|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
dığı halda iflasa uğraya bilərlər. Buna görə də, təşkilatın mənfəətinin olması onun
114
dığı halda iflasa uğraya bilərlər. Buna görə də, təşkilatın mənfəətinin olması onun
sərbəst pul vəsaitlərinə malik olması deyil.
Pul vəsaitləri- nağd pul vəsaitləri, bank hesablarında saxinılan və tələblər
üzrə verilən pul vəsaitləridir. Pul vəsaitlərinin eknivalentləri investisiya və digər
məqsədlərdən daha çox qısamüddətli pul öhdəliklərinin yerinə yetirilməsi üçün
istifadə edilirlər.
Yeni hesablar planının 22-ci maddəsində 5 saylı Milli Mühsibat Uçotu
Standartlarına uyğun olaraq pul vəsaitləri və onların ekvivalentlərinin uçota
alınması haqqında ümumiləşdirilmiş məlumatlar öz əksini tapır. Belə ki, 221-ci
hesabda nağd pul qaydasında kassa, müvafiq qaydada 222-ci hasabda yolda olan
pul köçürmələri, 223-ci hesabda bank hesablaşma hesabları və 224-cü hesabda
tələblərə əsasən verilən digər bank hesabları vasitəsilə nağdsız qaydada pul
vəsaitlərinin hərəkəti üzrə əmə- liyyatlann aparılması uçota alınır. Yeni hesablar
planının 225-ci hesabı isə qısa ödəniş müddətinə malik olan pul vəsaitlərinə dərhal
çevrilə bilən və pul vəsaitlərinin digər növləri üzrə dəyərin dəyişməsi risklərinə cüzi
məruz qalan yüksək likvidli qoyuluşlarına aid olunan ümumiləşdirilmiş
məlumatları əhatə edir. Mühasibat uçotunun yeni hesablar planının bu bölməsində
milli və xarici valyutadan ibarət olmaqla təşkilatın kassasında, hesablaşma
hesabında, və digər hesablarda olan pul vəsaitlərinin, qiymətli kağızların, həmçinin
ödəniş və pul sənədlərinin mövcudluğu və hərəkəti uçota alınır.
2.2.
Kassa əməliyyatlarının sənədləşdirilməsi və uçotu
Nağd pul vəsaitinin mövjudluğunun saxlanması və onun köməyi ilə
hesablaşmaların aparılması üçün hər bir təşkilatda, yaxud idarədə kassa yaradılır.
İri təşkilatlarda kassanın ayrı-ayrı bölmələrdə yerləşən filialı ola bilər. Kassa
əməliyyatlarının həyata keçirilməsi qaydası Azərbaycan Respublikası Milli
Bankının (ARMB) 6 aprel 1993-cü ildə təsdiq etdiyi «Xalq təsərrüfatında kassa
əməliyyatlarının aparılması qaydaları» ilə reqlamentləşdirilir. Kassa, xüsusi
avadan- lıqlaşdırılmış, siqnalizasiyası olan, kənar şəxslərin daxil olmasına imkan
verməyən qurğularla quraşdırılmış, pulların və qiymətli kağızların saxlanması
üçün yanmayan metal şkaflarla təchiz edilmiş qapalı otaqlardan ibarətdir.
Əməliyyatın aparılması zamanı kassanın qapıları daxili tərəfdən bağlı olmalıdır.
Kassanın işi ilə münasibətləri olmayan şəxslərin oraya daxil olması qadağan edilir.
115
Bütün nağd pullar və qiymətli kağızlar bir qayda olaraq kassanın işi
qurtardıqdan sonra açarla bağlanan və kassirin surğuc möhürü ilə möhürlənən
yanmayan metal şkaflarda, bir sıra hallarda isə komibinləşdirilmiş və adi metal
şkaflarda saxlanmalıdır. Metal şkafların açarı və möhür kassirdə, açarın qeydə
alınmış nümunəsi isə kassir tərəfindən möhürlənmiş zərfdə, sandıqçada və s. təşkilat
rəhbərində mühafizə edilməlidir. Rübdə bir dəfədən az olmayaraq onlar komissiya
tərəfindən yoxlanılmalıdır.
Pul vəsaitlərinin kassada qorunub saxlanmasının təmin edilməsi üçün
təşkilatda lazımi şərait yaradılmalıdır. AR Daxili İşlər Nazirliyi tərəfindən təsdiq
edilmiş «Pul vəsaitlərinin saxlanması və daşınması zamanı onların salamatlılığmı
təmin etmək barədə» və «Təşkilatlarm kassa binalarının texniki cəhətdən
möhkəmləndirilməsi və yanğından mühafizə siqnalizasiyası vasitələri ilə təchiz
olunması barədə» tövsiyələrə təşkilati-hüquqi formasından və fəaliyyət növündən
asılı olmayaraq bütün təşkilatlar tərəfindən əməl olunmalıdır.
Kassa əməliyyatları qəbul edilmiş bütün pul və qiymətli kağızların mühafizə
edilməsinə və öz vəzifəsinə həm qəsdən, həm də diq- qətsiz, yaxud məsuliyyətsiz
yanaşmaq nəticəsində təşkilata, idarəyə dəymiş bütün ziyanlara görə məsuliyyət
daşıyan kassir tərəfindən yerinə yetirilir. Bunun üçün onu işə götürərkən tam fərdi
məsuliyyət haqqında onunla müqavilə bağlanmalıdır. Bununla birlikdə, təşkilat
rəhbəri onu kassa əməliyyatlarının aparılması qaydası ilə tanış etməlilir. Kassir
etibar edilmiş işin digər işçi tərəfindən yerinə yetirilməsinə, məlum təşkilata məxsus
olmayan nağd pul və digər dəyərlilərin kassada saxlanılmasına icazə verilmir.
Bir kassiri olan təşkilatlarda onun əvəz edilməsi tələb olunan hallarda
təşkilat rəhbərinin əmri ilə kassir vəzifəsinin icrası birinci işçiyə həvalə edilə bilər.
Bu işçi də kassa əməliyyatlarının aparılması qaydası ilə tanış edilir və onunla tam
maddi məsuliyyət haqda müqavilə bağlanılır.
Kassirin qəflətən öz işini qoyub getməsi hallarında kassada olan bütün pullar
digər kassir tərəfindən sayılır və təşkilat rəhbəri və baş mühasibin, yaxud bu
məqsəd üçün yaradılmış komissiyanın iştirakı ilə ona verilir. Pulun sayılmasının və
təhvil verilməsinin nəticəsi aktla rəsmiyyətə salınır.
Əmək haqqının, mükafatın və digər kassa ödənişlərinin bölmə üzrə
verilməsini təşkil etmək üçün müəssisə rəhbərinin əmri ilə xüsusi şəxslər (ictimai
kassirlər) təyin oluna bilər. Bu şəxslər bölmələrin tələbatına müvafiq miqdarda pul
vəsaitini kassadan alır və sonra kas
Dostları ilə paylaş: |
|
|