Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Yanacaq  da  öz  cinsi  tərkibinə  görə  köməkçi  materialdır,  lakin  böyük



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə98/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   94   95   96   97   98   99   100   101   ...   323

214 

Yanacaq  da  öz  cinsi  tərkibinə  görə  köməkçi  materialdır,  lakin  böyük 

makroiqtisadi  əhəmiyyəti  olduğuna  görə  maddi  qiymətlilərin  aynca  qrupuna 

ayrılır. 

İstehsal prosesində istehsalat ehtiyatları funksional roluna və təyinatına görə 

aşağıdakılara bölünürlər: xammal və materiallar; satın alınmış yanmfabrikatlar və 

komplektləşdirici  məmulatlar,  konstruksiyalar  və  detallar;  yanacaq;  tara  və  tara 

materiallan; ehtiyat hissələri; sair materiallar; tikinti materialları; azqiymətli və tez 

köhnələn əşyalar. 

Xammal  və  materiallar  istehsal  edilən  məhsulların  əsasını  yaradır,  əmək 

əşyalannm  bu  qrupuna  köməkçi  materiallar  da  aid  edilir.  Lakin  nəzərə  almaq 

lazımdır ki materiallann şərti olaraq əsas və köməkçi materiallara bölünməsi, eyni 

materialın  məhsullann  müxtəlif  növlərinə  tətbiq  edilməsinin  miqdarından, 

texnologiyanın xarakterindən və digər amillərdən asılıdır. 

Satın  alınmış  yanmfabrikatlar  və  komplektləşdirici  məmulatlar, 

konstruksiyalar və detallar özlərinin istehsal prosesindəki roluna görə əsas material 

hesab olunduqlanna görə uçotda ayrıca qrupa aynlmışlar. 

Təşkilatlarda öz istehsalının yanmfabrikatlan da istifadə olunurlar, onlar ya 

xüsusi  olaraq  202  saylı  hesabın  10-cu  “Öz  istehsalının  yanm-  fabrikatları” 

subhesabında, ya da bitməmiş istehsalatın tərkibində uçota alınırlar. 

Tara və tara materialları və ehtiyat hissələri özlərinin spesifik təyi- natlan ilə 

əlaqədar olaraq uçotda aynca qrupa aynhrlar. 

Sair materiallann tərkibində istehsalat tullantılan düzəldilə bilən çıxışdaşdan 

geri qaytanlan tullantılar, həmin təşkilatda material, yanacaq və ehtiyat hissəsi kimi 

istifadə  oluna  bilməyən,  tikili  və  avadanlıqlann  ləğvindən  əldə  edilən  maddi 

qiymətlilər, köhnəlmiş şinlər və util rezini və s. uçota alınır. 

201 saylı “Material ehtiyatları” hesabının ayrıca subhesabında onlardan əldə 

edilən məmulatlann maya dəyərinə sonradan daxil edilməklə kənara emala verilmiş 

materiallar uçota alınır. 

İstehsalatda materialların istifadə edilməsinin uçotunu və nəzarətini səmərəli 

təşkil  etmək  məqsədi  ilə  və  onlann  geniş  çeşiddə  olmaları  ilə  əlaqədar  olaraq 

kommersiya  təşkilatları  yuxarıda  qeyd  olunan  maddi  qiymətlilərin  iriləşdirilmiş 

iqtisadi  təsnifatı  ilə  yanaşı,  onların  texniki  əlamətlərinə  və  xassələrinə  görə  daha 

dəqiq qruplaşdınimasından istifadə edirlər. 


215 

Mühasibat uçotunun hesablar planına müvafiq olaraq yuxanda qeyd olunan 

qruplardan hər biri üçün 201 saylı “Material ehtiyatlan” hesabında ayrıca subhesab 

ayrılmışdır. Bunlara: 

201.1

 

Xammal 

201.2

 

İstehsal materiallan 

201.3.

 

Qablaşdırma materiallan 

201.4.

 

Yanacaq 

201.5.

 

Ehtiyat hissələri adlı və b. subhesablar aiddir. 

“Xammal”  sözü  dedikdə  kənd  təsərrüfatı  məhsullarından  (pambıq, 

çuğundur və b.) və ya çıxarma sənayesi məhsullanndan (filiz, xam neft) ibarət olan 

əsas materiallar nəzərdə tutulur. 

201  saylı  hesabın  4-cü  “Yanacaq”  subhesabında  həm  texnoloji  məqsədlər 

üçün  olan  yanacaqlar  (metalın  əridilməsi  və  qızdıniması,  enerji  hasilatı,  ağacın 

qurudulması)  həm  də  təsərrüfat  ehtiyacları,  hər  şeydən  əvvəl  binanın  qızdıniması 

üçün olan yanacaqlar uçota alınır. Bərk, maye və qaza oxşar olmaqla yanacaq üç 

yerə ayrılır. 

Bərk  yanacağa  -  koks,  kömür,  ağac,  torf;  maye  yanacağa  -  neft,  mazut, 

benzin; qaza oxşar yanacağa - qaz aiddir. 

201  saylı  hesabın  5-ci  “Ehtiyat  hissələri”  subhesabı  avadanlıqlann  ayn-ayn 

hissələrini  uçota  almaq  üçündür,  həmin  hissələr  bu  avadanhqla-  nn  köhnəlmiş 

detallarının təmiri zamanı dəyişdirmək üçün istifadə edilir. 

Yanacaq  və  ehtiyat  hissələrinin  köməkçi  material  olmalanna  baxmayaraq, 

onların  uçotu  xüsusi  subhesablarda  apanlır.  Bu  xüsusiyyət  onla-  nn  məhsul 

istehsalının maya dəyərində xüsusi çəkilərinin yüksək olma- lan ilə izah olunur. 

Azqiymətli  inventarlar  faktiki  maddi  aktivlərdir.  İstismar  müddəti  çox  az 

olduğuna görə onlan uzunmüddətli aktivlər kimi qəbul etmək olmaz. Ona görə də 

bunları  ehtiyatlar  kimi  qəbul  etmək  olar.  Yeni  hesablar  planının  20  saylı 

maddəsində  (Ehtiyatlar)  belə  hesab  yoxdur.  Amma  təcrübədə  207  saylı  “Digər 

ehtiyatlar  hesabına  1-ci  “Ehtiyatda  olan  inventarlar”  və  2-ci  “İstismarda  olan 

inventarlar”  adlı  subhesabların  açılması  məqsədəuyğundur.  Həmin  inventar 

ehtiyatda  da,  istismarda da  olsa fiziki formaya malikdir.  Ən  əsası  odur  ki,  dəyəri 

uzun  müddətə  yox,  qısa  müddətə  məhsulun  maya  dəyərinə  daxil  edilir.  İstismar 

müddəti qurtaran kimi isə həmin inventarları silmək və müvafiq xərc maddələrində 

əks etdirmək lazımdır. 

Materialların  ümumiləşdirilmiş  şəkildə  uçotu  sintetik  hesablarda  apanlır. 

Məhsulları  hazırlamaq  üçün  hətta  adlarına  görə  bir  cür  olan,  lakin  növlərinə, 

markalarına, istiqamətlərinə, ölçülərinə görə müxtəlif olan cür- 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə