205
-
kollektiv üzvünün əsas vəzifəsinə daxil edilməyən işə görə əlavə ödəniş;
-
boşdayanma, növbəli və əlavə məzuniyyət günlərinə, hərbi tədris yaxud
yoxlama toplantısı dövründə, dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə görə
aparılan əmək ödənişi;
-
istehsal fəaliyyəti ilə əlaqədar olmayan (anadan olma, yubiley günləri və s.
üçün) verilmiş birdəfəlik mükafatlar;
-
kompensasiya xarakterli (istifadə olunmayan ödənişlər, istirahət günü üçün
müavinət və s.) ödənişlər;
-
bayram günləri və işə çıxma qrafikinə daxil olmayan həftəlik istirahət
günləri üçün əmək haqqı.
Kollektiv üzvünün tam maaş almaması hallarında müavinət həqiqi alınmış
maaşa görə hesablanılır.
İşçiyə müavinətin hesablanması iş qabiliyyətsizliyi olan aydan əvvəlki təqvim
ayının orta əmək haqqına əsasən yerinə yetirilir.
Hamiləliyə və doğuma görə müavinət, işləyən qadınlara cəm- ləşdirilmiş
qaydada 126 təqvim gününə verilir. Doğum çətin olduğda və ya daha çox uşaq
doğularkən müavinət 140 təqvim günü üçün təqdim edilir. Uşaq salmağa görə
müavinət ümumi əsaslar üzrə verilir. Hamiləliyə və doğuma görə müavinət,
müəyyən olunmuş qaydada verilən xəstəlik verəqəsinə əsasən təyin olunur. Başqa
sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır.
Hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi işdən azad olunmanın
düzgünlüyü ətrafında mübahisə getdiyi dövrə təsadüf edərsə, bütün hallarda
müavinət verilir.
Bu zaman müavinət, hamiləliyə və doğuma görə məzuniyyətin bütün dövrü
üçün verilir.
Ali və ya orta ixtisas təhsili məktəblərini, aspiranturanı, klinik ordinaturanı
və ya texniki-peşə məktəblərini bitirən və müəyyən olunmuş qaydalarla işə
göndərilmiş qadınlara, işə başlayanadək hamiləliyə və doğuma görə məzuniyyət
zamanı müavinət, hamiləlik dövrü başlayan vaxtdan verilir.
Müvəqqəti olaraq işin dayandırıldığı müddət zamanı və ya təhsil
məktəblərində istehsalatdan ayrılmaqla təhsillə əlaqədar verilən əlavə məzuniyyət
zamanı müavinət, hamiləliyə və doğuma görə məzuniyyətin bütün dövrü üçün
verilir.
Hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə)
məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək
haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə.
206
bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuma görə məzuniyyətin bütün
günləri üçün müavinət verilir.
Həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı habelə məhkəmənin
qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və
doğuma görə müavinət verilmir.
Hamiləliyə və doğuma görə müavinət, bütün hallarda qazancın 100 faizi
miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir.
Uşağın doğulmasına görə birdəfəlik müavinət uşaq doğularkən ailəyə
birdəfəlik müavinət təyin edilir və verilir.
Təbii iqlim şəraitindən asılı olaraq əmək haqqına rayon əmsalı tətbiq edilən
yerlərdə yaşayan şəxslərə müavinət qeyri-istehsal sahələrində çalışan işçilər üçün
müəyyən edilmiş əmsallar nəzərə alınmaqla verilir.
Ananın işləmədiyi və təhsil almadığı hallarda müavinət, işləyən və ya
istehsalatdan ayrılmaqla təhsil alan ataya verilir.
Əgər hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət
yaşayış yeri üzrə sosial təminat orqanları tərəfindən ödənilir.
Uşaq doğuşuna görə birdəfəlik müavinət, müavinət üçün müraciət edildikdə
verilir və müraciət müddəti məhdudlaşdırılmır.
Uşaq doğulduqda, o cümlədən iki və daha çox uşaq doğulduqda birdəfəlik
müavinət hər uşağa görə verilir.
Uşaq doğumuna görə birdəfəlik müavinət, uşağın doğulmasmm VVAQ
orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir.
Bu zaman müavinət uşağın doğulmasmdan sonra nə qədər yaşamasından asılı
olmayaraq verilir.
Övladlığa götürülmüş uşaqlara uşaq doğulmasına görə birdəfəlik müavinət
ümumi əsaslar üzrə verilir.
Uşaq ölü doğulduqda müavinət verilmir.
Uşaq üç yaşına çatanadək ona qulluq etməyə görə müavinət işləyən analara,
habelə istehsalatdan ayrılmaqla ali və orta ixtisas təhsili məktəblərində,
aspiranturada, kliniki ordinaturada və ya texniki peşə məktəblərində, ixtisası
artırma, yeni ixtisasa yiyələnmə və kadr hazırlığı məktəblərində və kurslarında
təhsil alan qadınlara verilir.
Uşaq üç yaşma çatanadək ona qulluq etməyə görə haqqı qismən ödənilən
məzuniyyətdə olan qadınlara müavinət üç yaşma çatmamış hər uşaq üçün verilir.
Uşaq üç yaşma çatanadək ona qulluq etməyə görə müavinət işləyən
qadınlara doğuma görə məzuniyyət qurtardıqdan sonra haqqı
Dostları ilə paylaş: |