27
ləşdirilməsi yolu ilə təsərrüfat vəsaitlərinin hərəkətinin vahid ölçüdə əks
etdirilməsindən və cari nəzarətdən ibarətdir.
III
FƏSİL. MÜHASİBAT BALANSI
3.1.
İnformasiyanın əks etdirilməsinin balans metodu
Balans - mühasibat uçotu metodunun əsas elementlərindən biridir. “Balans”
termini iki latın sözündən götürülüb: burada bis - iki, lanx - tərəzinin bir-birinə
bərabər olan iki hissəsi deməkdir. “Bislanx” sözü “bərabərlik” deməkdir, bu da
bərabər çəkiyə malik olan iki hissədən ibarət tərəzini təcəssüm etdirir. Balans eyni
zamanda mühasibat hesabatının mühüm hesabat formasıdır, onda təsərrüfat
vəsaitləri dəyər ifadəsində tərkibi və əmələgəlmə mənbələri üzrə göstərilir.
Təşkilatlara, idarələrə, təşkilatlara və səhmdar cəmiyyətlərinə rəhbərlik
etmək üçün hər şeydən əvvəl onlarda mövcud olan vəsaitlər haqqında məlumatlar
olmalıdır. Bu zaman onların vəsaitlərin hansı növü ilə təmin olunmasını və bu
vəsaitlərin hansı mənbələrdən alınmasını bilmək lazımdır. Belə məlumatlar
ümumiləşdirilərək pul ifadəsində verilməlidir. Vəsaitlərin tərkibini və təyinatını
öyrənmək üçün onlann iqtisadi qruplaş- dırılması lazımdır. Bütün bunlar
mühasibat balansının köməyi ilə həyata keçirilir.
Mühasibat balansı
- müəyyən tarixə təsərrüfat vəsaitlərinin növləri və
onların əmələgəlmə mənbələri üzrə pul ifadəsində iqtisadi qruplaşdırıl- masından və
ümumiləşdirilmiş şəkildə əks etdirilməsindən ibarətdir. Balans adətən hər rübün 1-i
tarixinə tərtib edilir.
Mühasibat balansı vəsaitlərin növlərini və onlann əmələgəlmə mənbələrini
ayrıca əks etdirmək üçün iki tərəfi olan cədvəl formasından ibarətdir. Onun sol
tərəfində vəsaitlərin növləri və onlann yerləşdirilməsi göstərilir ki, bu da
aktiv
adlanır.
“Aktiv”
latın sözü olan - “aktivus” sözündən götürülüb, “fəaliyyətli,
hərəkət edən, olmalı” deməkdir. Balansın sağ tərəfində vəsaitlərin mənbələri və
təyinatı əks olunur ki, o passiv adlanır. “Passiv”də latın sözüdür - “passivus”
sözündən götürülüb “fəaliyyətsiz, bitərəf olmaq, aydınlaşdırmaq” deməkdir. Balans
sxematik olaraq aşağıdakı kimidir:
28
Balans
Aktiv
Passiv
Və.saitlərin növləri və
onların
yerləşdirilməsi
Məbləğ
Vəsaitlərin əmələgəlmə
mənbələri və onların
təyinatı
Məbləğ
Mühasibat balansının xüsusiyyəti ondan ibarətdir ki, onun aktivinin və
passivinin yekunları bərabər olur. Bu bərabərlik bütün təşkilatların balansı üçün
məcburidir. Bu ondan irəli gəlir ki, həm aktivdə və həm də passivdə həmin
vəsaitlər müxtəlif qrupda göstərilir, bunlar aktivdə növlər üzrə, passivdə mənbələr
üzrə göstərilir. Buna görə də balansın adı, balans sözü kimi bərabər çəkili,
bərabərlik deməkdir.
Aktiv və passivin hər bir elementi (vəsaitlərin növü və ya onların mənbəyi)
balansın maddələrində yerləşir. Aktivdə “Əsas vəsaitlər”, “İstehsalat ehtiyatları”,
“Bitməmiş istehsalat”, “Hazır məhsul”, “Hesablaşma hesabı” və b.; passivdə -
“Nizamnamə kapitalı”, “Mənfəət”, “Bankın ssu- daları”, “Kreditorlarla
hesablaşmalar” və i.a.
Balans maddələri aktiv və passivdə müəyyən edilmiş qaydada qruplaşdırılır.
Bu qaydalar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən
edilir. Bu qruplaşdırmaların həyata keçirilməsi hər hansı bir təşkilatın balansını
tərtib edərkən məcburidir. Balansın aktiv və passivinin maddələrinin qəbul
edilmiş qruplaşması vəsaitlərin istifadə edilməsinə nəzarəti həyata keçirməyə və
təşkilatın maliyyə vəziyyətini təhlil etməyə imkan verir. Bunun üçün də aktiv və
passiv bir-biri ilə qarşılıqlı əlaqəsi olan qruplara ayrılırlar.
İnformasiyanın balans ümumiləşdirilməsi uçotda, maliyyə-təsərrüfat
fəaliyyətinin təhlilində, bazar iqtisadiyyatında təşkilatların müvafiq idarəetmə
qərarlarının əsaslandırılması və qəbul edilməsi üçün geniş tətbiq edilir.
Balans ümumiləşdirilməsi obyektlərin əks etdirilməsinin ikili xarakteri ilə və
informasiyaların sintetik ümumiləşdirilməsi ilə xarakterizə olunur.
Əks etdirilmənin ikili xarakteri onunla bağlıdır ki, obyektlər balansda iki
dəfə göstərilir və iki nöqteyi-nəzərdən, iki aspektdə baxılır, bunlar da balansın
növündən asılıdırlar.
29
Balansların müxtəlif növləri mövcuddur: mühasibat, təşkilatın gəlirləri və
xərcləri balansı, sahələrarası balans, əsas fondların balansı, material balansları,
ödəmə balansı, əmək resursları balansı və i.a. Məsələn, material balansı məhsulların
konkret növlərinin istehsalını və istehlakı nı xarakterizə edir.
İnformasiyaların balans ümumiləşdirilməsi resurslar və onlann mənbələri,
məhsul istehsalı və onun buraxılışı arasındakı nisbəti müəyyən və təhlil etməyə
imkan verir. İnformasiyaların balans ümumiləşdirilməsi birinci dəfə mühasibat
balansını tərtib etmək üçün tətbiq edilib ki, bu da təşkilatın əmlak-maliyyə
vəziyyətini müəyyən etməyə, bazar iqtisadiyyatını idarəetmə sistemində onun
vəziyyətini müəyyən etməyə imkan verir.
Mühasibat balansının qurulmasının əsasını mühasibat uçotu obyektlərinin
(əmlakının) ikili: istehsalat-təsərrüfat və maliyyə fəaliyyəti prosesində onlann
funksional roluna və əmələgəlmə mənbələrinə görə qruplaş- dınlmasının nəticəsi
təşkil edir.
Mühasibat uçotu obyektlərinin ikili qruplaşması haqqında informasiya
vahid pul ölçülərində ümumiləşdirilmiş şəkildə balansda qaydalı əksini tapır.
Mühasibat balansı - təşkilatın vəsaitlərinin (əmlakının) onlann növləri və
əmələgəlmə mənbələri üzrə manatla və ya valyutada iqtisadi qrup- laşdırılması və
ümumiləşdirilmiş şəkildə əks etdirilməsi deməkdir.
Onda vəsaitlərin yekun məbləği daimi mənbələrin ümumi yekununa
bərabərdir. Birinci dəfə balans termini 1427-ci ildə Florensiyada istifadə olunub,
sonra isə 1495-ci ildə italyan bankiri Mediçinin hesabatında rast gəlinib.
Təşkilatlarda balansı nəzarət üçün özündən ötəri hər ay (banklarda - hər
gün) tərtib edirlər, müvafiq orqanlara onu rübdə bir dəfə təqdim edirlər.
3.2.
Mühasibat balansının quruluşu və balansın
iqtisadi məzmunu
Qanunvericilik sənədlərinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən və
hüquqi şəxs olan bütün təşkilatlar mülkiyyət formalarından asılı olmayaraq (xarici
investisiyalı təşkilatlar da daxil olmaqla) vahid formada mühasibat balansı tərtib
edirlər.
Dostları ilə paylaş: |