195
«sexin idarəetmə aparatının saxlanması», «Sexin sair heyətinin sax- lanması» və s.)
721 saylı «tnzibati xərclər» hesabının - Rəhbər işçilərin, mütəxəssislərin,
qulluqçuların və müvafiq maddə üzrə təşkilatın idarəetmə aparatının digər
işçilərinin əmək haqqı məbləği. Burada «idarəetmə aparatı işçilərinin əmək haqqı»
maddəsində, mühafizə işçilərinin əmək haqqı isə «Yanğın, hərbiləşdirilmiş və
keşikçi heyətin saxlanması» maddəsində əks etdirilir;
202 saylı hesabın 10-cu «Xidmətedici istehsalat və təsərrüfatlar))
subhesabınm - müvafiq xərc maddəsi üzrə bu istehsalat və təsərrüfatın işçilərinin,
rəhbərlərinin, mütəxəssislərinin, qulluqçularının və digər heyətin əmək haqqı
məbləği;
Bunlardan başqa əmək haqqı onların istiqamətindən asılı olaraq 731 saylı
hesabın 9-cu «Digər əməliyyat xərcləri)) subhesbabının (çıxdaş məhsulun
düzəldilməsi üçün əmək məsrəfi), 242 saylı «Gələcək hesabat dövrünün xərcləri))
(yeni növ məhsulun yaxud istehsalın mənimsənilməsi və ona hazırlığın görülməsi ilə
bağlı əmək məsrəfləri), 711 saylı «Kommersiya xərcləri)) (məhsulun tədarükü,
yüklənməsi, boşaldılması və s. proseslərin aparılması ilə əlaqədar əmək məsrəfləri)
hesablarının debetinə yazıla bilər.
Əməyin ödənişi haqda qüvvədə olan əsasnaməyə əsasən işçilərə hesablanmış
mükafat məbləği və əmək haqqı fonduna daxil edilən mükafatlandırma üçün 202
saylı «İstehsalat xərcləri)) və digər istehsal məsrəflərini uçota alan hesabların
debetinə, 533 saylı «Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor
borclan)) hesabının kreditinə yazılış verilir.
Rəhbər işçilərə, mütəxəssislərə, qulluqçulara və digər kateqoriyalı işçilərə
mükafatın verilməsinə gəldikdə, onlar maddi həvəsləndirmə fondundan verilir və
əmək haqqı fonduna , həmçinin məhsulun maya dəyərinə daxil edilmir. Buna görə
bu kateqoriyalı işçilərə mükafat hesablandıqda 343 saylı «Keçmiş illər üzrə
bölüşdürülməmiş mənfəət (örtülməmiş zərər))) hesabının («İstehlak fondları))
subhe- sabı) debetinə, 533 saylı «Əməyin ödənişi üzrə işçi heyətinə olan
qısamüddətli kreditor borclan)) hesabının kreditinə mühasibat yazılışı tərtib
olunur.
Əmək haqqının natural formada hesablanması və verilməsi uçotda 601 saylı
«Satış)) hesabından istifadə edilməklə əks etdirilir. Qazancın hesablanması zamanı
hesabların müxabirləşməsi əvvəlki qaydada (533 saylı «Əməyin ödənişi üzrə işçi
heyətinə olan qısa-
196
müddətli kreditor borclan» hesabının krediti, istehsal məsrəflərini uçota alan
hesabların debeti) aparılmalı, sonra isə verilən məhsulun məbləği “Əməyin
ödənilməsi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcları” hesabının
debetinə, “Satış” hesabının kreditinə yazılış verilməlidir. Natural ödəniş qaydasında
verilmiş məhsulun (malın) həqiqi dəyəri hazır məhsul (mal) hesabının kreditinə,
«Satış» hesabının debetinə yazılmaqla silinir.
İşçi təşkilatda altı ay işlədikdən sonra məzuniyyət almaq hüququna
malikdir. İllik məzuniyyət təsdiq olunmuş məzuniyyət qrafıkinə müvafiq olaraq
təqdim olunur. Məzuniyyətin başqa ilə keçirilməsinə ancaq nadir hallarda icazə
verilir. İstifadə olunmayan məzuniyyətin kompensasiyası (ödənilməsi) qanunla
məzuniyyətdən istifadə etməyən işçi işdən azad edilən hallardan başqa qadağan
edilir. Məzuniyyət dövründə xəstələnmə halları baş verən zaman həmin halın
məzuniyyətin keçirildiyi yerin tibb müəsisəsi tərəfindən təsdiq edilməsi
məzuniyyətin uzadılması üçün əsas hesab edilir.
Bütün növ məzuniyyətin təqdim edilməsi 1999-cu il 1 fevra’ tarixli qanunla
təsdiq edilmiş və həmin il iyulun 1-dən qüvvəyə min miş Azərbaycan
Respublikasının əmək məcəlləsi ilə tənzimlənir.
İllik əmək məzuniyyətinə görə işçilərə əmək haqqının hesablanması, onun
mühasibat uçotunda əks etdirilməsi bir sıra xüsusiyyətlərə malikdir.
Bu xüsusiyyətlər il ərzində məzuniyyətin bərabər səviyyədə təqdim
edilməməsi (işçilərin qış fəslinə nisbətən yaz-yay fəslində daha çox məzuniyyətə
buraxılması) ilə əlaqədardır. Buna görə bu və ya digər aya aid etmək mümkün olan
həqiqi ödənilmiş məzuniyyət məbləğinin istehsal məsrəflərinə aid edilməsi məhsulun
maya dəyərinin təhrif edilməsinə səbəb ola bilər. Bununla əlaqədar olaraq hər
təşkilat işçilərə hesablanmış məzuniyyət məbləğini il ərzində plan həcmi dairəsində
daxil edirlər. Bunun üçün məzuniyyətə görə işçilərə çatası xərcləri ödəmək
məqsədilə hər ay 515 saylı «Digər qısamüddətli xərclər və ödəmələr üçün ehtiyatlar»
hesabında uçota alman ehtiyat yaradılmalıdır. Ehtiyat üçün hesablanan aylıq
məbləğ bu hesabın kreditinə işçilərin əmək haqqı xərclərini özündə əks etdirən
istehsal xərcləri (202 saylı «İstehsalat xərcləri», 202 saylı hesabın 9-cu «Köməkçi
istehsalat», 202 saylı hesabın 8-ci «Ümumistehsalat xərc- ləri» və s., subhesabmm
debetinə yazılış verilməklə rəsmiyyətə salınır. Cari aya aid edilən məzuniyyət
günlərinin hesablanmış əmək haqqı məbləği 515 saylı «Digər qısamüddətli xərclər
və ödəmələr üçün
Dostları ilə paylaş: |