|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
Təşkilatın fondlarının dövriyyəsi haqqında düzgün məlumat əldə etmək üçün vacib
25
Təşkilatın fondlarının dövriyyəsi haqqında düzgün məlumat əldə etmək üçün vacib
şərtlərdən biri təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi sayılır. Mühasibat
uçotunda əks etdirilməli olan hər bir təsərrüfat əməliyyatı, sənədlə rəsmiyyətə
salınmalıdır, onlarda baş vermiş əməliyyatın tam şərhi, onun dəqiq miqdar göstərici
və dəyər qiyməti göstərilir. Sənədlərdə əks olunan məlumatlann doğruluğu
əməliyyatın baş verməsinə məsul olan şəxslərin imzaları ilə təsdiq olunur.
Mühasibat uçotu registrlərindəki bütün qeydlər, doğruluğu və onların
rəsmiləşdirilməsinin obyektivliyi, həmçinin baş vermiş əməliyyatlann qanuniliyi
yoxlanılmış, adlandırılmış sənədlər əsasında aparılır.
İnventarlasma - əmlakın həqiqi faktiki mövcudluğunun mühasibat uçotu
məlumatlanna müvafiqliyinin yoxlanılması üsuludur. İnventarlaş- ma mühasibat
uçotu göstəricilərinin doğruluğunun təmin edilməsi və təşkilatın əmlakının
qorunması məqsədi ilə həyata keçirilir.
Torpaq-tikili və avadanlıqlar, iş heyvanları və məhsuldar mal-qara, çoxillik
əkmələr, ehtiyatlar, pul vəsaitləri, hesablaşmalar, bitməmiş istehsalat, başa
çatmamış inşaat, ticarət təşkilatlannın malları və b. inventar- laşdırılması apanlır.
Müəyyən edilmiş müddətlərdə, maddi məsul şəxslər dəyişdirildikdə,
auditorlar, istintaq təşkilatları tələb etdikdə və i.a. inventarlaşma həyata keçirilir.
Pulla qiymətləndirmə -
təşkilatın əmlakının və onun mənbələrinin pul
ölçüsündə əks etdirilməsi üsulu kimi özünü göstərir. Təşkilatın əmlakının və onun
mənbələrinin qiymətləndirilməsinin reallığı və doğruluğu mühasibat uçotunun
bütün sisteminin qurulması üçün mühüm əhəmiyyət kəsb edir. Əmlakın
qiymətləndirilməsinin əsasında dəyər ölçüsündə əks olunan real məsrəflər durur.
Əmlakın və onun mənbələrinin qiymətləndirilməsi müqayisə məqsədləri ilə
balansda əks etdirmək üçün bütün təşkilatlarda bir qaydada apanimalıdır, buna
qiymətləndirmənin müəyyən edilmiş qayda və üsulla- nna riayət etməklə nail
olunur. Misal üçün, qüvvədə olan normativ sənədlərlə müəyyən edilib ki, mühasibat
balansında torpaq, tikili və avadanlıqlar, iş heyvanlan və məhsuldar mal-qara,
həmçinin qeyri-maddi aktivlər qalıq dəyəri ilə göstərilir; istehsalat ehtiyatlan,
onlann əldə edilməsi və tədarükünün faktiki qiymətləri ilə qiymətləndirilirlər; hazır
məhsul - faktiki istehsalat dəyəri ilə və i.a. göstərilir.
Kalkulyasiya -
məsrəflərin qruplaşdıniması və maya dəyərinin müəyyən
edilməsi üsuludur. Məhsulların (işlərin, xidmətlərin) maya dəyərinin hesablanması -
məhsulların (işlərin, xidmətlərin) hər vahidinin də-
26
yər formasında təşkilatın faktiki məsrəflərinin müəyyən edilməsi üsuludur.
Mühasibat uçotu sistemi -
əmlakın tərkibi, yerləşməsi və əmələgəlmə
mənbələri üzrə, həmçinin təsərrüfat əməliyyatlarının dəyər, natural və əmək
ölçülərində əks olunan, keyfiyyətli bircinsli əlamətləri üzrə cari qarşılıqlı əlaqədə
əks etdirilməsi və qruplaşdırılması üsuludur.
Mühasibat uçotunun hər bir obyekti haqqında yekun məlumatlan əldə etmək
üçün bütün təsərrüfat əməliyyatlarını qiymətləndirdikdən sonra müəyyən qaydada
qruplaşdırmaq və ümumiləşdirmək lazımdır. Sənədlərdə əks olunmuş bu
əməliyyatları mühasibat uçotu hesablarında qeydiyyatdan keçirirlər.
Mühasibat uçotunun hər bir obyekti üçün, yəni təsərrüfat proseslərinin hər
bir növü üçün, təsərrüfat vəsaitləri və onlann mənbələri üçün aynca hesab açılır.
Beləliklə, hesablar həmin təşkilatda mühasibat uçotunun bütün predmetini əhatə
edən sistem kimi özünü göstərir.
Mühasibat uçotunun hesablar sistemində təsərrüfat əməliyyatlanmn əks
etdirilməsi üsulu ikili yazılış vasitəsi ilə həyata keçirilir. Bu üsul ondan ibarətdir ki,
hər bir təsərrüfat əməliyyatı mühasibat uçotunun iki hesabında bərabər
məbləğlərdə yazılır.
Mühasibat balansı -
müəyyən tarixə təsərrüfat vəsaitlərinin və onlann
əmələgəlmə mənbələrinin pulla qiymətləndirilməsinin ümumiləşdirilmiş üsulla əks
etdirilməsi deməkdir.
Təşkilatın mühasibat balansı, təşkilatın maliyyə vəziyyətini xarakterizə edir
və onlar tərəfindən maliyyə planının yerinə yetirilməsinə nəzarət etmək və onun
maliyyə fəaliyyətinin qiymətləndirilməsi və təhlili üçün xidmət edir.
Təsərrüfat üzrə tapşırıqların yerinə yetirilməsi prosesində təşkilatın maliyyə
vəziyyətini xarakterizə edən mühasibat balansı ilə yanaşı müəyyən dövrə digər
mühasibat hesabatı formaları tərtib edilir.
Mühasibat hesabatı
- təşkilatın əmlak və maliyyə vəziyyəti haqqında və
onun təsərrüfat fəaliyyəti haqqında müəyyən edilmiş formalar üzrə mühasibat
uçotu məlumatlan əsasında tərtib edilən müəyyən edilmiş formalar üzrə mühasibat
uçotu məlumatları əsasında tərtib edilən məlumatların vahid sistemidir.
Yuxarıda deyilənlərdən elə bir nəticəyə gəlmək olar ki, mühasibat uçotunun
metodoloji əsası hesablarda təsərrüfat əməliyyatlarının tam, ardıcıl, sənədlərə
əsaslanmış və qarşılıqlı əlaqəli əks etdirilməsi və hesab qeydlərinin mühasibat
balansında və digər hesabat formalannda ümumi-
Dostları ilə paylaş: |
|
|