Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  alınır.  Bu  zaman  müstəqim  məsrəflər  hər  bir  mərhələ  üzrə  ayrıca  uçota  alınır



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə309/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   305   306   307   308   309   310   311   312   ...   323

651 

alınır.  Bu  zaman  müstəqim  məsrəflər  hər  bir  mərhələ  üzrə  ayrıca  uçota  alınır, 

mərhələ daxilində isə məhsulların növləri üzrə uçota alınır. Qeyri-müstəqim xərclər 

isə bütövlükdə istehsal, sex üzrə və ya müəssisə üzrə sonradan onları mərhələ üzrə 

məsrəflərə  müəyyən  edilmiş  qaydada  mərhələlər  arasında  bölüşdürmək  yolu  ilə 

silinir. 

Bir  sıra  istehsallarda  məsrəflərin  uçotunu  məhsulun  hər  bir  növü,  çeşidi, 

markası və ya sinfi üzrə aparmaq çətindir. Belə hallarda istehsal məsrəfləri bu cür 

bölgüsüz uçota alınır. Ayrı-ayrı növlərin, sortlarm və markaların maya dəyəri əmsal 

üsulu ilə (qara metallurgiyada) və ya yanaşı məhsullara aid məsrəfləri çıxmaq üsulu 

ilə hesablanır. 

Yüngül  sənayenin  bir  sıra  sahələrində  (toxuculuq,  dəri,  xəz)  idarəetmə 

xərclərini mərhələlər üzrə bölüşdürmürlər, onları bütövlükdə həmin istehsalın son 

məhsuluna aid edirlər. 

Maya  dəyəri  kalkulyasiyasmm  mərhələ  (prosesli)  sistemi  bir  cinsli  və  ya 

təxminən eyni məhsul istehsal edən ya da arasıkəsilməyən istehsal dövrlü seriyalı və 

ya  kütləvi  istehsallarda  tətbiq  edilir. Məsrəflərin prosesli  kalkulyasiyasmı istehsal 

prosesinin ayrı-ayrı hissəsinin hər bir istehsal bölməsi tərəfindən yerinə yetirilməsi 

texnologiyasını  və  emal  etdikcə  bir  əməliyyatdan  başqa  əməliyyata  məhsulun 

hərəkətini  nəzərdə  tutan  təşkilatlar  istifadə  edirlər.  Axırıncı  bölmə  istehsalı  başa 

çatdırır  və məhsulu  hazır  məmulat  anbarına  təhvil  verir.  Məsrəfləri məmulatlara 

aid etmədən istehsalat bölmələri üzrə müəyyən vaxt ərzində ümumiləşdirirlər. 

Məmulat vahidinin maya dəyəri müəyyən dövr ərzində buraxılan məmulatın 

miqdarına istehsal maya dəyərini bölməklə hesablanır. 

Belə istehsallara, kimya, neft emalı, toxuculuq, sement və seriyalı kütləvi tipli 

istehsala malik  olan  sənayenin  digər  sahələrini  aid  edirlər. İstehsalın  təşkilinin  və 

istehsal  obyektlərinin  planlaşdırılması  və  uçotu  üçün  tətbiq  edilən  vahidlərin  hər 

tərəfli xarakteristikası maşınqayırmanın misalında verilmişdir. 

Seriyalı  istehsal  kütləvi  istehsalla  müqayisədə  hazır  məhsulun  plan  uçot 

vahidinin  ölçülməsinə  nisbətən  dəqiqləşdirilmiş  və  detallaşdırılmış  operativ 

istehsalat 

planlaşdırılması 

metodlarını 

istifadə 

edirlər. 

Maşınqayırma 

təşkilatlannda seriyalı tipli ardıcıl istehsallı sexlər və sahələr böyük yer tuturlar. 

İstehsal  prosesinə  paralel  olaraq  məsrəflərin  toplanması  prosesi  gedir. 

Müstəqim  məsrəfləri  ilkin  sənədlərin  məlumatları  əsasında  bölmələr  üzrə  uçota 

alırlar. Prosesli uçot sistemində müstəqim material və əmək məsrəflərindən başqa 

müstəqim məsrəflərə istehsalın 


652 

hazırlanması, istehsalın gedişinə nəzarət, amortizasiya xəreləri, onlar bir bölmənin 

daxilində lokallaşdırıldığı şəraitdə daxil edilə bilər. Xərclər kalkulyasiya obyektləri 

üzrə müxtəlif üsulların köməyi ilə bölüşdürülürlər. 

Müstəqim  məsrəflərin  uçotunun  təşkili  olduqca  sadə  sxemə  malikdir, 

bununla  bərabər  üstəlik  xərclər  və  bitməmiş  istehsalatın  qiymətləndirilməsi  ilə 

problemlər meydana çıxır. 

Kalkulyasiyamn və məsrəflərin toplanmasının prosesli sxemini təhlil edərək, 

uçot prosesini beş mərhələyə bölmək olar: 

1.

 

Natural və ya plan uçot vahidlərində istehsalın uçotu 

2.

 

Natural və ya plan uçot vahidlərində buraxılışın uçotu 

3.

 

«lstehsalat  məsrəfləri»  hesabının  debetində  uçota  alman  məsrəflərin 

toplanması 

4.

 

Məhsul vahidinin maya dəyərinin hesablanması 

5.

 

Dövrün  axırında  məsrəflərin  hazır  yarımfabrikatlar  və  bitməmiş 

istehsalat arasında bölüşdürülməsi 

Birinci  iki  mərhələ  istehsal  prosesinin  natural  vahidlərdə,  sonrakı  üç  isə  - 

dəyər vahidlərində əks etdirilməsini nəzərdə tutur. 

Kalkulyasiyamn  birinci  mərhələsində  həmçinin  bitməmiş  istehsalatın 

qiymətləndirilməsi aparılır, bura material məsrəfləri və emala məsrəflər, müstəqiim 

əmək məsrəfləri, sosial sığortaya ayırmalar və ümumi istehsalat xərcləri daxildir. 

İkinci  mərhələdə  natural  və  ya  plan  uçot  vahidlərdə  məhsul  buraxılışını 

hesablayırlar. Digər sexlərə verilənlər və ya istehsal dispetçer şöbəsinin anbarlarına 

təhvil  verilən  yarımfabrikatlar  orta  çəki  üzrə  qiymətləndirilirlər.  Bu  zaman 

bitməmiş  istehsalat  hazırlıq  faizinə  görə  tam  emal  edilmiş  yarımfabrikatlara 

çevrilir.  Şərti  vahid  haqq-hesabını  material  məsrəfləri  üzrə  ayrıca  aparırlar,  bu 

zaman başa çatmış işin materiallarla təmamilə komplektləşdirilməsi nəzərə alınır. 

Özünün müstəqim məsrəflərini və həmin sexin istehsalat xərclərini yenidən 

hesablanmış vahidlərinin miqdarına bölürlər. Alınmış nəticələri sonrakı mərhələdə 

«lstehsalat  məsrəfləri»  hesabının  debeti  üzrə  məsrəflərin  məbləğini  hesablamaq 

üçün istifadə edirlər. 

Üçüncü mərhələdə məsrəflərin məbləğlərinin hesablanması nəzərdə tutulur. 

Dövrün  əvvəlinə  bitməmiş  istehsalatda  qalan  şərti  vahidlər,  əvvəlki  mərhələdəki 

kimi  qiymətləndirilir.  «İstehsalat  məsrəfləri  hesabının  debeti  üzrə  məsrəflərin 

elementləri  üzrə  onları  qruplaşdıraraq  məsrəfləri  ümumiləşdirirlər:  əsas 

materiallar + əsas 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   305   306   307   308   309   310   311   312   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə