|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
2tlsaylı «Malalan və sifarişçilərin qısamüddətli debitor boclan» hesabının
162
2tlsaylı «Malalan və sifarişçilərin qısamüddətli debitor boclan» hesabının
krediti - borcun məbləği.
801 «Ümumi mənfəət (zərər)» hesabının krediti - faizin məbləği. Əgər
malalanın borcunu təmin edən alınmış veksel üzrə faiz nəzərdə tutulmuşdursa, onda
həmin borcun ödənilməsi aşağıdakı yazılışla uçotda əks etdirilir:
223 saylı « Bank hesablaşma hesabları» hesabının 1 və 2 saylı
subhesablarının debeti
211 saylı «Malalan və sifarişçilərin qısamüddətli debitor bodan » hesabının
krediti - ödənilən borcun məbləği
KT 801 saylı «Ümumi mənfəət (zərər)» hesabı - alınan faizin məbləği
Malalan isə bu faiz məbləğini öz uçotunda 721 saylı «İnzibati xərclər»
hesabının debeti 217 saylı «Digər qısamüddətli debitor bordan » hesabının krediti
yazılışı ilə əks etdirir.
Təşkilat mənfəət əldə etmək məqsədi ilə vekselləri qiymətli kağız kimi də
satın ala bilər. Bu zaman həmin veksellərin uçotu digər qiymətli kağızlar kimi
183saylı «Digər uzunmüddətli investisiyalar)) (müddəti bir ildən artıq olan veksellər
üçün) və 234 saylı «Didər uzunmüddətli investisiyalar)) hesablarında aparılmalıdır.
Bu halda mənfəət, alman veksellərin alış dəyəri ilə onların üzərində göstərilən
məbləğ arasındakı fərq kimi əmələ gəlir. Qeyd edilən əməliyyatlar uçotda aşağıdakı
kimi əks etdirilir:
234 saylı və Didər qısamüddətli investisiyalar)) hesabının debeti - vekselin
üzərində göstərilən məbləğ
223 saylı «Bank hesablaşma hesabları)) hesabının krediti - vekselin alış
dəyəri
442 saylı «Gələcək hesabat dövrlərin gəlirləri)) hesabının krediti - vekselin
üzərində göstərilən məbləğlə onun alış dəyəri arasındakı fərq Veksel ödəndiyi
zaman təşkilatın hesablaşma hesabına vekselin üzərində göstərilən məbləğin daxil
olması uçotda
223 saylı «Bank hesablaşma hesablan)) hesabının debeti 234 saylı «Digər
qısamüddətli investisiyalar)) hesabının krediti- yazılışı ilə əks etdirilməlidir.
Eyni zamanda vekselin nominal dəyəri ilə alış qiyməti arasındakı fərq
maliyyə nəticəsinə (mənfəətə) aid edilməli və ona aşağıdakı mühasibat yazılışı
verilməlildir:
442 saylı «Gələcək hesabat dövrlərin gəlirləri)) hesabının debeti
163
801 saylı ««Ümumi mənfəət (zərər)» hesabının krediti Məlum olduğu kimi,
maliyyə qoyuluşları mühasibat uçotunda investorun faktiki məsrəflərinin məbləği
qədər əks etdirilir. Uzunmüddətli maliyyə qoyuluşlarının faktiki əldə etmə dəyəri ilə
nominal dəyərləri arasındakı fərq isə bu kağızların tədavülü müddətində aylıq
bərabər məbləğlərlə təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilir. Bir ildən artıq
müddətə malik veksellər də uzunmüddətli maliyyə qoyuluşlarına aid edilir. Bu cür
vekskilər əldə edildikdə, onlar investorun faktiki məsrəflərinin məbləği qədər
uçotda aşağıdakı kimi əks etdirilir:
183 saylı «Digər uzunmüddətli investisiyalar» hesabınin debeti 223 saylı
«Bank hesablaşma hesabları» hesabının krediti.
Vekselin faktiki atış qiyməti ilə nominal dəyəri arasındakı fərq onun
tədavülü müddətində hər ay maliyyə nəticələrinə aid edilir və uçotda aşağıdakı
yazılış verməklə əks etdirilir.
183 saylı «Digər uzunmüddətli investisiyalar» hesabınin debeti 223 saylı
«Bank hesablaşma hesablan» hesabının krediti Ödənmə gününə kimi veksel 183
saylı hesabda nominal dəyəri ilə uçota alınmalı, ödəndikdə isə aşağıdakı mühasibat
yazılışı verməklə silinməlidir.
223 saylı «Bank hesablaşma hesablan» hesabının debeti 183 saylı «Digər
uzunmüddətli investisiyalar» hesabınin krediti Əgər veksellə rəsmiləşdirilmiş
borcun məbləği üzrə faiz ödənməsi nəzərdə tutulmuşdursa, onda veksel ödənən
zaman faizin məbləği satışdankənar gəlirlərə aid edilməlidir. Bu zaman onun üçün
aşağıdakı mühasibat yazılışı tərtib edilməlidir:
217 saylı «Digər qısamüddətli debitor borclan» hesabının debeti.
801 saylı «Ümumi mənfəət (zərər)» hesabının krediti.
Bazar iqtisadiyyatı şəraitində maddi dəyərlilərin göndərilməsinə, yerinə
yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təhvil verilməsinə görə təşkilatlar
arasında avans ödənişləri aparılır. Bu ödənişlər onların alınması və verilməsi yolu
ilə yerinə yetirilir. Alınmış və verilmiş avanslar üzrə hesablaşmaların uçotu üçün
mühasibat uçotunda 192 saylı «Verilmiş uzunmüddətli avanslar» və 443 saylı
«Almmış uzunmüddətli avanslar» hesabları nəzərdə tutulmuşdur. 192 saylı
«Verilmiş uzunmüddətli avanslar» hesabında göndərilən maddi dəyərlilərə, yaxud
yerinə yetirilmiş işlərə, həmçinin qismən hazır olduqca sifarişçilərdən qəbul edilmiş
məhsulların və işlərin ödənilməsinə görə verilmiş avanslar uçota alınır. Verilmiş
avansların məbləği, həmçinin məhsulların və işlərin qismən hazır olmasına görə
aparılmış ödənişlər
Dostları ilə paylaş: |
|
|