212
f)
materiallann mədaxili və məxaricinin əməliyyatlan aparılan zaman
mütləq sənədlərlə rəsmiyyətə salmaq.
Yuxarıda göstərilənlərdən başqa təşkilatda vəsaitin mədaxili, buraxılması və
saxlanması üçün məsuliyyət maddi-məsul şəxslərin üzərinə qoyulur. Bu şəxslər
dəyişdirildikdə inventarlaşma apanlır və təhvil-qəbul aktı tərtib edilir. Həmin akt
isə təşkilatın rəhbərliyi tərəfindən təsdiq edilir.
Yuxanda qeyd olunanlarla bərabər materiallann uçotunun əsas vəzifələri
aşağıdakılardan ibarətdir:
1.
Materiallann tədarükü, daxil olması və buraxılması üzrə bütün
əməliyyatların sənədlərlə düzgün və öz vaxtında əks etdirilməsindən,
onlann tədarükü ilə əlaqədar olan xərcləri aşkar etmək və əks
etdirməkdən, məsrəflərin istiqamətləri üzrə kənarlaşmasının
hesablanması və silinməsindən;
2.
Anbarlarda maddi qiymətlilərin müəyyən edilmiş ehtiyat nor-
malannm vəziyyətini daimi müşahidə etməkdən;
3.
Tədarük edilmiş materiallann faktiki maya dəyərini hesablamaqdan;
4.
İstehsal edilən məhsulların maya dəyəri haqqında göstəricilər əldə
etmək
üçün
materiallan
kalkulyasiya
obyektləri
üzrə
bölüşdürməkdən;
5.
Daxili ehtiyatlan səfərbərliyə almaq məqsədilə artıq və istifadə
edilməyən materiallann aşkar edilməsindən və satışından;
6.
Texnoloji itkilərə və tullantılara və onların istifadə edilməsinə
nəzarətdən;
7.
Maddi resurslara görə malgöndərənlərlə hesablaşmalann öz vaxtında
həyata keçirməsindən, yolda olan qiymətlilərə, fakturasız tədarüklərə
nəzarətdən və b.
Yuxanda göstərilən əsas tələb və şərtlərə riayət edilmədən material vəsaitinin
düzgün uçotunu aparmaq mümkün deyildir.
4.2.
Materialların təsnifatı
Təşkilatlarda istehsal prosesində böyük miqdarda müxtəlif maddi
qiymətlilər istifadə olunurlar. Maddi qiymətlilərin bəziləri istehsal prosesində
tamamilə istehlak olunurlar, bəziləri isə özünün ancaq görümünü (laklar, boyalar)
dəyişirlər, digərləri - hər hansı bir xarici dəyişiklik olmadan (ehtiyat hissələri)
məmulata daxil olurlar, bəziləri ancaq məmulatın
213
hazırlanmasına şərait yaradır, onların kütləsinə və ya kimyəvi tərkibinə (azqiymətli
və tezköhnələn əşyalar) daxil olmurlar.
Materialların mühasibat uçotu qarşısında duran vəzifələri müvəffəqiyyətlə
yerinə yetirmək üçün nomenklatura - qiymət cədvəlinə malik olmaq, sənədləşmə və
sənəd dövriyyəsinin dəqiq sistemini müəyyən etmək, müəyyən edilmiş qaydada
inventarlaşmanı və materialların qalığının seçmə nəzarət yoxlanmasını aparmaq,
onların
nəticələrini
uçotda
öz
vaxtında
əks
etdirmək
və
uçotun
avtomatlaşdınlmasımn müasir vəsaitlərini geniş tətbiq etmək lazımdır.
İstehsalın tənzimləşdirilməsi, texnologiyası və uçotunda istehsalat ehtiyatları
iki cür təsnifləşdirilir: 1. Onlann istehsal prosesindəki təyinatına və roluna görə;
2. Materialların texniki xassəsinə (növünə, ölçüsünə, markasına, istiqamətinə
və b.) görə.
İstehsal prosesindəki funksional roluna və təyinatına görə bütün materiallar
əsas və köməkçi olmaqla iki yerə bölünür.
Əsas materiallar qrupuna istehsal olunan məhsulun əsasını təşkil edən
materiallar daxil edilir. Misal üçün, maşın istehsalında polad, ayaqqabı istehsalında
gön-dəri, mebel istehsalında ağac, metallurgiya zavodunda filiz, parça istehsalında
pambıq, yun, kətan və s. əsas material hesab olunur.
Təşkilatlarda xammal və materiallar bəzən bitməmiş istehsalat və yaxud
yanmfabrikat şəklində də olurlar. Bitməmiş istehsalat dedikdə hazırda istehsal
prosesində olan xammal və materialların emalı başa düşülür. Yanmfabrikat dedikdə
isə müəyyən bir istehsal fazasında emaldan keçirilmiş və bu və ya digər təşkilatda
hələ müəyyən bir istehsal mərhələsini keçdikdən sonra hazır məhsul şəklinə düşə
bilən məhsul başa düşülür. Yarımfabrikatlar təşkilatın öz daxilində istifadə edilə və
yaxud kənara satıla bilər.
Köməkçi materiallar istehsal edilən məhsulların tərkibinə daxil edilir, lakin
onun əsasını təşkil etmir. Bu predmetlər ya əsas materiallarda lazımi dəyişiklik
yaradılmasına (məs. mebel hazırlayan zaman yapışqan, boya və lak, məhsulu
boyamaq üçün boyalar və s.), ya da istehsal prosesinə kömək edir.
Maşınqayırma təşkilatları və metal emal edən təşkilatlarda uçotda əsas
materialları köməkçi materiallardan ayırmaq çətindir, çünki metal və digər əsas
materiallar çox zaman həm də köməkçi material kimi işlədilir.
Dostları ilə paylaş: |