Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  virləri, icra aparatının struktur bölmələrinin rəhbərləri, Azərbaycan Respublikası



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə64/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   60   61   62   63   64   65   66   67   ...   323

141 

virləri, icra aparatının struktur bölmələrinin rəhbərləri, Azərbaycan Respublikası 

Milli  Məclisi  sədrinin  müavinləri,  Milli  Məclisin  Daimi  Komissiya  sədrləri; 

Azərbaycan  Respublikası  Baş  Nazirinin  müavinləri,  Nazirlər  Kabinetinin  işlər 

müdiri, mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarının rəhbərləri 

üçün 1,5; Milli Məclisin Daimi Komissiya sədrinin müavinləri, icra hakimiyyəti və 

məhkəmə hakimiyyəti orqanları rəhbərlərinin müavinləri üçün 1,3; Milli Məclisin 

Daimi Komissiya üzvləri və Azərbaycan Respublikası Prezidentinin xarici səfərləri 

ilə bağlı protokol tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar ezam olunan şəxslər 

üçün 1,25 əmsal təyin edilmişdir. 

Təhtəlhesab şəxslərə verilən məbləğ gündəlik xərclər, kommunal xərcləri və 

nəqliyyat  xərcləri  təqribi  hesablama  aparmaqla  müəyyən  edildiyindən  avans 

məbləğ  hesab  edilir.  Alınmış  pulun  təhtəlhesab  tərəfindən  ancaq  alınan  məqsədə 

xərclənməsinə  icazə  verilir.  Təhtəlhesab  şəxslər  təyin  edilmiş  müddətdə 

müdafıəedici sənədləri əlavə etməklə həqiqi  xərclənmiş təhtəlhesab məbləğ haqda 

hesabat  təqdim  etməlidir.  Ezamiyyət  üzrə  xərclər  haqda  hesabat,  məsələn, 

ezamiyyətdən  qayıtdıqdan  sonra  3  gün  ərzində  təqdim  olunmalıdır.  Avans 

hesabatının  arxa  tərəfində  təsdiqedici  sənədlər  əsasında  təhtəlhesab  məbləğlər 

hesabına  aparılmış  bütün  xərclər  yazılır.  İstifadə  olunmayan  avans  məbləği 

təhtəlhesab şəxs tərəfindən kassaya qaytarılır. Təhtəlhesab şəxsə yeni avans əvvəl 

verilmiş,  avansa  görə  hesablaşma  aparılıb  qurtardıqdan  sonra  verilir. 

Mühasibatlığa  təqdim  olunmuş  avans  hesabatı  yoxlanılır  və  təsdiq  ediləsi  xərc 

məbləği müəyyən edilir. Hesabat təşkilat rəhbəri tərəfindən təsdiq olunur. 

Təhtəlhesab  məbləğlər  aktiv  244  saylı  «Təhtəlhesab  məbləğlər»  sintetik 

hesabında  uçota  alınır.  Təhtəlhesab  şəxslərə  avans  məbləğinin  verilməsi  244  saylı 

«Təhtəlhesab  məbləğlər»  hesabının  debetində,  221  saylı  «Kassa»  hesabının 

kreditində əks etdirilir. 

Təhtəlhesab  məbləğdən  ödənilən  məbləğlər  244  saylı  «Təhtəl-  hesab 

məbləğlər»  hesabının  kreditindən  201  saylı  «Material  ehtiyat-  lan»,  721  saylı 

"İnzibati  xərclər"  və  xərcin  xarakterindən  asılı  olaraq  sair  hesabların  debetinə 

silinir.  İstifadə  olunmayan  təhtəlhesab  məbləğ  qalığının  kassaya  qaytarılması 

təhtəlhesab  şəxslərin  hesabından  221  saylı  «Kassa»  hesabının  debetinə  silinir. 

Təhtəlhesab  şəxslərlə  hesablaşmaların  analitik  uçotu  verilmiş  hər  bir  avans  üzrə 

aparılır. 


142 

İşçinin  xarici  ölkəyə  ezam  edilməsi  zamanı  ona  gündəlik  və  kommunal 

xərclərinin  norması  nəzərə  alınmaqla  ezam  olunan  ölkənin  valyutası  ilə  avans 

verilir.  Xarici  ölkəyə  qısamüddətli  ezamiyyət  zamanı  xarici  valyutada  gündəlik 

xərclər respublika Nazirlər Kabinetinin 16 mart 2001-ci il 66 saylı qərarı ilə təsdiq 

edilmişdir. Mehmanxanada yaşayış norması kimi gündəlik xərc normaları da dövri 

olaraq Maliyyə Nazirliyi tərəfindən baxılıb təsdiq edilir. 

Bankdan  alınmış  valyuta  221  saylı  «Kassa»  hesabının  debetinə,  223  saylı 

«Bank  hesablaşma  hesabları»  hesabının  kreditinə  yazılmaqla  mədaxil  edilir. 

Təhtəlhesab  kimi  verilmiş  valyuta  221  saylı  «Kassa»  hesabından  244  saylı 

«Təhtəlhesab  məbləğlər»  hesabının  debetinə  yazılmaqla  valyuta  ödənişi  və  onun 

verildiyi tarixə mərkəzi bankın məzənnəsi manat ekvivalenti ilə uçotda əks etdirilir. 

Təhtəlhesab  şəxs  ezamiyyətdən  qayıtdıqdan  və  müdafiəedici  sənədlər  əlavə 

olunmaqla  avans  hesabatı  təqdim  edildikdən  sonra  istifadə  olunmuş  təhtəlhesab 

məbləğ 244 saylı «Təhtəlhesab məbləğlər» hesabının kreditindən xərcin növündən 

asılı olaraq hesabatın təsdiq edildiyi tarixə olan məzənnə üzrə «İnzibati xərclər» və 

s.  hesabların  debetinə  yazılır.  Ezamiyyət  dövründə  valyutanın  məzənnəsi  dəyişən 

zaman məzənnə fərqi 801 saylı «Ümumi mənfəət (zərər)» hesabına silinir. Bu zaman 

müsbət fərq mənfəətə, yəni 244 saylı «Təhtəlhesab məbləğlər» hesabının debetinə, 

801 saylı «Ümumi mənfəət (zərər)» hesabının kreditinə, mənfi fərq isə zərərə, yəni 

801  saylı  «Ümumi  mənfəət  (zərər)»hesabmm  debetinə  244  saylı  «Təhtəlhesab 

məbləğlər» hesabının kreditinə yazılır. 

Təhtəlhesab  şəxslərlə  hesablaşmaların  sintetik  uçotu  analitik  uçotla 

əlaqələndirməklə xətti üsulla "7 saylı jurnal-orderdə" aparılır. Jurnal-orderin hər 

bir  xəttində  hesablaşmaların  vəziyyəti  geniş  əks  olunur.  Daha  doğrusu,  burada 

təhtəlhesab  olaraq  və  artıq  xərcin  ödənilməsinə  verilmiş  məbləğlər,  habelə  avans 

hesabatı ilə təsdiq edilmiş, kassaya, hesablaşma hesabına təhvil verilmiş və ya əmək 

haqqından  tutulmuş  məbləğlər  əks  olunur.  Beləliklə,  bir  avans  hesabatı  üzrə 

əməliyyatlar,  jurnal-orderin  bir  sətrində  yazılaraq  tam  hərəkəti  haqda  məlumat 

toplanır. Təhtəlhesab şəxs uzunmüddətli ezamiyyətdə olan hallarda ona əlavə avans 

göndərilir və həmin avans məbləği 244 saylı 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə