|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
İstehsal prosesində məhsul yaxud yerinə yetirilmiş iş üzrə çıxdaş məhsul
189
İstehsal prosesində məhsul yaxud yerinə yetirilmiş iş üzrə çıxdaş məhsul
müəyyən edilən hallarda çıxdaş məhsulun və onun miqdarının müəyyən edilməsi
üçün akt (cədvəl) tərtib olunur. Çıxdaş məhsul üçün akt (cədvəl) texniki nəzarət
şöbəsinin (TNŞ) nəzarətçisi yaxud digər vəzifəli şəxs (usta, briqadir və i.a.)
tərəfindən tərtib olunur və bölmə (sex, sahə, briqada, iş icraçısı və s.) rəhbəri
tərəfindən imza edilir. Təqsiri olmayan işçi tərəfindən müəyyən edilən çıxdaş
məhsulun dəyəri üçün xüsusi «Çıxdaş məhsulun düzəldilməsi ştampı» vurulmaqla
naryad rəsmiyyətə salınır. İşçinin təqsiri üzündən müəyyən edilən çıxdaş məhsulun
düzəldilməsi üçün, əmək məsrəfləri tələb olunduğundan aktın tərtib olunması və
çıxdaş məhsulun düzəldilməsinə naryadın rəsmiyyətə salınması məsləhət görülmür.
Bü cür halda, iş çıxdaş məhsul düzəldikdən sonra qəbul edilir.
Əməyin ödənişi üzrə ilkin sənədlər bir qayda olaraq mühasibat işçiləri
tərəfindən deyil operativ-istehsalat işçiləri yaxud bu işin aparılması tapşırılan xüsusi
vəzifəli şəxslər tərəfindən yazılır. Əmək haqqını düzgün hesablamaq, düzgün
olmayan qiymətlərin və hasilatın yazılmasına yol verməmək, sənədin səliqəsiz
yazılmasının qarşısını almaq üçün ilkin sənədlərin bütün rekvizitlərinin
doldurulmasını və yazılışların dəqiqliyini diqqətlə yoxlamaq lazımdır.
İlkin sənədlərin keyfiyyətli rəsmiyyətə salınması üzərində nəzarət
mühasibathğm hesablaşma şöbəsinin uçot işçilərinə həvalə edilir. Bu işçilər qiymət
məlumat kitabçasından, tabeldən və digər sənədlərdən istifadə edərək əməyin
ödənişi üzrə sənədlərin rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlayır, hesablama
aparmaq üçün naryad və digər sənədlərin hesablaşma şöbəsinə verilməsini izləyir və
onların hərəkəti üzərində nəzarət təşkil edirlər. Təhvil verilmiş tabelə (Ə-13 saylı
forma) əsasən ödəniləsi məbləğin miqdarı, şəxsi hesabda (Ə-54 saylı forma),
hesablama cədvəlində (Ə-51 saylı forma) yaxud haqq-hesab ödəmə cədvəlində (Ə-49
saylı forma) müəyyən edilir.
«Haqq-hesab ödəmə cədvəli» (Ə-49 saylı forma) də təşkilatın- müəssisənin
bütün işçilərinə çatası və veriləsi əmək ödənişinin hesablanması üçün tərtib olunur.
Bu sənəd mühasibathğm hesablaşma şöbəsi tərəfindən bir surətdən ibarət tərtib
edilir. Bunun üçün şəxsi hesabın (Ə-54 saylı forma) məlumatları əsasən əsas mənbə
kimi istifadə olunur. Haqq-hesab ödəmə cədvəli təşkilatın rəhbəri və baş mühasib
tərəfindən imza edilir.
«Hesablaşma cədvəli» (Ə-51 saylı forma) bir qayda olaraq iri təşkilatlarda
istifadə olunur. Öz məzmununa görə o, əsas və əlavə (qoşma) vərəqələrdən ibarət
olub jurnal formasını özündə əks etdirir.
190
Əsas vərəqə əməyin ödənişi üzrə hesablamaları və ondan aparılan tutulmaları, əlavə
(qoşma) vərəqə isə rüb, yarım illik məlumatların doldurulmasına xidmət edir.
Bundan istifadə zamanı şəxsi hesabın (Ə-54 saylı forma) aparılmasına ehtiyac
qalmır. Hesablama cədvəli «Ödəmə cədvəli» (Ə-53 saylı forma) doldurmaq üçün
istifadə edilir.
Ödəmə cədvəlinin titul tərəfində verilmiş və deponentləşdirilmiş əmək
ödənişinin ümumi məbləği göstərilir, tşçiyə veriləsi əmək haqqı vəkalətnamə ilə
apanlan zaman cədvəlin «Qeyd» sütununda təqdim edilən sənədin nömrə və tarixi
göstərilməklə xüsusi qeydiyyat aparılır. Əmək haqqısını alan bütün işçilər onun
alınmasına imza etməlidirlər.
Əmək müqaviləsi üzrə işin yerinə yetirilməsi icraçının hesab- namə-ərizəsinə
əsasən ödənilir. Hesabnamə-ərizədə ərizə yazılan təşkilat rəhbərinin soyadı və
insiah, ərizə verənin soyadı, adı, atasının adı, ünvanı, pasport məlumatları, ərizənin
məzmunu və tarixi, onu verənin imzası göstərilir.
3. 3. Əməyin ödənişi
Təşkilat kollektivinin əməyinin ödənişi təsdiq edilmiş stavkalara (maaşlara)
və işəmuzd qiymətlərə, əmək və yaxud podrat müqavilə və tapşırıqla işə götürülmüş
şəxslər isə bu sənədlərdə nəzərdə tutulmuş şərtlərə müvafiq olaraq ödənilir. Stavka
(maaş) və qiymət müəssisənin özü tərəfindən təyin edilir. Təsərrüfatçılığın konkret
şəraitindən asılı olaraq bu stavka və qiymətlər dəyişdirilə bilər.
Əməyin ödənilmə mənbəyi tərkibi Dövlət Statistika Komitəsi, Maliyyə
Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mərkəzi Bankın
«İstehsala yönəldilən vəsaitlərin tərkibi haqda» təlimatına uyğun müəssisənin özü
tərəfindən təsdiq edilən əməyin ödənişi fondu hesab edilir.
Təsdiq edilmiş smeta və qiymətlərlə yanaşı təşkilatlar işçilərin yüksək
istehsalat göstəricilərinə nail olunmasına (səmərələşdirici təkliflərin işlənməsinə və
tətbiq edilməsinə, vəsaitə qənaət olunmasına, qüsursuz işləməyə) görə mükafatların,
gecə və iş vaxtından sonra görülən işlərə, istirahət və bayram günlərindəki işlərə
görə ödənişlərin aparılmasını da nəzərdə tuta bilər.
Təşkilatda əsas iş növünü yerinə yetirməklə yanaşı digər işlər də yerinə
yetirilə və ya başqa əsaslarla əmək haqqı hesablana bilər.
Dostları ilə paylaş: |
|
|