əgər ruh geri qayıda bilərsə, bəs Totam
Allahı (müdriklik,hesabat və məktub,eyni zamanda ölülərə
pərəstişlikdə mühüm yer tutan) qarşısında kim dayanır? Bu
məqsədlə hər bir misirlilərin oxşarı,onun ikinci “mən”i mövcud
idi-bunu başında tac olan saqqallı adam kimi təsvir edirdilər. Bu
qeyri-adi ruh ,adamın görünməz oxşarı idi, onun ölümdən sonrakı
taleyi bədənin taleyi ilə sıx bağlı idi. Oxşar ölməz deyildir, o acından
və susuzluqdan ölə bilərdi. Mumiya və ya heç olmasa ölənin heykəli
saxlananda bu ruh da xeyli müddət yaşaya bilərdi. Oxşar ruhu
ağacdan düzəldir, gildən hazırlayır,daşdan kəsir,fayansdan,saxsıdan
düzəldirdilər və o Totom Allahı qarşısında cavabdeh olan adı
almışdır. Cavabdehi adamın özü kimi yola hazırlayırdılar-bu
mumiyadan hazırlanmışdır, əlləri sinəsində çarpaz vəziyyətdə idi,
sifəti açıq və ölənə tam oxşar vəziyyətdə idi.Onu xüsusi tabuta
qoyurdular- bu tabutun üstündə ölənin portretini çəkirdilər, bəzən bu
bütün ailənin portreti olurdu-bunu belə ona görə edirdilər ki,axirətdə
onlar biri-birini tanıya bilsinlər.Qara ieroqliflə “Ey cavabdeh
168
ruh axirət dünyasında öləni öz vəzifəsini yerinə yetirmək üçün
çağıranda-tarlanı becərməyə,çayın sahilində bənd qurmağa-sən
“mən burdayam” de” yazırdılar.Şübhəsiz ki,axın çox olduğundan
Allah originalı və ya surəti seçməyə vaxtı olmayacaqdır. Bax beləcə
adamlar Allahı növbəti dəfə aldatmış olurlar. Müəyyən vaxt
keçdikdən sonra misirlilər gördülər ki, “oxşar” tabutdan yox olmur,
deməli Allah qarşısında cavab vermir. Bax onda Misir tarixində ilk
dəfə olaraq yeretiklər, yəni başqa cür düşünənlər yaranmağa başladı.
Bizə gəlib çatan yazılarda bu yeretiklər adamları bu həyatdan ləzzət
almağa,mövcud olmayan gələcək arzularını kənara atmağa
çağırmağa başladılar. Bizim günlərdə də adamın bir neçə ruhunun
olmasına inananlar vardır. Məsələn,evenklərə görə adam doğulanda
onun ruhu kibrit dənəsinə oxşayır,yaşa dolduqdan sonra isə bu ruh
onun özünə oxşamağa başlayır. Maraqlıdır ki, gün çıxanda bu ruh
sahibinin yanında dayanıb pişik kimi özünü günə verib qızınır və
sahibinin yanı ilə hər yana gedir. Antik dövrdə və orta əsrlərdə belə
bir fikir var idi ki, adamda düşünən,hiss edən və bitki ruhu var.
Platona görə düşünən və ya ağıllı ruh başda,hiss edən ruh
sinədə,bitki ruhu isə sinədən aşağıda yerləşirlər. Afrika qəbilə
üzvlərinin fikrincə adamın iki ruhu -nəfəs ruhu və kölgə ruhu vardır.
Yuxu vaxtı birinci ruh sərbəst yer dəyişə bilər, bu vaxt ikinci ruh
yerində qalır. Başqa bir afrikalı qəbilə üzvlərinə görə insanın dörd
ruhu olur-parlaq kölgə, qara kölgə, himayədarlıq edən kölgə və
görünməz kölgə. Hind-Çin qəbilə üzvlərində ruhların sayının otuz
iki olduğu bildirilir. Yüz iyirmi ruhun olmasını deyən tayfalar da
olmuşdur.Hətta bu say da son olmamışdır.Daosizmin ardıcılları otuz
min ruh olduğunu da bildirmişlər.
Əksər dini inamlara görə insanda bir,onun şəxsi ruhu olur.
İndoneziyadakı Bali adasının sakinlərinin fikrincə isə adamda öz
şəxsi ruhu ilə yanaşı həm də valideynlərinin ruhu olunsağ gözündə
Ayın simvolu kimi atanın ruhu,sol gözündə isə Günəş simvolu olan
anasının ruhu yaşayır. Ata və ananın ruhlarının
169
simvolunu balililər “atma” adlandırırlar və inanırlar ki,onlar ər və
arvad kimi həqiqi həyatda birləşməyə can atııiar-bu birləşmə
qaşların arasıdır.
İnsanın ruhunun harada olması ilə bağlı vahid fikir yoxdur-hər
bir din öz cavabını ortaya qoyur. Ruhun insan bədənindəki yeri bu və
ya digər xalqın fantaziyasının zənginliyindən və onun mədəni
inkişafının səviyyəsindən asılıdır. Bəzi xalqlar belə hesab edirdilər
ki,ruh başda olur, başqaları onun ürəkdə,qarmda,ciyərdə olduğunu
deyirdilər. .Başqaları ruhun saçda olduğunu deyir, qulaqda da
yaşadığını söyləyən olmuşdur. Qədim yəhudilərə görə ruh qanda
olurdu. Yəhudilərin məntiqinin güclü olması burada da özünü
göstərir.axı qanla bərabər insanın həyatı da yox ola bilər.
Eskimoslara görə ruh onurğa sütununda yerləşirdi. Ruhun bədəni
əhatə etməsini bildirən təsəvvürlər də olmuşdur. Tibetlilərə görə isə
ruh həm insanın bədənində, həm də ondan kənarda məskunlaşa
bilər-ağaclarda, göldə, quşlarda, heyvanlarda və s.İnsanın ruhunun
bədəndən kənarda yerləşməsinin təsviri sehirli nağıl kimi verilir.
Ruhun bədəndə daimi yerinin olması ilə yanaşı o həm də bütün
bədəndə səyahət edə bilər. İnsanın bədənində nıhun yerini dəyişməsi
Tibet astroloqları tərəfindən daha ətraflı verilir;ayın müxtəlif
günlərində ruh bədənin müxtəlif yerlərində olur: ayın birinci günü
o-ayağın
baş
barmağında,
ikinci
gün
topuqda,üçüncü
gün-əzələlərdə,4-cü gün diz sahəsində, 5-ci gün-dizin büküyündə,
6-cı gün omba ətrafında,7-ci gün-ombada, 8-ci gün-böyrəklərdə,9-cu
gün-qabırğada, 10-cu gün-kürəkdə, 11-ci gün-onurğanın çiyinqabağı
hissəsində, 12-ci gün-ovucda, 13-cu gün-sinənin üst tərəfi süysünün
yanı, 14-cü gün qulaqlarda, 15- ci gün-bütün bədəndə, 16-cı gün
daxili qulaqlarda, l7-ci gün- döş hissədə, 18-ci gün-əlin içində, 19-cu
gün-çiyinin qabağında, 20-ci gün kürəkdə, 21-ci gün böyrəklərdə,
22-ci gün qabırğada, 23-cü gün döş hissədə, 24-cü gün ombada,25-ci
gün diz əyrisində, 26-cı gün dizdə, 27-ci gün əzələlərdə,28-ci gün
170
Dostları ilə paylaş: |