Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  obyektlər daxildir. Məsələn, elektrik avadanlıqlan satıcısının satış üçün



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə100/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   96   97   98   99   100   101   102   103   ...   323

218 

obyektlər daxildir. Məsələn, elektrik avadanlıqlan satıcısının satış üçün 

saxladığı  televizorlar,  radioaparatura,  hi-fi  sistemlər,  çaydanlar, 

mikrodalğalı  sobalar  və  s.  mallar  onun  ehtiyatlan-  nın  bir  hissəsini 

təşkil edir); 

b)

 

satış  üçün  istehsal  prosesində  hazırlanmaqda  olan;  (istehsalçılar 

xammalı əldə edərək, onda satış üçün nəzərdə tutulan hazır məhsullan 

istehsal edir. İstehsal prosesi xammaldan başlayaraq hazır məhsul ilə 

bitirilir,  lakin  aralıq  mərhələlərdə  istehsalı  tam  başa  çatmamış 

məhsullar mövcud  olur. İstehsal  prosesində  hazırlanmaqda  olan  belə 

məhsullarda təşkilatın ehti- yatlannm bir hissəsini təşkil edir); və ya 

c)

 

istehsal və ya xidmətlərin göstərilməsi prosesində sərf edilən xammal 

və  materiallar  formasında  çıxış  edən;  (bura  istehsalçılar  tərəfindən 

emal  məqsədilə  alınan  xammal  aiddir.  Belə  xammal  istehsalçının 

ehtiyatlannın  bir  hissəsini  təşkil  edir.  Bura  həmçinin,  avadanlığın 

yağlanması üçün alman sürtgü yağını da aid etmək olar). 

“Ehtiyatlar  üzrə” 

8

JV

2

-Iİ  Milli  Mühasibat  Uçotu  Standartlannm  10-cu 

maddəsi ilə, ehtiyatların ilkin dəyər və mümkün xalis dəyərdən ən kiçik olan dəyər 

ilə qiymətləndirilməsi tələb olunur. Yəni, hər hansı obyekt əldə edilərkən ödənilmiş 

dəyər bu obyektin hesabat tarixinə mövcud olan bazar dəyərindən fərqləndikdə, bu 

iki  dəyərdən  daha  kiçik  olan  dəyər  seçilərək  maliyyə  hesabatlarında  əks 

etdirilməlidir. 

Ehtiyatlann  əldə  edilməsi  üzrə  məsrəflər  adətən  ehtiyatların  alış  qiymətini 

nəzərdə  tutur,  lakin  bura  həmçinin  alış  ilə  bağlı  bütün  digər  məsrəflər  də  daxil 

edilməlidir.  Beləliklə,  ehtiyatlar  əldə  edilərkən  vergi  orqanları  tərəfindən 

əvəzləşdirilən  vergi  istisna  olmaqla,  ödənilən  digər  vergilər  (ƏDV-si)  və  ya  idxal 

rüsumlan ehtiyatların əldə edilməsinə çəkilən məsrəflərə daxil edilməlidir. 

Hazırkı  Standartın  29-cu  maddəsində  ehtiyatlann  istehsalı  üçün  nəzərdə 

tutulmuş xammal və digər materiallan alan istehsalçılar ilə baş verə biləcək hallar 

müəyyən  edilmişdir.  Belə  təşkilatlar  normal  şəraitdə  3  növ  ehtiyatlara  sahib  ola 

bilərlər: 

1.

 

Xammal 

2.

 

İstehsalda bitirilməkdə olan məhsullar 

3.

 

Hazır məhsul 

Bu  ehtiyatların  hər  bir  “növünün”  qiymətləndirilməsi  zamanı  onlann  ilkin 

dəyəri və onlann mümkün xalis satış dəyəri nəzərə alınaraq, bu üd 


219 

dəyərdən daha kiçik olan dəyər seçilərək maliyyə, hesabatlarında əks etdirilməlidir. 

Ehtiyatların uçotunun aparılmasının iki əsas üsulu mövcuddur: dövri metod 

və daimi metod. 

Dövri metoda uyğun olaraq, ehtiyatlar təşkilat tərəfindən yalnız bunu etmək 

tələb  olunduqda,  yəni  hesabat  dövrünün  sonunda  müəyyən  edilirlər.  Bu  metoda 

uyğun olaraq, ehtiyatlar fiziki şəkildə hesablanırlar, yəni onların dəyərləri toplanır. 

Beləliklə, sonradan dövriyyə aktivi kimi tanınan ehtiyatların dəyəri müəyyən edilir. 

Növbəti hesablama aparılana qədər “material ehtiyatları” hesabının qalığı dəyişməz 

olaraq  qalır.  Növbəti  dövrdə  ehtiyatların  alışları  və  qaytarmaları  birbaşa  olaraq 

xərclərə  yazılır  və  hesabat  dövrünün  sonunda  satışın  maya  dəyəri  aşağıda  qeyd 

edildiyi kimi müəyyən edilir: 

Hesabat dövrünün əvvəlinə olan ehtiyatlar: 

+ alışlar 

+ nəqliyyat xərcləri 

-

 

alışların geri qaytarılması 

-

 

alınmış güzəştlər 

-

 

hesabat dövrünün sonuna olan ehtiyatlar 

= satışın maya dəyəri 

Daimi  metoda  uyğun  olaraq,  ehtiyatlar  ilə  bağlı  hər  hansı  əməliyyat  baş 

verdikdə,  dərhal  ehtiyatların  mühasibat  uçotu  aparılmalıdır.  Bunun  üçün 

ehtiyatların  hər  bir  maddəsinin  ayrıca  uçotunu  təmin  edəcək  köməkçi  kitabın 

tutulmasına ehtiyac yaranır. Bu köməkçi kitabda olan yazılar sonradan Baş kitabın 

ehtiyatlar hesabına köçürülür və mühasibat uçotunun dürüst aparılması üçün belə 

uyğunlaşdırmanın mütəmadi şəkildə aparılması vacibdir. 

Maddi  qiymətlilərin  faktiki  maya  dəyəri  onlann  əldə  edilməsinə  çəkilən 

məsrəflərdən,  əlavələrdən  (üstəliklər,  təchizat,  xarici  iqtisadi  təşkilatlara  ödənilən 

komisyon  təltifatmdan,  mal  birjalarının  xidmətlərinin  dəyərindən,  gömrük 

rüsumlanndan, kənar təşkilatın qüvvələri ilə həyata keçirilən saxlanma, göndərilmə 

və daşınma xərclərindən əmələ gəlir. 

Materialların  faktiki  maya  dəyərini  ancaq  ayın  axırında  hesablamaq  olar. 

Materialların hərəkəti isə təşkilatlarda hər gün baş verir və onların daxil olmasına 

və  sərf  edilməsinə  aid  sənədlər  öz  vaxtında  rəsmiləşdirilir,  daha  doğrusu, 

əməliyyatlar başa çatdıqca rəsmiləşdirilir və uçotda öz əksini tapır. Ona görə cari 

uçotda  möhkəm,  əvvəlcədən  müəyyən  edilmiş  uçot  qiymətləri  adlanan  qiymətin 

istifadə edilməsinə tələbat meydana çıxır. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə