202
ruri hesabatları tərtib etmək məqsədi ilə fərdi qaydada Ə-54 və Ə-55a şəxsi
hesablarda aparılır. Hesablanmış əmək haqqını hesablamalar: ştat heyəti,
əvəzedicilər, əmək müqaviləsi, mülki-hüquqi xarakterli müqavilələr üzrə
qruplaşdırmaq məqsədəuyğundur.
Şəxsi hesabda hesablanmış əmək haqqı, mükafat, ilin yekununa, həmçinin iş
stajına görə ödəniş, xəstəlik vərəqəsinə görə müavinət, tutulmuş məbləğlər və ələ
çatası məbləğ haqda məlumatlar əks etdirilir.
Mühasibatlıq müstəqil olaraq təşkilatın xüsusiyyətindən asılı olaraq əmək
haqqının bölüşdürülməsi cədvəlini işləyib hazırlayır. Tərtib edilmiş cədvəl və ona
əlavə edilən ilkin sənədlər jurnal orderlərin və 10, 10/1, 10/2 saylı (ümumistehsalat
xərcləri); 15 saylı (ümum- təsərrüfat xərcləri) analitik uçot cədvəllərinin
doldurulması üçün əsas hesab edilir. Əmək haqqı üzrə analitik uçot registrləri 75 il
mühafizə edilir.
Əm9k haqqının hesablanması, ondan tutulan məhhğlər vo işçilərə
verilməsi haqda əməliyyatların uçotda əks etdirilməsinə
dair mühasibat uçotu hesablarının müxabirləşməsi:
Ə M Ə L İ Y Y A T
Müxabirləşən
hesablar
1
2
Hesablanmış əmək haqqınm 533 saylı «Əməyin ödənişi üzrə işçi heyətinə olan
qısamüddətli kreditor borcları» hesabının kreditinə yazılması.
Hesablanmış əmək haqqı:
məhsul, iş, xidmət istehsalı üçün əsas istehsalat heyətinə
202
köməkçi istehsalat heyətinə
202.9
ümumistehsalat heyətinə
202.8
ümumtəsərrüfat heyətinə
721
çıxdaş məhsulun hazırlanması üçün
731.9
Gələcək dövrün xərclərinə aid ediləsi işçilərə
hesablanmış əmək haqqı üçün
191
məhsulun tədarükü üzrə işlər üçün
711
əsaslı tikinti işləri ilə məşğul olan işçilər üçün
103
İstehsalat ehtiyatlarının yüklənməsi, boşaldılması, yerləşdirilməsi üzrə işlər üçün
201
əsas vəsaitlərin sökülməsi üçün
731
fövqəladə hallarla bağlı əmlakın ləğv edilməsi üzrə işlər üçün
801
xüsusi fond hesabına hesablanmış əmək haqqı:
bölüşdürülməmiş mənfəət və xüsusi fond vəsaitləri hesabına
343