170
Əməyin ödənilməsi fizrə deponentlər və təhtəlhesab şəxslərlə
hesablaşmalardan başqa, təşkilatın işçiləri ilə hesablaşmaların başqa növləri də baş
verir. Malların kreditə satın alınması, fərdi mənzil və kooperativ tikintisinə
ssudalarm alınması, ev təsərrüfatının düzəldilməsi, maddi zərərlərin ödənilməsi ilə
əlaqədar olaraq bir çox hesablaşmalar meydana çıxır. Onların uçotu üçün 545 saylı
«Digər qısamüddətli öhdəliklər» hesabından istifadə edilir.
Malın kreditə əldə edilməsini istəyən işçilər malın kreditə alınması üçün öz
təşkilatının mühasibatından arayış götürürlər, həmin arayışda onların vəzifəsi,
əmək haqqısının miqdarı, malın hardan və nə əldə ediləcəyi haqda məlumatlar
göstərilir. Malı əldə edən zaman arayış mağazaya təhvil verilir. Bundan sonra
mağaza tapşırıq-öhdəlik rəsmiləşdirərək həmin alıcının işlədiyi müəssisəyə
göndərir. Təşkilat onun işçilərinə kreditə satılmış (kredit hissəsinə) mallara görə
ticarət təşkilatına çatası məbləği tamamilə ödəyir. Bu məqsədlə təşkilat bankın
müvafiq ssuda növündən istifadə edir. Bu ssuda işçinin əmək haqqından tutulmaqla
ödənilir. Təşkilatın ssudadan istifadə etməsi hallarında mağazadan kreditə alınmış
malların dəyəri əmək haqqından tutulduqca ödənilir. Bütün bunlar mühasibat
uçotunda aşağıdakı yazılışlar verilməklə əks etdirilir;
1)
Kreditə verilmiş mallara görə ticarət təşkilatının hesablaşma sənədlərinin
ödənilməsi üçün
545 saylı « Digər qısamüddətli öhdəliklər)) hesabının debeti
502 saylı «İşçilər üçün qısamüddətli bank kreditləri)) hesabının krediti
2)
Kreditə alınmış mallara görə işçilərin əmək haqqından tutulan məbləğ
üçün
533 saylı «Əməyin ödənilməsi üzrə işçi heyətinə olan qısamüddərli kreditor
borcları)) hesabının debeti
545 saylı «Digər qısamüddətli öhdəliklər)) hesabının krediti
3)
Ssudanm ödənilməsi üçün
502 saylı «İşçilər üçün qısamüddətli bank kreditləri)) hesabının debeti
223 saylı «Bank hesablaşma hesablan)) hesabının krediti
Təşkilatın kreditə satılmış mallara görə mağazanın borcunun ödənilməsi
üçün bank ssudasmıdan istifadə etməməsi hallarında işçilərin əmək haqqından
tutulan məbləğ üçün aşağıdakı kimi mühasibat yazılışı tərtib edilir:
171
533 saylı «Əməyin ödənilməsi üzrə işçi heyətinə olan qısamüddətli kreditor
borclan» hesabının debeti
217 saylı "Digər qısamüddətli debitor borcları" hesabının krediti (ticarət
təşkilatının şəxsi hesablan üzrə).
Tutulmuş məbləğlər mağazanın hesabına köçürülən hallarda aşağıdakı
mühasibat yazılışı verilir:
217 saylı "Digər qısamüddətli debitor borcları" hesabının debeti.
223 saylı «Bank hesablaşma hesablan» hesabının krediti.
Kreditə mal alan işçilər işdən çıxan zaman tutulmayan məbləğin qalığı
qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan qaydada tənzimlənir.
Borcun tamamilə ödənilməməsi hallarında sözügedən hal haqda kreditə mal
satan təşkilata məlumat verilməlidir. Ticarət təşkilatı ilə hesablaşma bank ssudası
hesabına aparılan hallarda isə müvafiq məbləğin, bankın hesabına köçürülməsinə
dair tələb olunan sənədlər müəssisəyə qaytarılmalıdır.
Fərdi və kooperativ mənzil tikintisinə, mal-qaranın əldə edilməsinə, bağ
evləri və sahələrinin əldə edilməsinə yaxud tikilməsinə və digər mədəni-məişət
tədbirlərinin həyata keçirilməsi üçün işçilərə müəssisə vəsaiti və bank krediti
hesabına borclar da verilə bilər.
Borc almaq arzusunu bildirən işçilərin ərizə ilə təşkilat rəhbərliyinə müraciət
edir və borcun bank krediti hesabına verilməsi hallarında bankdan borcun adma
müvafiq kredit alınır. Bir qayda olaraq alınmış kredit məbləği hesablaşma hesabına
daxil olmalı və ona
223 saylı «Bank hesablaşma hesabları» hesabının debeti
502 saylı «İşçilər üçün qısamüddətli bank kreditləri» hesabının kreditinə
yazılış tərtib edilir.
Pulun kassaya daxil olması zamanı isə
221 saylı «Kassa» hesabının debetində
223 saylı «Bank hesablaşma hesablan» hesabının kreditində qeydiyyat
aparılır.
Borcun işçilərə verilməsi aşağıdakı kimi əks olunur:
545 saylı «Digər qısamüddətli öhdəlikləri) hesabının debetində
221 saylı «Kassa» hesabının kreditində yazılır.
Fəhlə və qulluqçulardan daxil olan növbəti ödənişi 221, 223, 533 saylı
hesabların debetinə, 545 saylı hesabın kreditinə yazılmaqla uçotda əks etdirilir.
Bank kreditlərinin ödənilməsinə isə belə köçürmə tərtib edilir:
172
502 saylı hesabın debetinə 223 saylı hesabın kreditinə mühasibat yazılışı
tərtib olunur.
Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq pulun, qiymətli
kağızların
çatışmaması, maddi qiymətlilərin oğurlanması və korlanması
nəticəsində təşkilata dəyən zərər məbləği günahkar şəxslərdən tutulmalıdır.
Təşkilata dəyən zərər qanunvericilikdə nəzərdə tutulan qaydalardan başqa,
çatışmayan, oğurlanan və ya korlanan qiymətlilərin uçot qiyməti ilə hesablanır. Bu
hesablamaların uçotu üçün 545 saylı hesab tətbiq edilir.
Günahkarlar tərəfindən ödənən zərərin məbləği üçün 221 saylı «Kassa» və
ya 223 saylı «Bank hesablaşma hesablan» hesabının debetinə 545 saylı hesabın
kreditinə mühasibat yazılışı verilir.
Əmək haqqından tutulan məbləğlər aşağıdakı mühasibat yazılışı verilməklə
əks etdirilir;
533 saylı «Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor
borcları» hesabının debeti
545 saylı «Digər qısamüddətli öhdəliklər» hesabının krediti.
545 saylı hesabda əks olunan borclar ödənildikcə günahkar şəxslərdən
tutulan məbləğ və uçot dəyəri arasındakı fərqin müvafiq məbləği aşağıdakı yazılış
verilməklə silinir.
542 saylı «Gələcək hesabat dövrlərinin gəlirləri» hesabının debeti
801 saylı "Ümumi mənfəət (zərər)" hesabının krediti.
Zərərin ödənilməsindən günahkar etiraz edən zaman həmin hal barədə
məhkəməyə iddia təqdim edilir. Təqdim edilən iddianın tutulması məhkəmə
tərəfindən imtina edilən hallarda isə zərər məbləği təqsirkarın hesabına bərpa
edilməli və aşağıdakı mühasibat yazılışı verilməklə fəaliyyətə salınmalıdır:
731 saylı “Sair əməliyyat xərcləri” hesabının debeti
545 saylı «Digər qısamüddətli öhdəliklər» hesabının krediti.
Sözügedən zərərin (çatışmamazlığın) silinməsi haqda təşkilat rəhbəri qərar
qəbul edən zaman əməliyyatın yerinə yetirilməsi aşağı mühasibat yazılışı verilməklə
rəsmiyyətə salınır:
801 saylı "Ümumi mənfəət (zərər)" hesabının debeti.
731 saylı “Sair əməliyyat xərcləri” hesabının krediti.
545 saylı hesab üzrə analitik uçot müəssisənin işçiləri üzrə aparılır.
Bazar
münasibətləri şəraitində birgə təşkilatlar, səhmdar
cəmiyyətləri.
koopertivlər və i.a. yaradılan zaman onlar arasında baş verən
Dostları ilə paylaş: |