252
ventarlaşma aparmaq üçün iki təqvim ili ardıcıl olaraq səfərbər etməyə icazə
verilmir.
Daimi qüvvədə olan mərkəzi inventarlaşma komissiyanın işçilərinin tərkibi
təşkilat rəhbərinin əmri ilə təsdiq edilir. İnventarlaşma başlanana qədər
mədaxil-məxaric sənədlərinin işlənməsi başa çatır, anbar uçotu kartoçkalarmda
(kitablarında) müvafiq qeydlər aparılır və yoxlama gününə qalıqlar çıxarılır.
İnventarlaşmadan əvvəl işçi komissiyasının üzvləri ilə təlimat aparılır,
sədrlərə nəzarət plombu vuran təqdim edilir. İnventarlaşma başlanmamışdan əvvəl,
maddi-məsul şəxslər inventarlaşma siyahısında: “İnven- tarlaşmanın aparılmasının
başlanğıcına qədər mal-material qiymətlilərə aid bütün mədaxil və məxaric
sənədləri mühasibata təhvil verilib və mənim (bizim) məsuliyyətimə daxil olan
bütün mal-material qiymətliləri mədaxil edilib, çıxanlar isə məsrəfə silinib”
sözlərini yazıb təsdiq edirlər. Qiymətlilərin sonrakı yoxlanması maddi-məsul şəxsin
iştirakı ilə, qalıqları naturada ölçmək-çəkmək yolu ilə hesablanır. Nadir hallarda
inventarlaşma maddi-məsul şəxssiz (xəstəlik, ölüm və b.) aparıla bilər.
İstehsalat ehtiyatlarının inventarlaşdırılmasının nəticələri 3 inv. saylı
formada mal-material qiymətlilərin inventarlaşma siyahısında rəsmiləşdirilir. O,
komissiya tərəfindən bir nüsxədə tərtib edilir.
Maddi məsuliyyətə qəbul edilmiş (təhvil verilmiş) materiallar,
maddi-məsuliyyətə qəbul edilmiş (təhvil verilmiş) mal-material qiymətlilərin
inventarlaşma siyahısında (5 inv.saylı f.), yolda olanlar isə materialların və malların
inventarlaşma aktı ilə (6 inv.saylı f.) rəsmiləşdirilir.
Bahalı materialların və daşların invcntarlaşmasının nəticələri üzrə 8 inv.saylı
f. və 9 inv.saylı formada iki nüsxədə aktlar tərtib olunur. Onlardan biri üzləşmə
cədvəlini tərtib etmək üçün mühasibata verilir, ikincisi isə maddi-məsul şəxsdə
qalır.
Kənarlaşma müəyyən edilən qiymətlilər üzrə siyahılar və aktlar əsasında
üzləşmə cədvəlləri tərtib edilir. Maddi-məsul şəxslər çatışma- mazhqların və ya
artıqların hər bir faktı üzrə yazılı izahat verirlər. Onları və üzləşmə cədvəllərinin
məlumatlarını istifadə edərək, daimi qüvvədə olan inventarlaşma komissiyası
kənarlaşmanın xarakterini, səbəblərini, təqsirkarları müəyyən edir və fərqlərin
nizama salınması və itkilərin ödənilməsi qaydası haqqında qərar qəbul edir.
Komissiya öz qərarını protokolla rəsmiləşdirir.
Aşkar edilmiş çatışmamazlıqlar səbəblərindən və təqsirkarlardan asılı
olmayaraq faktiki maya dəyəri ilə 731 saylı “Sair əməliyyat xərcləri” hesabında əks
etdirilir.
253
Sonra daimi qüvvədə olan inventarlaşma komissiyasının protokolu ilə
rəsmiləşdirilmiş qərarı və təşkilatın rəhbərinin təsdiqi əsasında 731 saylı “Sair
əməliyyat xərcləri” hesabında uçota alınan məbləğlər, onlann xarakterindən asılı
olaraq müvafiq istiqamətlər üzrə silinir.
Qiymətlilərin xarab olması və ya onların təbii itki normalarından artıq xarab
olması zamanı, habelə təqsirkarlar müəyyən edilməyən zaman və ya onlardan
tutulmasına məhkəmə etiraz edən hallarda istehsal və ya tədavül xərcləri hesabına
silinir. Bu zaman onu da nəzərdə saxlamaq lazımdır ki, itki normaları ancaq faktiki
çatışmamazhq aşkar edilən halda tətbiq edilə bilər, onlar olmayan zaman isə itkiyə
normadan artıq çatış- mamazlıq kimi baxılır.
Maddi qiymətlilərin çatışmamağı təbii itki normalanndan artıq onlann
kənarlaşması təqsirkar şəxslərə aid edilir. Bu zaman təqsirkar şəxslərdən
çatışmayan və ya korlanmış qiymətlilərə görə tutulmalann, “Mühasibat uçotu
haqqında” “Qanunun 14-cü maddəsinin 6-cı bəndinin 5-ci abzasına uyğun olaraq
qüvvədə olan bazar qiymətləri ilə həyata keçirilməsini nəzərə almaq lazımdır.
Çatışmayan materialların tutulmalı qiyməti ilə dəyəri və onların faktiki maya
dəyəri arasındakı fərq 442 saylı “Gələcək hesabat dövrünün gəlirləri” hesabında əks
etdirilir.
Təbii fəlakət və yanğın nəticəsində maddi qiymətlilərin örtülməyən itkiləri
təşkilatın təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilir. Mal- material qiymətlilərin
aşkar edilən artıqlan təşkilatın maliyyə nəticələrinin artırılması hesabına mədaxil
edilir.
Qiymətlilərin çeşidlərində fərq olan zaman artıqlann çatışmamazlıq- dan
artıq olan hissəsi də belə qaydada silinir.
Yenidən qiymətləndirmə mal-material qiymətlilərinin qiymətlərində baş
verən dəyişikliklə əlaqədar, dövri olaraq həyata keçirilir. Bu zaman yenidən
qiymətləndirməyə məruz qalan qiymətlilərin qalığı adətən inven- tarlaşdınhr.
Yenidən qiymətləndirmə nəticəsində materialların qiymətinə əlavə və ya qiymətin
azalması aşkar edilə bilər.
Yenidən qiymətləndirmənin nəticələrinin uçotu üçün 208 saylı “Ehtiyatlann
dəyərinin azalmasına görə düzəlişlər” adlı aktiv-passiv hesab tətbiq edilir, bu
hesabın debeti üzrə qiymətin azalması, krediti üzrə isə qiymətə əlavələrin məbləğini
yazırlar.
Dövriyyə vəsaitlərinə aid olan qiymətlilərin yenidən qiymətləndirilməsi və
onun nəticələrinin uçotu qaydası Maliyyə Nazirliyi tərəfindən nizama salınır.
Dostları ilə paylaş: |