Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  mamışdan  əvvəl,  qovşaqlar  və  ya  məmulatlar  əvvəlcədən  komplekt-  ləşdirilərək



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə308/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   304   305   306   307   308   309   310   311   ...   323

649 

mamışdan  əvvəl,  qovşaqlar  və  ya  məmulatlar  əvvəlcədən  komplekt-  ləşdirilərək 

verilir. Bu sistem yığma sexləri və sahələri üçün - sifarişin, hazırlıq və emal sexləri 

üçün  -  komplekt  detallar  və  ya  detal  üçün  hazırlığın  plan  uçot  vahidləri  kimi 

nəzərdə tutur. 

Operativ  istehsalat  idarəetmə  sisteminin  seçilməsinə  təşkilatın  ixtisaslaşma 

səviyyəsi  olduqca  yüksək  təsir  göstərir,  bu  zaman  kiçik  seriyalı  profilli  məhsulla 

yanaşı olduqca böyük həcmli qeyri profilli məhsullar buraxılır. Onun istehsalının 

təşkili  spesifikası  əsas  məhsulların  hazırlanmasının  mövcud  olan  istehsal 

şəraitindən  fərqlənəcəkdir.  Belə  halda  qeyri  profilli  məhsullar  üçün,  həmin 

təşkilatda əsas məhsullar üçün operativ  - istehsalat planlaşdırma və uçotun digər 

sisteminin istifadə edilməsinə baxmayaraq sifariş və ya komplekt sistemin nəzərdə 

tutulan variantlarından biri daha məqsədəuyğundur. 

Sifarişin kalkulyasiyasmı o başa çatdıqca həyata keçirirlər. Bütün məsrəfləri, 

məsrəflərin  toplandığı  kartoçkada  qruplaşdırırlar.  Sifariş  üzrə  bütün  işlər  başa 

çatana qədər məsrəflər özündə bitməmiş istehsalatı əks etdirir. Başa çatmış sifarişin 

maya dəyərini məsrəfləri toplamaqla müəyyən edirlər. 

Sifarişlər  üzrə  məsrəflərin  icmal  uçotu  aşağıdakıların  köməyi  ilə  bir  neçə 

variantda təşkil edilir: 

a)

 

nəzarət hesablarının; 

b)

 

müstəqil uçotun; 

v) müqavilə üzrə maya dəyərinin kalkulyasiyası 

Maliyyə  uçotunun  ənənəvi  qaydasında  məsrəf  hesablamalarının  və  onlarla 

müxabirləşən  hesabların  açılmasını  nəzərdə  tutan  uçot  sistemi  başa  düşülür. 

Məsrəflərin  analitik  hesabları  məsrəflərin  toplandığı  kartoçkalarla  -  «sifarişlərin 

kartoçkaları  ilə»  təqdim  edilir,  onlarda  müstəqim  məsrəfləri  ümumiləşdirirlər, 

qeyri  müstəqim  məsrəfləri  hesabat  dövrü  başa  çatdıqca  bölüşdürmənin 

haqq-hesabı üzrə yazırlar. Kartoçkanı sifarişdə nəzərdə tutulan bütün işləri yerinə 

yetirildikcə bağlayırlar. Bütün mühasibat qeydlərini cədvəllərdə həyata keçirirlər. 

Yekunlan baş kitabın hesablarına yazırlar. 

Müstəqil  uçot  dedikdə  idarəetmə  və  maliyyə  uçotunda  ayrıca  hesabların 

açılmasını nəzərdə tutan uçot sistemi başa düşülür, bu zaman məsrəf hesablarında 

maliyyə əməliyyatları haqqında qeydlər aparmırlar. Bu variant uçotun iki növündə 

qeydlərin təkrarlanmasını nəzərdə tutur. 

Müqavilə  üzrə  maya  dəyərinin  kalkulyasiyası  dedikdə,  istehsalın  uzun 

dövrülüyü ilə iri məmulatın uçot və kalkulyasiya sistemi başa düşülür. Müqavilədə 

yerinə yetirilən işlərə görə mərhələlər üzrə iş 


650 

göronə aralıq ödəmə nəzərdə tutulur. Ödəmənin məbləği sifarişçinin aktı ilə təsdiq 

edilən  yerinə  yetirilmiş  işlərin  dəyəri  ilə  müəyyən  edilir.  Ödəmələr  daxil  olduqca 

həmin dövrdə mənfəəti hesablamaq üçün, satılmış məhsulların maya dəyərinə daxil 

etmək  üçün  lazım  olan  məsrəfləri  müəyyən  edirlər.  Elə  buradaca  keçməyən 

xərclərin, daha doğrusu başa çatmayan və sifarişçiyə təhvil verilməyən işlərin maya 

dəyəri müəyyən edilir. 

Beləliklə,  maya  dəyərinin  sifariş  uçotu  və  kalkulyasiyasmm  sistemi  bu  cür 

xarakterizə olunur: 

a)

 

xərclər  və  məsrəflərin  işlərin  ayrı-ayrı  növlərinə  və  ya  hazır  məhsul 

seriyasına aid edilməsi haqqında məlumatların toplanması. 

b)

 

aralıq  vaxt  ərzində  deyil,  hər  bir  başa  çatmış  dəstlər  üzrə  məsrəflərin 

həcminin dəyişilməsi

c)

 

baş kitabda «İstehsalat məsrəfləri» hesabının aparılması, onun debeti üzrə 

qalıqda bitməmiş istehsalatın qalığı göstərilir. 

4.4.

 

İstehsalat xərclərinin uçotu və maya dəyəri 

kalkulyasiyasmm mərhələ metodunun xarakteristikası 

İstehsalat  xərclərinin  uçotu  və  məhsulun  maya  dəyəri  kalkulyasiyasmm 

mərhələ  metodu  ilk  xammalın  emal  prosesində  ardıcıl  olaraq  bir  sıra  yenidən 

emallardan, fazalardan, mərhələlərdən keçirildiyi kütləvi istehsallarda tətbiq edilir. 

Bu metod ən çox metallurgiyada, toxuculuqda, kimya, dəri, tikinti materialları, şüşə, 

çini-saxsı qablar, sement, yeyinti sənayesi sahələrində də geniş yayılmışdır. Burada 

məsrəflərin  planlaşdiırılması  və  uçotu  ayrı-ayrı  texnoloji  fazalar,  mərhələlər, 

yenidən emallar üzrə aparılır, mərhələlərin daxilində isə məhsulların növləri və ya 

qrupları çərçivəsində maddələr üzrə aparılır. 

Mərhələ  metodunun  ən  mühüm  xüsusiyyəti  ondan  ibarətdir  ki,  istehsal 

xərcləri uçotunun obyekti, istehsal prosesinin texnoloji yenidən emalından, mərhələ 

və  ya  fazadan  ibarətdir.  Misal  üçün,  qara  metallurgiyada  istehsalın  tam  dövrü 

domna (çuğunun əridilməsi), poladəritmə və prokat mərhələlərindən ibarətdir; dəri 

istehsalında  isə islatma-külləmə,  aşılama  və  bəzək  mərhələlərindən,  pambıq-parça 

istehsalında isə əyirmə, toxuma və rəngləmə mərhələlərindən ibarətdir. 

İstehsalat  xərcləri  mərhələlər  üzrə  məhsulların  növləri  və  ya  qrupları 

çərçivəsində xərclərin kalkulyasiya maddələri üzrə uçota 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə