224
malalanlann qarşılıqlı məsuliyyətini təmin edirlər. Müqavilələrdə mate- riallann
adları, miqdarı, qiymətləri, tədarük müddəti, hesablaşma qayda- lan, nəqliyyatla
daşınma üsulları, müqavilə şərtlərinin yerinə yetirilməsinə görə veriləsi sanksiyalar,
qəbul qaydası və i.a. şərtləndirilir.
İstehsal ehtiyatlarının hərəkətinin rəsmiyyətə salınması üzrə ilkin sənədlər
“Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun” III fəslinin
tələblərinə uyğun olaraq tərtib edilməlidir.
Materiallann
daxil
olması
alman
hesab-tədiyyə
tələbnamələrinə
(hesab-faktura, spesifika - bir şeyin dəqiqləşdirilmiş təsnifi, dəmir yolunun qəbzi,
nəqliyyat qayiməsi), habelə təşkilatlarda tərtib olunan mədaxil orderlərinə, qəbul
aktlanna və s. əsasən rəsmiyyətə salınır.
Malgöndərən təşkilatlar bağlanmış müqaviləyə əsasən malalan təşkilatlar
məhsul yola salır və eyni zamanda onlara hesab-tədiyyə tələb- naməsi göndərir. Bu
sənədlərdə həm də nəqliyyat sənədləri, yaxud göndərici stansiya tərəfindən yazılan
qayimələrin surətləri əlavə edilir. Həmin hesabnamələr təşkilatlann təchizat
şöbəsinə daxil olur və burada materiallann həcminin, göndərilməsi müddətlərinin,
qiymət və keyfiyyətinin təchizat haqqında əsas şərtlərə, müqavilələrə və
preyskurantlara müvafiq olub-olmaması yoxlanılır. Bu yoxlamadan sonra
hesabnamələrin tamamilə, yaxud qismən aksept edilməsi haqqında viza verilir.
Təchizat şöbəsi malgöndərən təşkilatlar üzrə müqavilələrin yerinə
yetirilməsinin operativ uçotunu aparır. Bu, təşkilata malgöndərən təşkilatlar
tərəfindən müqavilə intizamına riayət olunub-olunmadığını nəzarət altına almağa
imkan verir.
Təşkilatın maddi-texniki təchizat şöbəsində operativ uçot və materiallann
çeşidi, miqdan, keyfiyyəti və müddəti üzrə tədarük müqavilələrinin yerinə
yetirilməsinə nəzarət həyata keçirilir. İri təşkilatlarda daxil olan yüklərin
keyfiyyətinə küsusi xidmət tərəfindən nəzarət edilir. Bunun üçün hər bir müqaviləyə
xüsusi kartoçka açırlar, onda müqavilə öhdəliklərinə riayət olunması gedişi əks
etdirilir. Sonra isə sənədlər ödənilməsi üçün maliyyə şöbəsinə və ya mühasibata
verilir.
Dəmiryol stansiyasından, tərsanələrdən və ya aeroportdan, həmçinin yerli
malgöndərənlərdən qiymətliləri təşkilatın ekspeditoru alır. Bunun üçün ona
təşkilatın mühasibatı vəkalət verir. Vəkalət vəzifəli şəxsə maddi qiymətliləri alan
zaman təşkilatın etibarlı şəxs kimi çıxış etmək hüququ verir. Bu zaman vəkalətin
M-2 və M-2-a kimi iki formasından istifadə edilir.
Təchizat şöbəsi daxil olmuş mallann anbar tərəfindən mədaxilə
yazılıb-yazılmadığını yoxlayır və “Daxil olan yüklərin uçotu” jurnalında
225
(M-1 saylı forma) hər hesab-todiyyə tələbnaməsinin qarşısında anbarın mədaxil
orderinin tarixini və nömrəsini yazır. Materialların daxil olması və bu və ya digər
səbəblərdən ləngidiyi hallarda anbar müdiri bu barədə təchizat şöbəsinə xəbər verir
və o da yüklərin axtarışı haqqında tədbir görür, eyni zamanda nəqliyyat təşkilatları
qarşısında özünün yazılı sorğusunu jurnalda qeyd edir.
Daxil olan yüklərin vaxtında mədaxilə yazılmasını müşahidə altına almaq
üçün mühasibat materialların çatdırılması haqqında təchizat şöbəsinin
sərəncamlarının sürətini alır. Bu sərəncamların sıra nömrələri hesablarda yazılır
ki, bu da yoxlamanı asanlaşdırır.
Mühasibat həm də ayrı-ayrı material təchizatının nə dərəcədə məqsədəuyğun
olduğunu və bu materialların cari istehsal tələbatını ödəyə biləciyini yoxlamalıdır.
Ona görə hesabları yoxlayarkən anbarlardakı material ehtiyatlarının təyin edilmiş
ehtiyat normalarına müvafiq olub-olmadığını aşkara çıxarmaq lazımdır.
Həddindən artıq mal ehtiyatlarına nümayəndələrin iştirakı ilə akt tərtib edilir.
Sənədsiz daxil olan materiallara da belə akt tərtib edilir.
Daxil olan yükləri anbarda qəbul edərkən, eyni zamanda materialların
müşayiət sənədlərinə (M-5 və M-6 saylı forma) mal-nəqliyyat qa- yiməsində
göstərilən miqdar, növ və keyfiyyət göstəricilərini, onların faktiki çəki və
vəziyyətinə nə dərəcədə müvafiq olduğunu aşkara çıxarmaq lazımdır.
Yüklər stansiyalardan və körpülərdən çəkisinə və yerlərin miqdarına görə
qəbul edilir. Taranın zədələnməsi, yüklərin əskik gəlməsi və ya xarab olması
müşahidə edildikdə bu haqda nəqliyyat təşkilatlarının vəzifəli şəxslərinin iştirakı ilə
akt tərtib olunur. Həmin aktlara əsasən dəmir yoluna, yaxud malgöndərən
təşkilatlara iddia təqdim edilir. Beləliklə, təşkilata daxil olan materiallar əvvəlcə
kəmiyyət və keyfiyyət etibarı ilə yoxlanılır, bundan sonra mədaxil sənədləri ilə
rəsmiyyətə salınır.
Təşkilatda təchizat şöbəsi anbarlarda materialların düzgün qəbul
edilməsinin rəsmiyyətə salınması üzrə sonrakı prosesi operativ qaydada nəzarət
altına almalıdır. Bu məqsədlə yüklərin alınmasına aid sənədlər xüsusi Jurnalda,
yəni daxil olan yüklərin uçotu Jurnalında (M-1 saylı forma) qeydə alınır. Həmin
Jurnalda qeyd olunma tarixi, malgöndərən təşkilatın adı və ünvanı, hesab-tədiyyə
tələbnaməsinin tarixi və nömrəsi, yükün adı, hesabnaməsi üzrə məbləği, yükün
təhvil verilməsi, anbarın adı yazılır. Təchizat şöbəsi tərəfindən yazılan sərəncam
ekspeditora verilir. Ekspeditor sənədlərin alınması barədə Jurnalın özündə imza
edir.
Dostları ilə paylaş: |