|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
İşçi sayının uçotu zamanı siyahı və siyahıdan kənar tərkib bir- birindən
185
İşçi sayının uçotu zamanı siyahı və siyahıdan kənar tərkib bir- birindən
ayrılır vo fərqləndirilir. Siyahı tərkibinə nəinki məlum təşkilatın siyahısında olan
daimi, həm də əsas fəaliyyət üzrə işə götürülmüş müvəqqəti işçilər də daxil edilir.
Siyahıdan kənar işçi heyətinə bir qayda olaraq təşkilatın əsas iş fəaliyyəti hesab
edilməyən ayrı-ayrı iş yaxud tapşırığı yerinə yetirmək üçün müvəqqəti cəlb edilən
işçilər daxildir. Şəxsi heyətin işə götürülməsi, yerdəyişməsi və işdən çıxması idarə və
təşkilatların ilkin sənəd formalarında kadrlar şöbəsi tərəfindən uçota alınır.
Stajın uçotu eləcə də hər bir işçinin iş yeri haqda qeydiyyat müəssisə
tərəfindən əmək kitabçasına yazılır. Bir qayda olaraq işçi işə daxil olan zaman öz
əmək kitabçasını kadrlar şöbəsinə verməli, işə ilk dəfə daxil olan zaman isə əmək
kitabçası məlum təşkilatda yazılmalıdır. Adətən işçi işdən azad olan zaman öz əmək
kitabçasını götürməlidir.
Təşkilata işə götürülən işçiyə əmək və əmək haqqının uçotu üzrə ilk sənədlərə
soyadı və insiah göstərilməklə tabel nömrəsi verilir. Hər bir işçi aylıq hesablanan və
ödənilən əmək haqqı barədə qeydiyyat aparıla bilən hesablaşma çekinə malik olur.
İş vaxtından istifadənin uçotu (işə gəlmə, həqiqi işlənilmiş vaxt, məzuniyyət,
xəstəlik və i.a.) tabelin köməkliyi ilə aparılır. Tabel uçotu tabeldə işə gəlmələr,
gecikmələr, müvəqqəti boş dayanmalar qeyd edilməklə, yaxud kənarlaşmalar (işə
gəlməmək, iş vaxtından çox işləmələr və i.a.) qeydə ainmaqla təşkilat, yaxud
struktur bölmələri üzrə ümumilikdə təşkil edilir.
Məsələn, iş vaxtından istifadənin uçotu və təyin edilmiş iş vaxtı rejiminə
riayət edilməsi, həmçinin əmək ödənişi üzrə hesablaşmanın üzərində nəzarət etmək
üçün «İş vaxtından istifadənin və əmək haqqı hesablanmasının tabel uçotu» (12 saylı
forma) tətbiq edilir. Ancaq iş vaxtından istifadə və təyin edilmiş iş vaxtı rejiminə
riayət edilməsi üzərində nəzarət həyata keçirilirsə onda «İş vaxtından istifadənin
tabel uçotu»ndan (Ə-13 saylı forma) istifadə edilir. Bu və ya dİgər tabel bir surətdən
ibarət müvəkkil edilmiş şəxs tərəfindən aparılır. Ayda bir yaxud iki dəfə tərtib
edilmiş tabel, mühasibatlığm hesablaşma şöbəsinə təqdim edilir. Burada ayın birinci
yarısı üçün avans və ay üzrə tam əmək haqqı hesablanır.
Tabel uçotunun məlumatları iş vaxtından istifadə və əmək intizamına riayət
edilməsi üzərində nəzarət etmək üçün zəruri sənəd hesab edilir. Vaxtamuzd və aylıq
vəzifə maaşı təyin edilən işçilər üçün, onlar deyilənlərdən başqa əmək haqqı
hesablamaq üçün mühüm əhə-
186
miyyət kəsb edir. Buna görə üzürlü səbəblərlə əlaqədar baş verən bütün
kənarlaşmalar (məzuniyyət, xəstəlik, ictimai vəzifələrin yerinə yetirilməsi və s.)
sənədlə (məzuniyyət üçün sərəncamla, müvəqqəti iş qabiliyyətsizliyinə görə vərəqə
ilə və i.a.) rəsmiləşdirilməlidir.
Müvafiq nişanə və səbəblər üzrə qruplaşdırılan tabel uçotunun həqiqi
məlumatları iş vaxtından istifadənin nəticələrinin təhlil edilməsi və statistik hesabat
formasının tərtib olunması üçün əsas mənbə hesab edilir. Bu məqsədlə işçi sayı,
işçilərin işə götürülməsi və çıxarılması, sənaye-istehsal xarakterli işçilərin iş
vaxtından istifadə, normativ tapşırığın yerinə yetirilməsi və s. məlumatlardan
istifadə edilir.
İşçilərə çatası əmək haqqını hesablamaq üçün ilk növbədə onun nə qədər
vaxt sərf etməsini (əməyin ödənişi işəmuzd olduqda) bilmək lazımdır. Əməyin
ödənişi vaxtamuzd yerinə yetirildikdə heç bir sənədin rəsmiyyətə salınması tələb
olunmur. Burada ancaq işçinin işə gəlməsi, gəlməməsi və onların səbəbləri haqda
məlumatın olması kifayət edir. İşçinin aylıq maaşını bilməklə ona həqiqi işlənilmiş
vaxta görə çatası əmək haqqını müəyyən etmək olar.
Əmək haqqı iş vaxtının tabel uçotunun məlumatlarına və vəzifə maaşına
əsasən hesablanılır. Əgər işçi ay ərzində tam işləməzsə, onun aylıq maaşı məlum
ayda olan təqvim iş günlərinin sayına bölünməli və alman cavab həqiqi iş günlərinə
vurularaq çatası əmək haqqı müəyyən edilməlidir.
Məsələn, təşkilat işçisinin aylıq maaşı 225 manat, yanvar ayındakı iş günü 25,
istirahət günü isə 6 gün təşkil edir. Tabel üzrə o həqiqi olaraq 20 iş günü işləmişdir.
Xəstəliyə görə 5 iş günü işə gəlməmişdir. Bu cür halda işçinin əmək haqqı 180
(225x20:25) manat təşkil edər. Bundan başqa ona müvəqqəti iş qabiliyyətsizliyinə
görə 5 günlük müavinət verilməlidir.
Müavinət 8 il və ondan çox iş stajına görə - 100 faiz
5 ildən 8 il iş stajına görə - 80 faiz
5 ilə qədər iş stajına görə - 60 faiz miqdarında ödənilir.
Əməyin işəmuzd ödənişi, tapşırıq və onun yerinə yetirilmə miqdarı, ilkin
sənədlərlə rəsmiyyətə salman zaman hesablana bilər. Bu zaman işəmuzd iş üçün
rəsmiyyətə salınan ilkin sənədlər müxtəlif olmaqla istehsalın xarakterindən, əməyin
təşkili və ödənişi sistemindən, məhsulun keyfiyyəti və işin digər xüsusiyyətləri
üzərində nəzarət üsulundan asılı olur. Məhsul hasilatının, yerinə yetirilmiş iş
həcminin və əmək haqqının uçotu üçün işəmuzd iş üçün naryadlar, hasilat cədvəli,
marşrut kartları, novbə raportları, naryad-kitabçalar, yerinə
Dostları ilə paylaş: |
|
|