|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
məbrin hesablanması vo köçürülməsi qaydası qanunvericilik və digər normativ
168
məbrin hesablanması vo köçürülməsi qaydası qanunvericilik və digər normativ
aktlarla nizama salınır. 523 saylı «Digər məcburi ödənişlər üzrə öhdəliklər» hesabı
üzrə sintetik və analitik uçot 8 saylı jurnal- orderdə ödəmələrin növləri üzrə
aparılır.
Mühasibat uçotunda büdcədənkənar və digər fondlara hesablanmış
ödəmələr aşağıdakı yazılışıla əks etdirilir:
1)
İstehsal xərclərinə daxil edilənlər:
202 saylı «İstehsal məsrəfləri» hesabının debeti
523 saylı «Digər məcburi ödənişlər üzrə öhdəliklər» hesabının krediti
2)
Satış hesabına aid edilənlər:
601 saylı «Satış» hesabının debeti
523 saylı «Digər məcburi ödənişlər üzrə öhdəliklər» hesabının krediti
3)
Mənfəətdən ödənilənlər:
801 saylı «Ümumi mənfəət (zərər)» hesabının debeti
523 saylı «Digər məcburi ödənişlər üzrə öhdəliklər» hesabının krediti
Bankdakı hesablaşma hesabının çıxarışına əsasən köçürülən məbləğlər
hesablarda aşağıdakı kimi əks etdirilir:
523 saylı «Digər məcburi ödənişlər üzrə öhdəliklər» hesabının debeti
223 saylı «Bank hesablaşma hesablan» hesabının krediti və yaxud 501 saylı
«Qısamüddətli bank kreditləri» hesabının krediti.
Təşkilatlar müxtəlif əməliyyatlara görə büdcə ilə hesablaşma aparmalı olur.
Büdcə ilə hesablaşmaların əsas hissəsini ödəmələr təşkil edir. Onların siyahısı
olduqca genişdir. Büdcəyə köçürülən ödəmələrin mənbələri də müxtəlifdir.
Ödənilmə mənbələrindən asılı olaraq büdcəyə ödəmələri aşağıdakı qruplara bölmək
olar:
a)
İşçilərin əmək haqqından tutulan vergilər (gəlir vergisi);
b)
Məhsulların maya dəyərinə daxil edilən vergilər (torpaq, fövqəladə və
ekoloji vergi);
c)
Satışa aid edilən vergilər (əlavə dəyər vergisi, aksizlər);
ç) Təşkilatın mənfəəti hesabına vergilər (mülkiyyət vergisi, mənfəətdən
(gəlirdən) vergi);
d)
Maliyyə nəticələrinə aid edilən vergilər (cərimələr, iqtisadi sanksiyalar).
Büdcə ilə hesablaşmalar 521 saylı «Vergi öhdəlikləri» adlı sintetik passiv
hesabda uçota alınır. Büdcəyə hesablanmış bu məbləğlər bu
169
hesabın kreditində, həqiqi köçürülmüş məbləğlər isə debetində əks etdirilir.
521 saylı «Vergi öhdəlikləri» hesabı üzrə sintetik və analitik uçot, ödəmələrin
növləri üzrə 8 saylı jurnal-orderdə aparılır. Ödəmənin hər bir növü, həmçinin
ödəmə müddəti və hesabatın vergi orqanına təqdim edilmə müddəti müəyyən edilir.
Adətən, rüb qurtardıqdan sonra hesablaşmalar dəqiqləşdirilir və artıq köçürülmüş
məbləğlər növbəti hesabat ayında nəzərə alınır, əskik köçürülənlər isə əlavə
keçirilir.
Mühasibat uçotunda büdcəyə ödəmələrin hesablanması 8 saylı
jurnal-orderdə aşağıdakı yazılışlarla əks etdirilir:
a)
işçilərin əmək haqqından tutulmuş gəlir vergisinin məbləği:
533 saylı «Əməyin ödənilməsi üzrə işçi heyətinə olan qısamüddətli
kreditor borclan» hesabının debeti;
521 saylı «Vergi öhdəlikləri» hesabının krediti.
b)
Məhsulların maya dəyərinə daxil edilən vergilərin və ödəmələrin məbləği:
202 saylı «İstehsalat məsrəfləri» hesabının debeti 521
saylı «Vergi öhdəlikləri» hesabının krediti
c)
satılmış qiymətlilər üzrə əlavə dəyər vergisi:
701 saylı «Satışın maya dəyəri» hesabının debeti;
521 saylı «Vergi öhdəlikləri» hesabının krediti.
ç) Təşkilatın mənfəətindən ödənilən vergi məbləği:
801 saylı «Ümumi mənfəət (zərər)» hesabının debeti 521
saylı «Vcrgi öhdəlikləri» hesabının krediti.
d)
maliyyə nəticələrinə aid edilən ödəmələr:
801 saylı «Ümumi mənfəət (zərər)» hesabının debeti 521
saylı «Vergi öhdəlikləri» hesabının krediti.
Büdcəyə hesablanmış və həqiqi köçürülmüş məbləğlər 2 saylı jurnal-orderdə
aşağıdakı mühasibat yazılışı verməklə əks etdirilir:
521 saylı «Vergi öhdəlikləri» hesabının debeti.
223 saylı «Bank hesablaşma hesabları» hesanmın krediti Vergilər sintetik və
analitik uçotda onların növləri üzrə 8 saylı jurnal-orderdə əks etdirilir.
Büdcə qarşısında olan borclar bankların kreditləri hesabına ödənilən
hallarda, müvafiq olaraq 501 saylı «Qısamüddətli bank kreditləri» hesabında
aşağıdakı yazılış verməklə rəsmiyyətə salınır.
521 saylı «Vergi öhdəlikləri» hesabının debeti.
501 saylı «Qısamüddətli bank kreditləri» hesabının krediti.
Dostları ilə paylaş: |
|
|