Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  ehtiyatlar» hesabının debetinə (işçinin əmək haqqısı üzrə) 533 saylı «Əməyin ödənişi



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə90/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   86   87   88   89   90   91   92   93   ...   323

197 

ehtiyatlar» hesabının debetinə (işçinin əmək haqqısı üzrə) 533 saylı «Əməyin ödənişi 

üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcları» hesabının kreditinə yazılır. 

Rəhbər işçilərin, mətəxəssislərin və qulluqçuların məzuniyyətinə hesablanmış əmək 

haqqı üçün ehtiyat yaradılmır və o əsas əmək haqqı kimi toplayıcı-bölüşdürücü və 

digər hesablara (cari aya aid edilən hissə) daxil edilir. 

Müvafiq  sənaye  sahəsində  iş  stajına  görə  işçilərə  hesablanmış  mükafat 

məbləği uçotda analoji qaydada əks etdirilir. Bir qayda olaraq bu mükafatlandırma 

sonrakı  ilin  əvvəlində  bir  il  üçün  ümumilikdə  verilir.  İl  ərzində  onların 

ehtiyatlandırılması  515  saylı  «Digər  qısamüddətli  xərclər  və  ödəmələr  üçün 

ehtiyatlar» hesabının kreditindən istehsal məsrəflərini uçota alan müvafiq hesabda 

əks etdirilir. İş stajına görə mükafatlandırma üçün veriləsi məbləğin hesablanması 

533 saylı «Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcları» 

hesabının  krediti  ilə  müxabirləşməklə  515  saylı  «Digər  qısamüddətli  xərclər  və 

ödəmələr üçün ehtiyatlar» hesabının debetində yazılır. 

Əməyin ödənişi üçün hesablanan məbləğdən vergi və pensiya fonduna zəruri 

tutulmalar  edilir.  Gəlir  vergisinin  tutulması  01  Yanvar  2001-ci  ildən  qüvvəyə 

minmiş Vergi Məcəlləsinə əsasən yerinə yetirilir. 

Gəlir  vergisi  əmək  haqqı  hesablanan  zaman  tutulur  və  həmin  məbləğ  533 

saylı  «Əməyin  ödənişi  üzrə  işçi  heyətinə  olan  qısamüddətli  kreditor  borcları)) 

hesabının debetində 521 saylı «Vergi öhdəlikləri)) hesabının kreditində əks etdirilir. 

Gəlir  vergisi  büdcəyə  köçürüldükdə  isə  521  saylı  «Vergi  öhdəlikləri)) 

hesabının  debetinə,  223  saylı  «Bank  hesablaşma  hesablan))  hesabının  kreditinə 

yazılır. 

Əmək haqqından nəyinki gəlir vergisi, digər növ ödənişlər də tutulur. 

Bu  cür  ödənişlərə  icra  vərəqəsinə  əsasən  tutulası  alimenti  aid  etmək  olar. 

Alimentin  tutulmasında  əsas  sənəd  kimi  icra  vərəqəsindən,  alimentin  könüllü 

ödənilməsi haqda vətəndaşın yazılı ərizəsindən və alimentin tutulması üçün zəruri 

olan digər sənədlərdən istifadə edilir. 

Alimentin  tutulması  üzrə  hesablaşmaların  uçotu  üçün  533  saylı  «Əməyin 

ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcları)) hesabının debetinə, 

538 saylı «Digər qısamüddətli kreditor borcları)) hesabının kreditinə yazılış verilir. 

Tutulan məbləğlər üzrə hüquqi və 


198 

fiziki  şəxslərlə  hesablaşmaları  aparmaq  üçün  538  saylı  “Digər  qısamüddətli 

kreditor borclan” hesabına ayrı «Tcra vərəqəsi üzrə tutulan məbləğlər» subhesabı 

açıla  bilər.  Əmək  haqqından  tutulmuş  aliment  məbləği  əməyin  ödənişi  üçün 

bankdan pul alman anda öz təyinatına köçürülməlidir. Bu zaman bank 538 saylı 

«Digər  qısamüddətli  kreditor  borclan»  hesabının  debetinə,  223  saylı  «Bank 

hesablaşma  hesablan»  hesabının  kreditinə  yazılış  verilir.  Fiziki  şəxslərlə 

hesablaşma  nağd  qaydada  aparılan  hallarda  veriləsi  aliment  məbləği  bankdan 

əmək haqqı ilə birlikdə alınır və alimentin kassadan verilməsi kassa məxaric orderi 

ilə rəsmiyyətə salınır. Kassadan fiziki şəxsə verilən aliment məbləği 538 saylı «Digər 

qısamüddətli  kreditor  borclan»  hesabının  debetinə,  221  saylı  «Kassa»  hesabının 

kreditinə yazılır. 

Aliment  tutmaq  üçün  təşkilata  daxil  olan  icra  vərəqəsi  ümumi  şöbədə 

(dəftərxanada) qeydə alınır, sözü gedən hesablaşmanı aparan mühasibathğm məsul 

şəxsinə verilir. Mühasibatlıqda icra sənədi xüsusi jurnalda qeydə almır və qiymətli 

kağız  kimi  mühafizə  edilir.  İcra  sənədi  qeydə  alındıqdan  sonra  təşkilat  həmin 

sənədin  daxil  olması  haqda  məhkəmə  icraçısına  və  aliment  verən  şəxsə  məlumat 

verir. 

İşçi  alimenti  könüllü  surətdə  vermək  arzusunda  olan  hallarda  bu  barədə 

ərizə yazmalıdır. Ərizədə alimenti ödəyənin və alanın ünvanı məlumatları ilə yanaşı 

saxlamaq üçün aliment alası uşaqların və başqa şəxslərin soyadı, adı və atasının adı, 

anadan  olduqları  gün  və  ay,  alimentin  miqdarı  və  s.  zəruri  informasiyalar 

göstərilməlidir. 

Tutulmuş  aliment  məbləği  rabitə  şöbəsi  vasitəsilə  köçürülən  hallarda  poçt 

xərcləri aliment alanın hesabına ödənilməlidir. Aliment alan tərəfin ünvanı məlum 

olmayan hallarda tutulmuş məbləğ təşkilatın yerləşdiyi yerdə xalq məhkəməsinin 

deponent hesabına köçürülməlidir. 

Kollektiv  üzvlərinin  təqsiri  üzündən  dəyərlilərin  əskikgəlməsi  müəyyən 

edilən  hallarda  mühasibatlıq  müvafiq  qaydada  rəsmiyyətə  salınmış  sənədlərə 

əsasən aşağıdakı mühasibat yazılışları tərtib edir: 

-

 

Əskikgəlmənin həqiqi maya dəyərinin silinməsi üçün: 

731 saylı «Sair əməliyyat xərcləri» hesabının debeti 

201 saylı «Material ehtiyatları» hesabının krediti 

-

 

Bununla birlikdə alınmış material ehtiyatları üzrə ƏDV məbləği üçün: 

731 saylı «Əməliyyat xərcləri» hesabının debeti 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə