|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
almaq yolu ilə onların keyfiyyət tərəfi ilə ayrılmaz əlaqədə qeydiyyatdan keçirir
21
almaq yolu ilə onların keyfiyyət tərəfi ilə ayrılmaz əlaqədə qeydiyyatdan keçirir.
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün hüquqi şəxslər,
o cümlədən istehsal, kommersiya, istehsal-kommersiya, kredit (banklar), sığorta,
elmi-tədqiqat, məsləhət, ictimai və qeyri-kommersiya təşkilatları, fondlar, siyasi
partiyalar, büdcədən maliyyələşdirilən dövlət və bələdiyyə təşkilatları və xidmətləri,
kooperativ təşkilatları, təşkilatlann və sahibkarların birlikləri mühasibat uçotunu
aparmağa borcludurlar.
Bütövlükdə mühasibat uçotu sistemi təsərrüfat subyekti çərçivəsində
məhdudlaşır. O təşkilatın əmlakı, öhdəlikləri və təsərrüfat əməliyyatları haqqında
bütün informasiyaları əhatə edir. Ona görə mühasibat maliyyə uçotuna xas olan
tamlığı və ardıcıllığı təsdiq etmək olar, bunlar idarəetmə uçotu, həmçinin statistik
və operativ uçot üçün heç də vacib deyildir. Mühasibat uçotunda obyektlər dəyər
ifadəsində əks olunurlar.
Mühasibat uçotu təşkilat və firmalar tərəfindən tapşırıqların yerinə
yetirilməsinə nəzarət etmək üçün qərar qəbul edilən vəzifəli şəxslərə faydalı
informasiyaları verir.
Mülkiyyətin qorunması uçotun qarşısında duran mühüm vəzifələrdən
biridir. Mühasibat uçotunun köməyi ilə təşkilatın maddi və pul vəsaitlərinin
vəziyyəti və hərəkəti müşayiət edilir, maddi cavabdeh şəxslərin hərəkətinə nəzarət
edilir, məhsullann hazırlanmasına çəkilən xərclər hesablanır və i.a.
Mühasibat uçotunun ən vacib vəzifələrindən biri də təsərrüfatda ehtiyatların
aşkara çıxanimasından və istifadə edilməsindən ibarətdir. Uçotun köməyi ilə
istehsalın artırılmasının istifadə edilməmiş imkanlan müəyyən edilir, təsərrüfat
vəsaitlərinin səmərəsiz sərf edilməsinin səbəbləri aşkara çıxanlır, təsərrüfat
fəaliyyətində çatışmamazlıqlarm aradan qaldırılması yollan və onun
yaxşılaşdınlması göstərilir.
Mühasibat uçotunun daha ən vacib vəzifələrindən biri əmək alətləri və
materiallann düzgün istifadə edilməsinə, maddi, əmək və pul ehtiyat- lanna ciddi
qənaət rejiminin həyata keçirilməsinə nəzarət etməkdən ibarətdir.
Mühasibat uçotu sistemində mütləq əks olunan obyektlərə aiddir:
-
aktivlər (torpaq, tikili və avadanlıqlardan, iş heyvanlan və məhsuldar
mal-qaradan, maddi-istehsal ehtiyatlarından, qeyri-maddi aktivlərdən,
maliyyə investisiyalarından, pul vəsaitlərindən və b. ibarət olan təşkilatın
əmlakı);
-
xüsusi (nizamnamə, əlavə, ehtiyat kapitalı, bölüşdürülməmiş mənfəət) və
borc kapitalı (kreditlər və borclar);
22
-
öhdəliklər (hüquqi və fiziki şəxslərin borcları - debitor borcu; hüquqi və
fiziki şəxslərə olan borclar - kreditor borcu);
-
aktivlərin, kapitalın və öhdəliklərin tərkibində dəyişiklik əmələ gətirən
təsərrüfat əməliyyatları (təsərrüfat fəaliyyətinin faktlan). Onlar iki tərəfli
ola bilər, daha doğrusu, bir-birindən asılı olmayan tərəflər arasında
(misal üçün, alqı-satqı zamanı) və birtərəfli (satılmaq üçün mallann
hazırlanması, tikili və avadanlıqların amortizasiyası və i.a.) baş verə
bilər;
-
müəyyən edilmiş vaxt ərzində (hesabat dövrü) təsərrüfat subyektinin
sahibkarlıq fəaliyyətinin (maliyyə-təsərrüfat) nəticələri.
Mühasibat uçotunun nəzəri və metodoloji əsasları, onun Azərbaycan
Respublikasında təşkili Beynəlxalq mühasibat standartlan üzrə Komitə tərəfindən
işlənib hazırlanmış və dərc olunmuş ümumi qəbul edilmiş mühasibat uçotunun
Beynəlxalq standartlanna əsaslanırlar.
2.2.
Mühasibat uçotunun predmeti
Vəsaitlər və öhdəliklər formasında olan təşkilatın əmlakı, təsərrüfat
əməliyyatları vasitəsilə həmin əmlakın təchizatı, məhsulların istehsalı və satışı
sferalarında baş verən hərəkəti, habelə təşkilatın fəaliyyətinin nəticələri mühasibat
uçotunun predmeti hesab olunur.
Mühasibat uçotu predmetinin mahiyyətini başa düşmək üçün uçotun bu
növünün xüsusiyyətlərini, onun tətbiqi sahəsini və ayrı-ayrı elementlərini və ya
obyektlərini müəyyən etmək lazımdır.
Mühasibat uçotunun əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, hər
şeydən əvvəl makroiqtisadiyyatın ayrı-ayrı sahələrində tətbiq olunur və burada
təsərrüfatda görüləsi işlərin yerinə yetirilməsinə ardıcıl, gündəlik nəzarət etmək
üçün xidmət edir.
Mühasibat uçotu vasitəsilə təkrar istehsalın bütün prosesi deyil, ancaq
təsərrüfat vəsaitlərinin hərəkətini göstərən təsərrüfat hadisələri əks etdirilir. Bu
zaman mühasibat uçotunun fərqləndirici cəhəti ondan ibarətdir ki, bütün təsərrüfat
hadisələri tam əksini dəyər formasında tapır.
Mühasibat uçotunda dəyər forması olmayanlar əks olunmurlar. Belə ki,
torpaq kənd təsərrüfatı istehsalının əsas vasitəsi olmasına baxmayaraq, mühasibat
uçotunda əks etdirilmir, çünki o, təsərrüfatda pulla qiymətləndirilmir.
Dostları ilə paylaş: |
|
|