220
Hazırda materialların qiymətləndirilməsinin aşağıdakı metodlannı tətbiq
edirlər:
1.
Azad bazar (müqavilə) və ya dövlətin (preyskurant) nizamlaş- dınlmış
topdansatış qiymətləri ilə. Tədarük müqavilələrini bağlayan zaman
təşkilatlar tərəfindən müstəqil olaraq müəyyən edilir və malgöndərən
və malalan təşkilatlar arasında hesablaşmalar zamanı, malgöndərənin
ödəmə sənədlərində göstərilməklə buraxılış (satış) qiymətləri şəklində
istifadə olunur.
2.
Nomenklatura uçot qiyməti ilə. Ona əldə edilən (tədarük edilən)
materialların orta alış qiymətləri və b. daxildir. Bütün hallarda onlann
əsasını nəqliyyat-tədarükat xərclərinin plan- laşdınlan (hesablanan)
həcmini əlavə etməklə müqavilə və ya preyekurant qiymətləri təşkil
edir. Onlan materiallann mövcud olması və hərəkətinin cari operativ
uçotu üçün tətbiq edirlər.
Faktiki maya dəyəri təşkilatın mühasibat tərəfindən hər ay materiallann
müqavilə qiymətləri, daşınmaya ödənilən (dəmir yol tarifi) faktiki sərf edilmiş
vəsaitlər, təşkilatın anbarlanna boşaldılma və daşınma üzrə faktiki edilmiş xərclər,
tədarük yerlərində xüsusi tədarük idarələrinin saxlanmasına çəkilmiş faktiki
xərclər, təbii itki normalan çərçivəsində yolda xammal və materialların
çatışmamasından olan itkilərin məbləğləri, materialların bilavasitə tədarükü üzrə
ezamiyyətə faktiki çəkilmiş xərclər əsasında hesablanır.
Marketinq xidmətlərinin və zavod anbarlannm saxlanmasına çəkilən xərclər
materiallann maya dəyərinə daxil edilmir. Onları 721 “İnzibati xərclər” hesabına
aid edirlər.
Uçot qiymətləri kimi əldə edilmənin (tədarükün) orta alış qiymətləri,
topdansatış qiymətləri və b. tətbiq edilir.
Uçot qiyməti kimi topdansatış qiymətləri tətbiq edilən zaman ay başa
çatdıqdan sonra materiallann uçot dəyərinin onların faktiki maya dəyərinə qədər
çatdıniması üçün nəqliyyat-tədarükat xərclərinin məbləğini və faizini hesablayırlar.
Əgər kənarlaşmalar müsbət (artıq xərc) və ya mənfi (qənaət) işarəsi ilə ola
bilirsə, onda nəqliyyat-tədarükat xərcləri - ancaq müsbət işarəsi ilə olur.
Kənarlaşmanın (müsbət və ya mənfi) və ya nəqliyyat-tədarükat xərclərinin,
materialların uçot qiymətləri ilə dəyərinə birləşdirilməsi onların faktiki maya
dəyərini verir.
İstifadə edilən materialların nomenklaturası kiçik olan zaman və
malgöndərənlərdən daxil olmaların ayn-ayn dəstləri üzrə mövcud olması
221
şəraitinin kiçik olması zamanı uçot qiymətləri kimi onların əldə edilməsinin
(tədarükünün) faktiki maya dəyəri qiymətlərini istifadə etmək mümkündür. Belə
halda material vahidinin qiyməti, əldə edilən (tədarük edilən) mal-material
qiymətlilərin faktiki maya dəyərini onlann miqdanna bölmək yolu ilə müəyyən
edilir. Bu qiymətlər əsasında da materiallann istehsalata buraxılışı həyata keçirilir.
Materiallann nəqliyyat-tədarükat xərcləri ilə birlikdə müqavilə və ya
nizamlaşdırılmış topdansatış və ya tədarükat qiyməti ilə (hesablar və ödəmə
tələbnamələri üzrə) malgöndərənlərə ödənilmiş dəyəri, tədarük edilmiş
qiymətlilərin faktiki maya dəyəri ilə əks etdirilir və istehsalat məsrəflərinə daxil
edilir.
Bir sıra materiallar üzrə (qara metallar, meşə materiallan və b.) dəmir yol
tarifi və ya su fraxtı (su yollan ilə daşınılan yükün yol haqqı) müqavilə və ya
nizamlaşdırılmış topdansatış qiymətinə daxil edilir ki, onlar da malalanlar
tərəfindən ödənilir. Kömür, filiz və b. faydalı qazıntılar üzrə daşınma haqqı
müqavilə və ya dövlət tərəfindən nizamlaş- dırılmış topdansatış qiymətinə daxil
edilmir və malalanlar tərəfindən ayn- ca ödənilir. Pambığın yekun (kənd təsərrüfatı
məhsullan) qiymətinə, alan təşkilatın anbarına gətirilməsi üzrə olan bütün xərclər
daxil edilir.
Əgər daşınma haqqı topdansatış qiymətinə daxil deyilsə, onda onu
malgöndərən malalanın hesabına ödəyir. Belə halda o, malgöndərənin hesabına
ayrıca sətirdə daxil edilir.
Materialların faktiki maya dəyərinə həmçinin taralarm dəyəri də təsir edir.
Onlar müqavilə və ya nizamlaşdınimış topdansatış qiymətinə daxil ola bilər və ya
ayrıca ödənilə bilər. Tara çox halda təkrar istifadə edildiyinə görə onun istifadəsinin
imkan qiyməti ilə dəyəri qədər, daxil olmuş materiallann dəyəri azaldılır.
Daxil olmuş materialların qruplar üzrə faktiki maya dəyəri bir dəfə ayın
axınnda aşkar edilir. Materiallar anbarlara hər gün daxil olur və olduqca tez-tez
sərf edilir. Ona görə onları öz vaxtında qiymətləndirmək və uçotda əks etdirmək
lazımdır. Bu uçotda əvvəlcə işlənib hazırlanmış möhkəm adlanan uçot qiymətlərinin
tətbiqi ilə mümkündür.
Materiallar istehsal xərclərinə onlann faktiki maya dəyəri ilə daxil edilir.
Onlar balansda da faktiki maya dəyərlə əks olunurlar. Cari uçotda isə materiallar
faktiki maya dəyəri ilə və ya orta alış qiyməti ilə qiymətləndirilir. Uçot qiymətləri
nomenklatura qiymət cədvəlində göstərilir.
Orta alış qiyməti ilə materiallann cari uçotu maşınqayırmada, kimya
sənayesində və digər sahələrin təşkilatlannda, plan maya dəyəri ilə isə metallurgiya,
toxuculuq, trikotaj, mebel, dəri, ayaqqabı istehsalında, ət-
Dostları ilə paylaş: |