Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  201 saylı “Material ehtiyatlan” hesabının debeti



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə114/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   110   111   112   113   114   115   116   117   ...   323

246 

201 saylı “Material ehtiyatlan” hesabının debeti 

531  saylı  “Malgöndərənlər  və  podratçılara  qısamüddətli  kreditor  borclan” 

hesabının krediti 

2.

 

Hesabat  ayında  nəqliyyat-tədarükat  xərcləri  24  min  man.  olmuşdur,  o 

cümlədən: 

a)

 

materiallann  daşınması  üçün  zavoddaxili  nəqliyyat  xidmətləri  olub  -  20 

min AZN 

201 saylı “Material ehtiyatları” hesabının debeti 

202.9

 

saylı “İstehsalat məsrəfləri” hesabının 9-cu subhesabmın krediti 

b)

 

Ekspeditorlann avans hesabatlarına əsasən materialların daxil olması ilə 

əlaqədar olan xərclər - 4 min AZN 

201

 

saylı “Material ehtiyatları” hesabının debeti 

244 saylı “Təhtəlhesab məbləğlər” hesabının krediti 

3.

 

Sərf edilmiş materiallar müqavilə qiyməti ilə silinmişdir: 

a)

 

əsas istehsalata - 700 min AZN 

202

 

saylı “İstehsalat məsrəfləri” hesabının debeti 

201 saylı “Material ehtiyatları” hesabının krediti 

b)

 

köməkçi istehsalata - 200 min AZN 

202.9

 

saylı “İstehsalat məsrəfləri” hesabının 9-cu subhesabmın debeti 

201 saylı “Material ehtiyatlan” hesabının krediti 

c)

 

sexlərin təsərrüfat ehtiyaclanna - 50 min AZN 

202.8 saylı “İstehsalat məsrəfləri” hesabının 8-ci subhesabmın debeti 

201 saylı “Material ehtiyatları” hesabının krediti 

YEKUNU 350 min AZN 

4.

 

Nəqliyyat-tədarükat  xərclərinin  sərf  edilən  materiallara  düşən  hissəsi 

silinmişdir. Bunun üçün xərclərin ayın əvvəlinə qalığı ilə birlikdə cəminin ay ərzində 

daxil olmuş materiallann ayın əvvəlinə olan mövcud qalığı ilə birlikdə cəminə olan 

nisbətini tapınq. Bu nisbət 

(80-ı-24)xl00/  400-1-1200=6.5%  təşkil  edir.  Deməli  nəqliyyat-  tədarükat 

xərclərindən  14  min  manat  (700x2/100=14).  202  saylı  “İstehsalat  məsrəfləri” 

hesabına silinir. 202 saylı hesabın “Köməkçi istehsalat” subhesabına 4 min manat 

(200x2/100=4) və 202 saylı hesabın 8-i “Ümumistehsalat xərcləri” subhesabına 1 min 

manat  (50x2/100=2)  silinməlidir.  Nəqliyyat-tədarükat  xərclərinin  uçotu 

materialların qruplan üzrə apanlır. Bu istehsalata sərf edilmiş materiallann maya 

dəyərini düzgün hesablamaq üçün vacibdir. 


247 

4.12.

 

İnventarların uçotunun xüsusiyyətləri 

İnventarlar  təşkilatda  istifadə  edilən  maddi  qiymətlilərin  əhəmiyyətli 

hissəsini təşkil edir. Onların uçotu  prinsiplərini və vəzifələrini başa düşmək üçün 

hər  şeydən  əvvəl,  həmin  inventarların  istifadə  olunması  xüsusiyyətlərini 

aydınlaşdırmaq, həmçinin onların təsnifatına baxmaq lazımdır. İnventarlar torpaq, 

tikili və avadanlıqlar kimi, istismar prosesində öz natural formalarını dəyişmir və 

tədricən köhnəlir. 

“Mühasibat  uçotu  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  18-ci 

maddəsinin 8-ci bəndinə müvafiq olaraq aşağıdakılar torpaq, tikili və avadanlıqlara 

aid edilməyərək inventarların tərkibində uçota alınır. 

-

 

dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan inventarlar; 

-

 

istehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə 

məhsulun (xidmətin) dəyərinə keçirən və bu prosesdə natural formasını 

saxlamayan sərvətlər; 

-

 

dəyərindən  və  xidmət  müddətindən  asılı  olmayaraq  torpaq,  tikili  və 

avadanlıq  sayılan  kənd  təsərrüfatı  maşınlarından,  alətlərindən, 

mexanikləşdirilmiş tikinti  alətlərindən,  işçi  və  məhsuldar  heyvanlardan 

başqa  xidmət  müddətindən  asılı  olmayaraq  vahidinin  və  ya  dəstinin 

dəyəri müvafiq normativ sənədlərlə müəyyənləşdirilmiş torpaq, tikili və 

avadanlıqların dəyərinin minimum həddindən aşağı olan (100 AZN-dən) 

əmək əşyaları; 

-

 

dəyərindən  və  xidmətindən  asılı  olmayaraq  balıq  ovu  alətləri  (trallar, 

bütün növ torlar və s.); 

-

 

benzin  mühərrikli  mişarlar,  taxtadoğrayan  maşınlar,  çaylarda  istifadə 

edilən axıtma troslan, mövsümi yollar, ağacdaşıma yollarının şaxələri və 

müvəqqəti  qollan,  istismar  müddəti  iki  ilədək  olan  müvəqqəti  meşə 

binaları (səyyar qızdıncı komalar, qazanxana məntəqələri,  mişaritiləmə 

emalatxanaları, benzindoldur- ma məntəqələri və s.); 

-

 

dəyərindən  asılı  olmayaraq,  fərdi  sifarişlərin,  yaxud  məmulat-  lann 

seriyalı və ya kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və s. 

alətlər; 

-

 

vahidinin  və  ya  dəstinin  dəyərindən  və  xidmət  müddətindən  asılı 

olmayaraq xüsusi geyimlər, ayaqqabılar, habelə yataq ləvazi- matlan

vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı 

olmayaraq təşkilat işçilərinə verilməsi nəzərdə tutulan xidməti 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə