Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  kalkulyasiyasını  tərtib  etməzdən  əwəl,  məsrəfin  və  buraxılan  məhsulların  uçotu



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə307/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   303   304   305   306   307   308   309   310   ...   323

647 

kalkulyasiyasını  tərtib  etməzdən  əwəl,  məsrəfin  və  buraxılan  məhsulların  uçotu 

kartoçkasmdakı qeydləri diqqətlə yoxlamaq lazımdır. Kalkulyasiya kartalarmdakı 

qeydlərin tam və düzgün olması, həmin sifariş üzrə onların smeta haqq hesabı ilə 

üzləşdirilməsi yolu ilə yoxlanılır. 

Uçotun sifariş metodu zamanı xərclərin hər bir maddəsi üzrə kənarlaşmanı, 

ancaq materiallar sərf edildikdən və əmək haqqı ödənildikdən sonra aşkar etmək 

olur.  Ona  görə  bu  metod  zamanı  istifadə  edilməmiş  ehtiyatların  aşkara 

çıxarılmasının təhlil edilməsi az səmərəlidir. 

Məhsulun  buraxılışı  zamanı  sifariş  üzrə  ayın  axırına  bitməmiş  istehsalat 

qalığını  müəyyən  etmək  və  qiymətləndirmək  lazımdır.  Sonra  sifariş  üzrə  uçota 

alman  məsrəfdən  bitməmiş  istehsalat  qalığını  çıxmaq  lazımdır,  əldə  edilən  fərq 

qismən  buraxılışın  dəyərini  göstərəcək,  lakin  bitməmiş  istehsalatın  müəyyən 

edilməsi çoxlu vaxt və əmək tələb edən inventarlaşma ilə əlaqədar olduğuna görə, 

adətən  qismən  buraxılış  plan-maya  dəyəri  ilə  və  yaxud  da  istehsalın  dəyişilən 

şəraitinə düzəlişlə, həmin məmulatın əvvəlki dəstlərinin maya dəyəri ilə şərti olaraq 

qiymətləndirilir.  Belə  qiymətləndirməyə  sifariş  yerinə  yetirildikdən  sonra  düzəliş 

verilir. 

Sınaq  nümunəsinin  hazırlanması  zamanı  sifarişin  dəyəri  müəyyən  edilmiş 

mənfəət faizini əlavə etməklə, onun yerinə yetirilməsinə çəkilən faktiki məsrəflərlə 

müəyyən edilir. 

Yuxarıda  qeyd  edildiyi  kimi  sifariş  metodu  sadə  olmasına  görə  fərqlənir, 

lakin bununla bərabər bir sıra nöqsanları vardır. Əsas nöqsanı ondan ibarətdir ki, 

məhsulun  maya  dəyəri  sifariş  hazırlandıqdan  sonra  müəyyən  edilir  və  qismən 

buraxılış  şərti  olaraq  qiymətləndirilir.  Başqa  cür  desək  sifariş  metodu  zamanı 

kalkulyasiya dövrü, məhsulun maya dəyəri haqqında hesabatın tərtib edilməsi ilə 

bir vaxta düşür. Bu, sifarişin yerinə yetirilməsinin bütün dövrü ərzində vəsaitlərin 

sərf  edilməsinə  nəzarəti  çətinləşdirir. Bundan  başqa  açıq sifarişin miqdarının  çox 

böyük  olması  (1000-ə  qədər)  ilə  əlaqədar  olaraq  materialların,  əmək  haqqının  və 

digər  məsrəflərin  uçotunda  səhvlərin  olması  labüddür.  Bu  təkcə  çoxlu  miqdarda 

sənəd  axını  ilə  deyil,  həm  də  detalların  təyinatı  üzrə  istifadə  edilməməsi  ilə 

əlaqədardır, çünki maşınqayırmada detalların 50%-dən çoxu bir-birini əvəz edir. 

Fərdi  və  kiçik  seriyalı  istehsallarda  bu  nöqsanlann  aradan  qaldırılması, 

ancaq istehsal məsrəfləri uçotunun və məhsulun maya 


648 

dəyəri kalkulyasiyasının normativ metodunun əsas elementlərindən istifadə etmək 

və tətbiq etmək yolu ilə mümkündür. 

Sifariş metodu zamanı uçotun keyfiyyətini bütün istehsalat məsrəflərini ciddi 

surətdə  normalaşdırmaq  yolu  ilə  əhəmiyyətli  dərəcədə  artırmaq  olar. 

Əsaslandırılmış normaların mövcud olması normativ metodu, yəni sifariş-normativ 

metodunu  tətbiq  etmək  əsasında  hər  bir  sifarişə  məsrəflərin  uçotunun  təşkil 

edilməsinə  imkan  verər.  Bu  şəraitdə  normadan  kənarlaşma  aşkar  edilməklə 

vəsaitlərin  sərf  edilməsinə  cari  operativ  nəzarət  mümkün  olur,  sifarişin  hesabına 

qismən  məhsul  buraxılışının  qiymətləndirilməsi  (onun  normativ  maya  dəyəri  ilə 

qiymətləndirilməsinə  imkan  verilir)  sadələşdirilir,  bütövlükdə  sifarişin  maya 

dəyərinin kalkulyasiya edilməsi yüngülləşir. 

Maya dəyərinin uçotu və kalkulyasiyanın sifariş sistemi, texnoloji məqsədlər 

üçün  materialların,  istehsalat  fəhlələrinin  əsas  əmək  haqqı  məsrəflərinin  və 

ümumistehsalat  xərclərinin  konkret  məhsulların  buraxılışı  və  ya  hər  hansı  bir 

xidmətin yerinə yetirilməsi ilə asand əlaqələndirilən istehsalda tətbiq edilir. 

İstehsalat  məsrəflərinin  sifariş  uçotu  sisteminin  təşkili  istehsalın  müəyyən 

edilə bilən şəraiti zamanı mümkündür. Burada əsas şərt nadir və ya xüsusi sifarişlə 

yerinə yetirilən məmulatın və ya kiçik dəst məmulatın hazırlanmasına ayırmaq və 

fərdiləşdirmək  imkanı  və  məhsul  vahidinin  orta  maya  dəyəri  deyil,  fərdi  maya 

dəyəri haqqında informasiyanı əldə etmək imkanı hesab olunur. Belə şərtləri olan 

istehsallara:  tikintini,  təyyarə  və  gəmi  qayırmanı,  boru  istehsalını,  poliqrafiyanın, 

elmi-tədqiqat,  konstruktor,  təmir  işlərinin  yerinə  yetirilməsi,  auditor  və  məsləhət 

xidmətinin göstərilməsi, kiçik seriyalı və fərdi tipli digər istehsalları aid edirlər. 

İstehsal  şərtlərinin  xarakteristikası  maşınqayırma  təşkilatlannm  əsasında 

verilmişdir.  Bu  zaman  buraxılan  məhsula  məsrəflərin  məhdudlaşdırılması  və 

qruplaşdırılmasmı müəyyən edən üsulun tətbiq edilən plan-uçot vahidlərinə xüsusi 

diqqət yetirmək lazımdır. 

Fərdi  istehsal  buraxılan  məhsullardan  olan  münasibətinə  görə  dar 

ixtisaslaşdırılmışa və geniş ixtisaslaşdırılmışa bölünməklə istehsalın uzun dövrülüyü 

ilə  xarakterizə  olunur.  Bu  zaman  müxtəlif  iri,  orta,  kiçik,  ölçülərdə  təkrar 

olunmayan və ya dövrü olmadan təkrar olunan məmulatlar buraxılır. 

İstehsalat sifarişi plan-uçot vahidi kimi işlərin bütün kompleksini birləşdirir, 

bundan  da  son  nəticə  sifarişin  yerinə  yetirilməsinə  nail  olması  asılıdır.  Bura 

konstruktor bürosunun, texnoloji sınaqlar və son şəkil vermə üzrə işlər daxildirlər. 

Yığılmanın  bir  aydan  az  davam  etdiyi  zaman  detal  və  qovşaqları  yığılmaq  üçün 

yığılma işlərinə başla 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə