222
süd sənayesində və başqa təşkilatlarda tətbiq edilir. Nizamlaşdırılmış topdansatış
qiyməti ilə uçot ən mütərəqqi hesab olunur. Cari uçotun bu üsulunda nəqliyyat
tədarükat xərcləri ayrıca uçota alınır.
Kiçik nomenklaturada materialları olan təşkilatlarda uçot faktiki maya
dəyəri ilə aparılır.
Təşkilatların əmlakı mühasibat balansında pulla qiymətləndirməklə
göstərilir, bu da bazar münasibətlərinin inkişafı ilə əlaqədar olaraq mürəkkəbləşir.
Bazar qiymətlərinin tərəddüd etməsi ilə, dəyişməsi ilə əlaqədar olaraq təşkilatın
əmlakının, onun aktivlərinin dəyəri dəyişir ki, bu da cari qiymətləndirməyə,
mənfəətin həcminə təsir edir.
Mühasibat uçotunun beynəlxalq standartlarında nəzərdə tutulub ki, hesabat
mühasibat balansında maddi qiymətlilər, maddi qiymətlilərin faktiki tədarük maya
dəyərini, hesabat balansını tərtib etmə vaxtına onların bazar qiymətləri ilə
müqayisə edərək, minimum mümkün olan dəyəri ilə qiymətləndirilir. Uçotda olan
maddi qiymətliləri onların dəyəri ilə müqayisə edərək, miqdarca aşağı qiymətini
seçirlər. Ona müvafiq olaraq maddi qiymətliləri hesabat balansında əks etdirirlər.
Dəyər ifadəsində meydana çıxan mənfi fərqləri təsərrüfat fəaliyyətinin nəticələrinə
(maya dəyəri və mənfəət) aid edirlər.
Material ehtiyatlarının hərəkəti zamanı əsas məsələlərdən biri onların
istehsala silinmə prosesində maya dəyərinin müəyyən edilməsidir. Uçot da bu üç
üsulla müəyyən edilir:
1)
Vaxta görə birinci alınanlann maya dəyəri üzrə (FİFO);
2)
Vaxta görə sonuncu alınanların maya dəyəri üzrə (LİFO)
3)
Orta maya dəyəri üzrə
Beynəlxalq təcrübədə mühasibat uçotunun aparılmasına qiymətləndirmənin
iki metodunun daha geniş tətbiqi həyata keçirilir. Bunlara FİFO və LİFO aidir.
FİFO metodu ilə qiymətləndirmə maddi qiymətlilərin ilkin dəyərlə
qiymətləndirilməsi metodudur. Bu metod zamanı belə qayda qəbul edilir: “birinci
dəst qəbul edilir və həmin birinci dəst də sərf edilir”, daha doğrusu, maddi
qiymətlilərin sərf edilməsi müəyyən edilmiş ardıcıllıqla onların əldə edilməsi dəyəri
ilə qiymətləndirilir: əvvəlcə materiallar məsrəfə satın alınmış birinci dəstin qiyməti
ilə, sonra isə ikinci, üçüncü və s. beləliklə, sərf edilmiş materialın ümumi miqdarı
qurtarana qədər belə ardıcıl qaydada silinir. Qiymətləndirmə qaydası daxil olan
materialların dəstinin faktiki sərf edilməsi ardıcıllığından asılı deyildir.
LİFO metodu ilə maddi qiymətlilər “axırıncı dəst mədaxil edilir - birinci dəst
sərf edilir” qaydasından irəli gələrək bərpa dəyəri ilə (cari
223
qiymətlər üzrə) qiymətləndirilir. Anbardan verilmiş maddi qiymətlilər axırıncı əldə
edilmə dəyəri ilə, sonra isə onların əvvəlki qiyməti ilə qiymətləndirilir. Buna
baxmayaraq, onların anbarda faktiki hərəkəti başqa cür də ola bilər.
Mühasibat, mühasibat uçotu məlumatlarından irəli gələn qiymətlə cari bazar
qiymətlərinin müqayisəsini həyata keçirir. Maddi ehtiyatların bazar qiymətlərinin
onların balans dəyərindən aşağı olmasının qəbul edilməsi, qiymətlərdəki fərq
məbləğinə bərabər olan maya dəyərində və mənfəətdə itkini əks etdirir. Bu fərq 721
saylı “İnzibati xərclər” və ya 801 saylı “Ümumi mənfəət (zərər)” hesabının
debetində və 208 saylı “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” hesabının
kreditində əks etdirilir. Hesabat balansında yenidən qiymətləndirmə hesabı üzrə
kredit qalığının məbləği qədər maddi ehtiyatların dəyəri azaldılır.
Cari uçotda maddi ehtiyatların yenidən qiymətləndirmə məbləği mühasibat
uçotu hesablarında əks etdirilmir. Növbəti ildə uçotda əks etdirilən qiymətlə
istehsalata silinən materiallar, hesabat tarixinə maddi ehtiyatlann zərərlərə bərabər
məbləğ qədər istehsal xərclərinin artırılmasına aparır. Hesabat ilindən əvvəlki ilin
axırında aparılan maddi ehtiyatların yenidən qiymətləndirmə məbləği qədər
istehsal xərclərinin artan hissəsinin ödənilməsi üçün növbəti hesabat dövrünün
əvvəlinə storno edilir.
4.4.
Materialların daxil olması mənbələri və
sənədlərlə rəsmiyyətə salınması
İstehsalat proqramına və məsrəf normalarına müvafiq olaraq təşkilatlar
material ehtiyatlarına olan tələbatı müəyyən edirlər. Onlar mərkəzləşmiş təminat
hesabına (dövlət sifarişi mövcud olan zaman), topdan və birja ticarəti qaydasında
bilavasitə istehsalçı-təşkilatlar tərəfindən tədarük edilməsi yolu ilə və b. əldə edilir.
Təşkilatlan mərkəzləşmiş qaydada maddi resurslarla təmin edən hallarda
yuxarı təşkilatlar (nazirlik, baş idarə) onlara fondlar ayırır. Ayrılmış ehtiyatlara
naryadlar verilir, həmin naryadlarda malgöndərənlər, material- lann növləri,
onların miqdarı və göndərilmə vaxtı göstərilir. Bu nar- yadlara müvafiq olaraq
malalan təşkilatlar qiymətlilərin tədarükünə aid malgöndərən təşkilat ilə birbaşa
müqavilələr bağlayırlar. Buna oxşar müqavilələr materialların əldə edilməsinin
digər hallarında da bağlana bilər. Müqavilələr yerinə yetirilmiş öhdəliklərə görə
malgöndərənlər və
Dostları ilə paylaş: |