|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
158
a)
Malgöndərəndən ona verilmiş veksel ovəzində mal-material qiymətliləri
alındıqda.
201 saylı «Material ehtiyatları» hesabının debeti.
531 saylı «Malgöndərənlər və podratçılara qısamüddətli kreditor borcları»
hesabının «Verilmiş veksellər» subhesabının krediti.
b)
Kommersiya kreditindən istifadə üçün verilən və məhsulun dəyərinə aid
edilən faizin məbləği üçün.
721 saylı «İnzibati xərclər» hesabının debeti 531 saylı «Malgöndərənlər və
podratçılara qısamüddətli kreditor borcları» hesabının «Verilmiş veksellər»
subhesabının krediti.
Əgər kommersiya krediti üçün faizin məbləği dövri olaraq hissə- hissə
silinirsə, bu zaman faizin bütün məbləğinə.
191 saylı «Gələcək hesabat dövrlərinin xərcləri» hesabının debeti. 531 saylı
«Malgöndərənlər və podratçılara qısamüddətli kreditor borclan» hesabının
«Verilmiş veksellər» subhesabının krediti.
721 saylı «İnzibati xərelər» hesabının debeti
191 saylı «Gələeək hesabat dövrlərinin xərcləri» hesabının krediti.
c)
Vekselin ödənməsi
531 saylı «Malgöndərənlər və podratçılara qısamüddətli kreditor borelan»
hesabının «Verilmiş veksellər» subhesabının debeti 223 saylı «Bank hesablaşma
hesablan» hesabının krediti, ç) Əgər verilmiş və ya akseptləşdirilmiş veksel müəyyən
edilmiş vaxtda ödənilməzsə və ya vekselin üzərindəki məbləğin yalnız bir hissəsi
ödənilərsə, onda ödənilmiş məbləğ 731 saylı hesaba keçirilir və aşağıdakı mühasibat
yazılışı ilə rəsmiləşdirilir:
531 saylı «Malgöndərənlər və podratçılara qısamüddətli kreditor borclan»
hesabının «Verilmiş veksellər» subhesabının debeti
217 saylı «Digər qısamüddətli debitor borclan» hesabının krediti.
Göndərilmiş mallar, yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər üzrə
hesablaşmalar zamanı malalanlar və sifarişçilərin borcu veksellə rəsmiyyətə
salındıqda, onunla bağlı əməliyyatlar 211 saylı «Malalan və sifarişçilərin
qısamüddətli debitor borclan» hesabının «Almmış veksellər» subhesabmda əks
etdirilir. Bu halda göndərilmiş mallar, yerinə yetirilmiş işlər və göstərilmiş
xidmətlər uçotda kreditə satılmış kimi göstərilir və onlara aşağıdakı mühasibat
yazılışı tərtib edilir:
a)
Göndərilmiş mallar, yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər üzrə
veksellər alındıqda:
159
211 saylı «Malalan və sifarişçilərin qısamüddətli debitor borclan» hesabının
«Alınmış veksellər» subhesabının debeti.
601 saylı «Satış» hesabının krediti
b)
Veksel üzrə gəlirin qiymətli kağız üzrə gəlir kimi göstərilməsi əks
etdirildikdə:
211 saylı «Malalan və sifarişçilərin qısamüddətli debitor borcları» hesabının
«Alınmış veksellər» subhesabının debeti
442 saylı «Gələcək hesabat dövrlərinin gəlirləri» hesabının krediti
c)
Veksel ödəndikdə:
223 saylı «Bank hesablaşma hesabları» hesabının debeti 211 saylı «Malalan
və sifarişçilərin qısamüddətli debitor borcları» hesabının «Alınmış veksellər»
subhesabının krediti
ç) Veksel ödəndikdən sonra veksel üzrə faizlərin məbləği müəssisənin
mənfəətinə aid edildikdə:
442 saylı «Gələcək hesabat dövrlərinin gəlirləri» hesabının debeti 801 saylı
«Ümumi mənfəət (zərər)» hesabının krediti Burada qeyd etmək lazımdır ki,
təşkilatdakı uçot siyasətindən asılı olaraq veksellər üzrə hesablanmış faizlərin
məbləği birbaşa (yəni 442-ci hesabı istifadə etmədən) 801 saylı hesabda da əks
etdirilə bilər və bu zaman bu əməliyyata aşağıdakı mühasibat yazılışı tərtib etmək
olar:
211 saylı «Malalan və sifarişçilərin qısamüddətli debitor borclan» hesabının
«Alınmış veksellər» subhesabının debeti
801 saylı «Ümumi mənfəət (zərər)» hesabının krediti Əgər təşkilat alınmış
vekseli indossament yolu ilə (indossament qiymətli kağızın, vekselin, çekin,
konosamcntin və şairənin arxasında həmin sənədin başqa şəxsə keçməsi hüququnu
təsdiq edən ötürücü yazıdır) öz borc öhdəliklərinin yerinə yetirilməsinə istifadə
edərsə, bu halda müvafiq məbləğlər borc öhdəliklərinin uçota alındığı hesablara
silinir. Bu silinmə aşağıdakı mühasibat yazılışı ilə yerinə yetirilir:
531 saylı «Malgöndərənlərin və podratçıların qısamüddətli kreditor
borcları» hesabının debeti.
211 saylı «Malalan və sifarişçilərin qısamüddətli debitor borcları» hesabının
krediti
Veksellərin kommersiya banklarında uçotu variantı da mümkün ola bilər.
Bu əməliyyat zamanı ödəmə vaxtı çatana qədər indossament yolu ilə veksel banka
satılır (ya verilir) və müəyyən edilmiş faiz məbləği çıxılmaqla vekselin müvafiq
məbləği bankdan alınır. Bu faiz faktiki olaraq veksel saxlayanın kreditləşdirilməsi
hesab edildiyindən
Dostları ilə paylaş: |
|
|