|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
Artıq və həmin təşkilatda lazım olmayan materiallann satış qaydasında
236
Artıq və həmin təşkilatda lazım olmayan materiallann satış qaydasında
buraxılışı məlum olduğu kimi, materialların buraxılışı üçün (daxili yerdəyişməsi)
qaimə-tələbnamə yazmaq yolu ilə rəsmiləşdirilir (11 saylı forma). Mal-material
qiymətlilərin satışı haqqında informasiya 611 saylı “Sair əməliyyat gəlirləri” adlı
nəticə hesabında ümumiləşdirilir. Onda xüsusilə mal-material qiymətlilərin və b.
balans dəyəri və satış qiyməti əks olunur.
611 saylı hesabın debeti üzrə çıxan qiymətlilərin balans dəyəri və bununla
əlaqədar çəkilən xərclər, krediti üzrə isə materialların satışından əldə olan vəsait əks
olunur.
4.8.
Materialların anbarda uçotu və onun
mühasibatdakı uçotla əlaqəsi
Təşkilatda materialların mədaxili və məxarici haqqındakı məlumatlar
əvvəlcə anbar uçotunda əks etdirilir. Buna operativ uçot deyilir. Təşkilatın anbar
işçiləri, onlara tapşırılmış material vəsaitinin hərəkətini və qalıqlarını uçota alırlar.
Bu uçot yalnız kəmiyyət (natural) ifadəsində kartoçkalarda (M-17 saylı f.) apanlır.
Kartoçkaları anbara mühasib verir və qabaqcadan bu kartoçkalarda hər bir
materialın qiymətini, nomenklatura nömrəsini, adını, ölçüsünü, markasını, ölçü
vahidini və ehtiyat normasını göstərir. Anbar uçot kartoçkalarının bu qaydada
hazırlanması materialın şifri və adı müəyyənləşdirilən zaman mümkün ola bilən
fərq və səhvlərin qarşısını alır. Materialın adının sənədlərdə, anbar registrlərində və
mühasibat cədvəllərində vahid olması materialların düzgün uçota alınmasına
kömək edir.
Anbar təsərrüfatı sisteminin, o cümlədən anbarların, sexlərin istehsalat
sahələrinin lazımi təşkil olunma texnikası vasitələri ilə təmin olunmasının
təkmilləşdirilməsi üzrə tədbirlər işləyib hazırlamaq lazımdır. Həmin tədbirlərə
müvafiq olaraq maddi ehtiyatların qənaətlə istifadə olunmasına nəzarətin həyata
keçirilməsində mühasibat uçotunun rolu yüksəldilməli, ilkin uçot qaydaya
salınmalı, xüsusi olaraq az tapılan və baha qiymətli materialların buraxılış
sənədlərini imza etmək hüququ olan vəzifəli şəxslərin sayı məhdudlaşdırılmalıdır.
Materialların uçotunun düzgün təşkili və onların mühafizəsinin təmin
etməyin mühüm şərti kimi anbar təsərrüfatının yaxşı vəziyyətdə olması xidmət edir.
Anbarların binaları ayrı olmalıdır, siqnalizasiya ilə, la-
237
zımi miqdarda rəflərlə, oyuqlarla, altlıqlarla, mexanikləşmə vasitələri ilə çəki-ölçü
cihazlan ilə təmin olunmalıdır. Anbarın daxilində materialların hər bir qrupu,
yarımqrupu və növü ciddi nəzərdə tutulan sistemə müvafiq olaraq müəyyən yerdə
saxlanılmahdır. Hər bir saxlanma yerinə material yarlığı bərkidilir. Təşkilatın
rəhbərinin əmri ilə anbarlarda işləyən maddi- məsul şəxslər müəyyən edilir. Bu
şəxslərlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mühasibat uçotunun bəzi
məsələləri haqqında” 26 dekabr 1996-cı il tarixli 188 saylı qərarına müvafiq olaraq
maddi məsuliyyət haqqında müqavilələr bağlanır. Anbarlarda və sex anbarla- nnda
materialların uçotu bilavasitə həmin şəxslərlə aparılır. Bəzi hallarda maddi-məsul
şəxslərin razılığı ilə anbar uçotu kartoçkalan uçotunun aparılması hesablayıcıya
(operatora) həvalə edilə bilər. Belə uçot miqdar- çeşid və ya anbar uçotu adlanır.
Hazırda materialların uçotunun ən mütərəqqi metodu operativ mühasibat
(saldo) metodu hesab olunur. Uçotun bu metodu zamanı təşkilatın mühasibatı
materialın hər bir nomenklatura nömrəsinə anbar uçotunun kartoçkalannı açır və
qeydiyyat jurnalında imza etdirməklə anbar müdirinə verir. Onlarda material,
onun saxlandığı yer xarakterizə olunur, hərəkəti və qalığı üçün lazım olan ehtiyat
norması göstərilir.
Material vəsaiti qəbul edildikdən, yaxud verildikdən sonra anbardar anbar
uçotu kartoçkalarında qeydlər aparır. Hər bir qeyddən sonra materialların qalığı
çıxarılır. Beləliklə, anbarda ehtiyatlann vəziyyəti haqqında operativ məlumat olur.
Bu məlumat bu və ya digər materialın artıq- əskikliyinə dair təchizat şöbəsinə
xəbərdarlıq etmək üçün zəruridir. Mədaxil və məxaric sənədləri anbardar
tərəfindən reyestrlərlə birlikdə ertəsi gündən gec olmayaraq mühasibata verilir və
bu haqda mühasibatdan qəbz alınır. Burada limit kartları müstəsnalıq təşkil edir,
bunlar limitdən istifadə edildikdə, lakin bütün hallarda ayın birindən gec
olmayaraq təhvil verilir. Təşkilatın sexləri də eyni vaxtda limit zabor kartlarının
ikinci nüsxəsini mühasibata təqdim edirlər ki, bunlan da mühasibat anbardan almış
sənədlərlə tutuşdurur. Bu zaman ay ərzində limit-zabor kartlan anbar uçotunun
müvafiq kartoçkalan ilə birlikdə saxlanılır.
Təşkilatda materialların anbar uçotu, nəinki ehtiyatların operativ qaydada
müəyyən edilməsi, hətta bütün uçotun düzgün aparılması üçün lazımdır.
Materiallann mühasibat uçotunun əsas elementi anbar uçotunun vəziyyəti
üzərində, vəsait saxlanılan yerlərdə sənədləşdirmənin düzgünlüyü və kartoçkalarda
qeydlərin edilməsi üzərində, habelə mühasibat uçotu ilə anbar uçotunun eyniliyi
üzərində gündəlik nəzarət aparmaqdan ibarətdir.
Dostları ilə paylaş: |
|
|