199
241 saylı «Əvəzləşdirilən əlavə dəyər vergisi» hesabının 3-cü «Əldə edilən
maddi resurslar üzrə əlavə dəyər vergisi» subhesabı
-
Günahkar şəxsin hesabına yazılan əskikgəlmə məbləği üçün:
545 saylı «Digər qısamüddətli öhdəliklər» hesabının 2-ci «Dəymiş
zərərə görə işçilərlə hesablaşmalar» subhesabının debeti
731 saylı «Əməliyyat xərcləri» hesabının krediti
-
Əskikgəlmiş məbləğin pərakəndə qiymətlə tələb edilməsi hallarında qiymət
fərqi üçün:
545 saylı «Digər qısamüddətli Öhdəliklə
0
>hesabmın debeti 442 saylı
“Gələcək hesabat dövrlərinin gəlirləri” hesabının krediti.
-
Borcun günahkar şəxslərdən tutulası məbləği üçün:
533 saylı «Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor
borclan» hesabının debeti
221 saylı «Kassa» hesabının debeti
223 saylı «Bank hesablaşma hesabları» hesabının debeti
545 saylı «Digər qısamüddətli öhdəliklər» hesabının krediti
-
Bununla birlikdə qiymət fərqi üçün:
442 saylı “Gələcək hesabat dövrlərinin gəlirləri” hesabının debeti
801 saylı «Ümumi mənfəət (zərər)» hesabının krediti.
Yuxarıda qeyd edildiyi kimi əmək haqqı, pul vəsaiti hesablaşma hesabından
alınıb kassaya daxil olduqdan sonra üç gündən gec olmayaraq verilməlidir.
Əmək haqqı alman zaman təşkilat vergi ödənişlərinin büdcəyə köçürülməsi
üçün ödəmə tapşırığını; icra vərəqəsinə, eləcədə digər icra sənədləri və şəxsi
öhdəliklərə əsasən müxtəlif hüquqi və fiziki şəxslərin xeyrinə tutulmuş məbləğlərin
ödəmə sənədlərini; sosial sığorta və təminat fondu və məşğulluq fondunun hesabına
köçürüləsi vəsaitin ödəmə tapşırığını da çeklə birlikdə banka verməlidir. Bir qayda
olaraq əmək haqqı ayda iki dəfə; ayın birinci yarısı üçün avans və ay üzrə sonuncu
hesablama verilir.
Təşkilatın mühasibatlığı iş vaxtının uçotu tabelinə və hasilatın uçotu üzrə
ilkin sənədlərə əsasən əməyin ödənişinin həcmini müəyyənləşdirərək hesablama
cədvəli (Ə-51 saylı forma) tərtib edir. Hesablama cədvəli hər bir bölmə üzrə ayrı
tərtib olunur.
Hesablama cədvəlinə əsasən isə ödəmə cədvəli (Ə-53 saylı forma) tərtib edilir.
Onda təşkilat rəhbəri və baş mühasib imza edir, titul tərəfində isə kollektivin əmək
haqqının verilməsi haqda müəssisə-
200
təşkilat rəhbəri icazəverici qeydiyyat aparır. Bundan sonra ödəmə cədvəli əmək
haqqının verilməsi üçün kassaya verilir.
İşçi sayı çox olmayan təşkilatlarda əmək haqqının hesablanması və
ödənilməsi üçün kombinələşdirilmiş haqq-hesab ödəmə cədvəlindən (Ə-4a saylı
forma) istifadə edilir.
Əmək haqqı pulun bankdan alındığı gün nəzərə alınmaqla üç iş günü ərzində
verilməlidir. Üç iş günü ərzində alınmayan əmək haqqı deponentləşdirilir və banka
təhvil verilir. Kassir üç gün keçdikdən sonra ödəmə cədvəlini bağlayır. Ödəmə
cədvəlinin «bağlanma»sı kassirin cədvəldə əmək haqqısını almayan işçinin
qarşısında «depo- nentləşdirilmişdir» ştampmın vurulması ilə yekunlaşır və hər bir
soyadın qarşısındakı deponentləşdirilmiş məbləğ xüsusi reyestrə köçürülür. Bu
reyestrin məlumatları isə deponentləşdirilmiş əmək haqqının uçotu kitabına (8 saylı
nümunəvi forma) yazılır. Sonrakı günlərdə deponentləşdirilmiş əmək haqqının
verilməsi kassa məxaric orderinə əsasən yerinə yetirilir. Bu order
deponentləşdirilmiş əmək haqqının verilməsi haqda yuxarıda qeyd edilən kitabda
yazılış aparmaq üçün əsas hesab edilir.
Bu müddət ərzində verilməyən əmək haqqı (onu alanın gəlməməsinə görə)
533 saylı «Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borclan»
hesabının 538 saylı «Digər qısamüddətli kreditor borclan» hesabına köçürülür. O,
borcu alanın ərizəsinə əsasən verilir.
Bir qayda olaraq 533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan
qısamüddətli kreditor bordan” hesabının debetində bilavasitə verilən əmək haqqı,
mükafat, müavinət və i.a. kassadan verilən digər ödənişlər, əmək haqqının bank
vasitəsilə köçürülməsi, əmək haqqından tutulan sair məbləğlər aşağıdakı hesablarla
müxabirləşməklə əks etdirilir:
-
bilavasitə kasadan verilmiş pul məbləği üçün 521 saylı «Kassa» hesabı ilə
-
əmək haqqından tutulmuş vergi və digər ödənişlərin köçürülməsi üçün 223
saylı «Bank hesablaşma hesabları» ilə
-
kreditə alınmış mal, həmçinin fərdi tikintinin aparılması və s. görə bankdan
alınmış kredit borcunun tutulması üçün-545 saylı «Digər qısamüddətli öhdəliklər»
hesabı ilə
-
icra vərəqəsinə əsasən üçüncü şəxsin yaxud digər təşkilatların xeyrinə
tutulmuş məbləğ üçün 538 saylı «Digər qısamüddətli kreditor borcları» hesabı ilə.
Dostları ilə paylaş: |