Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  kommersiya  bankları  sistemindən  ibarətdir.  Bank,  təşkilatlara,  xüsusilə  onların



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə50/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   46   47   48   49   50   51   52   53   ...   323

112 

kommersiya  bankları  sistemindən  ibarətdir.  Bank,  təşkilatlara,  xüsusilə  onların 

müəyyən  etdiyi  əmək  haqqı  fondlarına,  ezamiyyət  və  təsərrüfat  xərclərinin 

limitlərinə nəzarəti təmin edir, vergilər, rüsumlar və s. ödənişlər üzrə təşkilatların 

dövlət  büdcəsi  ilə  hesablaşmalarının  vaxtında  aparılmasını,  malgöndərənlərin 

hesabnamələrinin  və  ödəmə  tələbnamələrinin  ödənilməsini  izləyir,  müəyyən 

təminatla müxtəlif məqsədlər üçün təşkilatlara ssudalar verir və müəyyən edilmiş 

müddətdə həmin ssudalarm qaytarılmasını müşahidə edir. 

Nağdsız  köçürmələr  yolu  ilə  ödəmələrin  bank  vasitəsilə  aparılması 

hesablaşmaların  əsas  forması  hesab  olunur.  Bu  formanın  köməyi  ilə  təkcə 

malgöndərənlərlə onlardan daxil olan maddi qiymətlilərə görə və ya malalanlarla 

onlara  göndərilmiş  və  ya  buraxılmış  məhsullara,  yerinə  yetirilmiş  işlərə  və 

göstərilmiş  xidmətlərə  görə  hesablaşmalar  deyil,  həm  də  vergilər  üzrə  büdcə  ilə, 

müxtəlif  debitor-  larla  və  kreditorlarla,  özünün  sahə  idarəetmə  orqanı  ilə,  trest 

(idarə-  daxili  hesablaşmalar),  törəmə  və  ana  təşkilatlarla,  həmkarlar  təşkilatı  ilə, 

əmək haqqının əmanət bankı vasitəsi ilə verilməsi hallarında onlarla hesablaşmalar 

və bir sıra başqa hesablaşmalar həyata keçirilir. 

Nisbətən  kiçik  məbləğlərdə  olan  pul  vəsaitləri  əməyin  ödənilməsi  üzrə 

işçilərlə  nağd  hesablaşmalar  (təşkilatlarda  əmək  haqqının  əmanət  bankı  vasitəsilə 

ödənilməsinə keçirilməməsi ilə onun ödənilməsi, təhtəl hesab şəxslərə təhtəl hesab 

məbləğin verilməsi, nağd pulla satılan qiymətlilərə görə qalıq pulun qaytarılması) 

üçün istifadə olunur. 

Bu baxımdan belə vəsaitlər kassada saxlanılır və orada onun dövriyyəsi təşkil 

olunur.  Pul  vəsaitləri  bütün  hesablaşmalarda  əsas  vasitəçi  hesab  olunduğundan, 

onun  makroiqtisadi  səviyyədə  normal  dövriyyəsini,  bazar  iqtisadiyyatı  şəraitində 

fəaliyyətin  tələb  olunan  səviyyədə  aparılmasını  və  s.  zəruri  işlərin  yerinə 

yetirilməsini  təmin  etmək  üçün  bütün  hesablaşmaları  düzgün  və  vaxtında  yerinə 

yetirmək lazımdır. Bununla birlikdə hesablaşma əməliyyatlarının səmərəliliyi, pul 

vəsaitləri  və  hesablaşma  əməliyyatları  mühasibat  uçotunun  vəziyyətindən  asılı 

olduğundan, onun aparılması və təşkilinə xüsusi diqqət yetirilməlidir. 

Birliyin və ya təşkilatın baş mühasibi: bütün daxil olan pul vəsaitlərinin tam 

uçotunu, eləcə də digər xidmətlərin (hüquq, maliyyə və i.a.) rəhbərləri ilə birlikdə 

debitor borcların alınmasını və kreditor borclarının ödənilməsini, ödəmə intizamına 

riayət olunmasını, ödəmələr üzrə müəyyən olunmuş müddətlərdə pul vəsaitlərinin, 

hesablaşmaların inventarlaşmasmm aparılmasını, qüvvədə olan qanuna mü- 


113 

vafıq  olaraq  alınması  mümkün  olmayan  borcların  mühasibat  balansından 

silinməsini təmin etməlidir. 

Bir  qayda  olaraq  iri  təşkilatların  tərkibində  bütün  hesablaşma 

əməliyyatlarını  yerinə  yetirən  müstəqil  maliyyə  xidməti  yaradılır.  Bu  cür  halda 

maliyyə  xidməti  maliyyə  və  hesablaşma  əməliyyatlarının  qismən  uçotunu,  bu 

əməliyyatların rəsmiləşdirilməsinin  qanunauyğun,  vaxtında  və  düzgün  aparılması 

üzərində  nəzarəti  həyata  keçirir.  Maliyyə  xidmətinin  olmaması  hallarında  pul 

vəsaitlərinin  və  hesablaşma  əməliyyatlarının  tam  uçotunu  aparmaqla  yanaşı, 

onların həyata keçirilməsi də mühasibata həvalə edilir. 

Bütün  bunlarla  əlaqədar  olaraq  pul  vəsaitləri  və  hesablaşmaların  uçotu 

sahəsində mühasibat uçotu qarşısında aşağıdakı əsas vəzifələr qoyulur: 

a)

 

kassada,  hesablaşma  və  bankdakı  digər  hesablarda  olan  pul  vəsaitinin 

mövjudluğu və mühafizə edilməsi üzərində nəzarət etmək

b)

 

ayrılmış limitlər, fondlar və smetalara müvafiq olaraq, pul vəsaitlərinin öz 

təyinatına istifadə olunmasının müəyyən edilmiş qaydalarına riayət etmək

c)

 

həm  qeyri-nağd  köçürmələr,  həm  də  nağd  pulla  aparılan  bütün 

hesablaşmaları həyata keçirmək

ç)  pul  vəsaitlərinin  və  hesablaşma  əməliyyatlarının  mövcudluğunu  və 

hərəkətini uçot registrlərində vaxtında əks etdirmək

d)

 

müəyyən edilmiş vaxtda pul vəsaitlərinin və hesablaşmaların vəziyyətinin 

invcntarlaşmasını aparmaq, vaxtı keçmiş debitor və kreditor  borclarının baş verə 

bilməsinin qarşısını almaq üçün səmərəli tədbirlər görmək

e)

 

hesablaşma - ödəniş qaydalarına riayət olunması, material dəyərliləri və 

xidmətlərin vaxtlı-vaxtmda köçürülməsi üzərində nəzarət etmək. 

Təşkilatın “Mühasibat balansı” və “Mənfəət və zərər haqqında” hesabatları 

birlikdə maliyyə hesabatlarının istifadəçilərini təşkilatın hesabat dövrünün sonuna 

olan  maliyyə  vəziyyəti  barədə  tam  informasiya  ilə  təmin  etmir.  Mənfəət  və  zərər 

haqqında  hesabatda  maliyyə  ili  ərzində  təşkilat  tərəfindən  əldə  olunmuş  gəlir, 

mühasibat  balansında  isə  hesabat  dövrünün  sonuna  təşkilatın  maliyyə  vəziyyəti 

açıqlanır.  Lakin,  bu  hesabatlardan  təşkilatın  nağd  pul  vəsaitlərinin  vəziyyəti 

haqqında  informasiyanı  əldə  etmək  olmur.  Nağd  pul  vəsaitləri  təşkilatın 

fəaliyyətinin  davam  etməsi  üçün  xüsusi  əhəmiyyət  kəsb  edir.  Hətta  mənfəətli 

təşkilatlar belə borclarını ödəmək üçün nağd pul vəsaitlərinə malik olma- 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə