Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  İdarəetmə  orqanlarının,  birliklərin,  təşkilatlann,  idarələrin  və  təşkilat



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə63/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   59   60   61   62   63   64   65   66   ...   323

138 

İdarəetmə  orqanlarının,  birliklərin,  təşkilatlann,  idarələrin  və  təşkilat 

işçilərinin  ezamiyyətə  göndərilməsi,  həmin  orqanların  rəhbərləri  tərəfindən 

müəyyən  edilir  və  ezamiyyət  vəsiqəsi  verilməklə  əmrlə  də  rəsmiləşdirilir.  Xidməti 

ezamiyyət  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  06/2-90  saylı  və 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 07/11 - 37 

saylı  19  mart  1997-ci  il  tarixli  əmrlərilə  təsdiq  edilmiş  "Vətəndaşların  xidməti 

ezamiyyət  qaydaları"  ilə  tənzimlənir.  Bu  Qaydalar  Azərbaycan  Respublikası 

Nazirlər  Kabinetinin  27  yanvar  1997-ci  il  tarixli  9  saylı  qərarı  əsasında 

hazırlanmışdır. 

İşçilərin tabeçilik qaydasında yuxarı təşkilata ezamiyyətləri, həmin təşkilatın 

rəhbərinin çağırışı və yaxud onunla razılaşma üzrə həyata keçirilir. 

İşçilərin  ezamiyyə  müddəti  təşkilatların  rəhbərləri  tərəfindən  təyin  edilir, 

lakin  yolda  olduğu  müddət  nəzərə  alınmaqla,  bu  müddət  40  gündən  (təftiş  və 

yoxlamalar aparılması daxil edilməklə) çox olmamalıdır. 

Quraşdırılan, sazlama və tikinti işlərinin yerinə yetirilməsi üçün ezamiyyətə 

göndərilən fəhlələrin, rəhbərlərin və mütəxəssislərin ezamiyyə müddəti obyektlərin 

tikintisinin müddətindən asılı  olaraq müəyyən edilir  və  bu  müdddət  bir ildən  çox 

olmamalıdır. 

İşçilərin respublika nazirliklərinə və baş idarələrinə, yaxud digər dövlət və 

təsərrüfat  idarələri  orqanlarına  ezamiyyə  müddəti  yolda  olduğu  vaxt  nəzərə 

alınmaqla 5 gündən artıq olmamalıdır. 

Müstəsna  hallarda  ezamiyyətin  müddəti  işçinin  ezam  olunduğu  idarəetmə 

orqanı rəhbərinin rəsmi icazəsi ilə 5 gündən artıq olma- maqla artırıla bilər. 

Ezamiyyət yerində olmanın həqiqi müddəti ezamiyyə yerinə gəlmə və getmə 

haqqında  ezamiyyət  vəsiqəsində  aparılan  qeydlər  üzrə  müəyyən  edilir.  Əgər  işçi 

müxtəlif  yaşayış  məntəqələrinə  ezam  olunmuşsa,  gəlmə  və  getmə  günü  haqqında 

qeydiyyat məntəqə üzrə ayrıca aparılır. 

Qatarın,  təyyarənin, gəminin, avtobusun,  yaxud  digər  nəqliyyat  vasitəsinin 

yola  düşən  günü  ezamiyyətə  gedən  gün,  bu  nəqliyyat  vasitəsinin  daimi  iş  yerinə 

gəlməsi günü isə ezamiyyətdən qayıdan gün sayılır. Nəqliyyat vasitəsi saat 24-ə kimi 

(saat 24 də daxil olmaqla) yola 


139 

düşərkən  ezamiyyətə  gedən  gün  cari  gün,  00  saatdan  sonra  isə  sonrakı  günlər 

sayılır. Stansiyanın, körpünün, təyyarə meydanının yaşayış məntəqəsindən kənarda 

yerləşməsi  hallarında  həmin  stansiyaya,  körpüyə  və  təyyarə  meydanına  getmək 

üçün lazım olan vaxt nəzərə alınır. İşçinin daimi iş yerinə qayıtması günü də eyni 

qayda ilə təyin edilir. 

Ezamiyyətdə olan işçilərə, onların ezam olunduqları idarəetmə orqanlarının 

birliklərin, idarələrin, təşkilatların iş vaxtı və istirahət vaxtının recimi tətbiq edilir. 

Ezamiyyətdə  olduğu  vaxtda  işçinin  istifadə  etmədiyi  istirahət  günlərinin  əvəzinə, 

ezamiyyətdən qayıtdıqdan sonra istirahət günləri verilmir. 

Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan 

işçinin iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır. 

Əvəzçilik üzrə işləyən işçi ezam olunan zaman onun orta əmək haqqı ezam 

edən idarəetmə orqanında, birlikdə, idarədə, təşkilatda saxlanılır. Əgər işçi əsas və 

əvəzçilik iş yeri üzrə eyni vaxtda ezam olunarsa, onun orta əmək haqqı hər iki iş 

yerində tutduğu vəzifə üzrə saxlanılır, ezamiyyət xərcləri isə onların arasında olan 

razılığa əsasən ezamiyyətə göndərən təşkilatlar arasında bölüşdürülür. 

Özünün  daimi  yaşayış  yerinə  hər gün  qayıtmaq imkanı  olan,  ezam  olunan 

işçinin belə bir yerə ezam olunması zamanı gündəlik yemək xərci (gündəlik əvəzinə 

əlavə) verilmir. 

İşçinin  hər  gün  ezam  olunma  yerində  özünün  daimi  yaşayış  yerinə  qayıda 

bilməsi  məsələsi,  hər  bir  konkret  halda  məsafənin  uzaqlığı,  nəqliyyat  əlaqəsinin 

şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait 

yaradılması vacibliyi nəzər alınmaqla, ezam olunanın işlədiyi idarəetmə orqanının, 

birliyin, idarənin, təşkilatın rəhbəri tərəfindən həll edilir. 

Ezam  olunan  işçi  əmək  qabiliyyətini  müvəqqəti  itirdiyi  halda,  ona  ümumi 

əsaslarla yaşayış yerinin kirayəsi üzrə (ezam olunan işçinin stasionar müalicəsində 

olduğu hallardan başqa) xərclər ödənilir və səhhətinin vəziyyətinə görə ona həvalə 

edilmiş xidməti tapşırığı yerinə yetirmək və yaxud daimi yaşayış yerinə qayıtmaq 

imkanı  olmadığı  bütün  dövr  ərzində,  lakin  iki  aydan  artıq  olmamaqla,  gündəlik 

yemək xərci ödənilir. 


140 

Ezam  olunan  işçinin  əmək  qabiliyyətini  müvəqqəti  itirməsi,  həmçinin 

səhhətinin  vəziyyətinə  görə  daimi  yaşayış  yerinə  qayıtmaq  imkanı  olmaması, 

müəyyən olunmuş qaydada təsdiq edilməlidir. 

Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün ezam olunan işçiyə ümumi 

əsaslarla  əmək  qabiliyyətini  müvəqqəti  itirməsi  üzrə  yardım  verilir.  Əmək 

qabiliyyətini müvəqqəti itirdiyi günlər ezamiyyətin müddətinə daxil edilmir. 

Azərbaycan  Respublikası  ərazisində  ezamiyyət  xərclərinin  verilmə  qaydası 

və uçotu respublika Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il 14 saylı qərarı və ona 

uyğun  Maliyyə  Nazirliyi  tərəfindən  hazırlanmış  təlimata  müvafiq  olaraq 

tənzimlənir. 

Hal-hazırda  sözügedən  qərara  və  təlimata  müvafiq  olaraq  Azərbaycan 

Respublikasının  ərazisində  ezamiyyə  xərclərinin  normaları  aşağıdakı  miqdarda 

müəyyən edilmişdir: 

-

 

Azərbaycan  Respublikasının  ərazisində  ezamiyyə  xərclərinin  1  günlük 

norması Bakı şəhərində 35.0 AZN; Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 25.0 

AZN, şəhər tipli qəsəbələrdə və kənd yerlərində 15,0 manatdan artıq olmamaqla; 

-

 

nəqliyyat xərcləri (taksidən başqa) təqdim olunan sənədlər əsasında. 

Müvafiq təsdiqedici sənədlər təqdim edilməyən hallarda kommunal xərcləri 

müvafiq  normaların  50  faizi  həcmində,  nəqliyyat  xərcləri  isə  dəmir  yolu,  su  və 

avtomobil nəqliyyatının ən aşağı tarifləri miqdarında ödənilir. 

İdarə və təşkilatların daimi iş vaxtı yolda keçən, növbə metodu ilə işləyən və 

çöl təşkilatlarında çalışan işçilərinə gündəlik yemək xərcləri əvəzinə hər gün üçün 

5,0 manat əlavə vəsait ödənilir. 

Qərar  və  təlimatda  xarici  ölkələrə  ezamiyyə  xərclərinin  normaları  ölkə  və 

şəhərlərin xarakterindən asılı olaraq fərqləndirilmiş və təsdiq edilmişdir. 

Bundan başqa, sözügedən normativ sənədlərdə rəhbər işçilərin ezamiyyətləri 

ilə  əlaqədar  ezamiyyət  xərcləri  normalarına  əlavələr  və  həmin  əlavələrin  tətbiq 

olunduğu  rəhbər  işçilərin  kateqoriyasında  təsdiq  edilmişdir.  Bu  əlavələr  əsasən 

kommunal  xərcləri  normasına  əlavələr  (əmsal)  kimi  təyin  edilmişdir.  O, 

Azərbaycan Respublikası Prezidentinin icra aparatının rəhbəri, işlər müdiri, dövlət 

müşa 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə