Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  hallarında  veriləsi  mükafat  məbləği  kollektiv  üzvləri  arasında  onların  özləri



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə88/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   84   85   86   87   88   89   90   91   ...   323

193 

hallarında  veriləsi  mükafat  məbləği  kollektiv  üzvləri  arasında  onların  özləri 

tərəfindən bölüşdürülür. 

Ayrı-ayrı  struktur  bölmələrinin  iş  xüsusiyyətləri  nəzərə  alınmaqla  hər  bir 

təşkilatda  mükafatlandırmanın  prinsipləri  haqda  əsasnamə  işlənib  hazırlanır. 

Əsasnamədə mükafatlandırmanın göstəriciləri, onun son həddi, şərti və digər zəruri 

tələb olunan göstəriciləri müəyyən edilir. 

Kommersiya  təşkilatlarının  təşkilati  quruluşunun  müxtəlifliyi,  istehsalın 

həcmi  və mürəkkəbliyi ilə  əlaqədar  olaraq mükafatlandırma  göstəriciləri  olduqca 

çoxdur.  Təşkilatlar  bu  çoxluğun  içərisindən  bir  qayda  olaraq  hər  bir  bölmənin 

(sexin,  şöbənin,  xidmətin,  sahənin)  funksional  və  istehsal  xüsusiyyəti  nəzərə 

alınmaqla  2-3  əsas  göstəricini seçir  və  istifadə  edirlər.' Əməyin  vaxtamuzd ödəniş 

forması ilə işləyən şəxslərin mükafatlandırılması onların maaşının ay, rüb və digər 

müddətlərdə həqiqi hesablanmış əmək haqqına görə faizlə ödənilə bilər. 

Əsasnaməyə  görə  ödənilən  mükafatın  son  həddi  həqiqi  hesablanmış  vaxta 

görə ay ərzində 25 faiz, rüb ərzində isə 75 faizdən artıq olmamalıdır. Təcrübədə əsas 

göstəriciyə  görə  nəzərdə  tutulan  mükafatlandırmadan  başqa  xüsusi  əlavə 

mükafatlandırma  sistemi  də  tətbiq  edilir.  Onlara  materiala  və  elektrik  enerjisinə 

qənaətə,  metal  qırıntılarının  toplanmasına  və  digər  dövlət  və  təşkilat  əhəmiyyətli 

işlərin yerinə yetirilməsinə görə mükafatlandırmanı daxil etmək olar. 

İşlərin  ilin  yekununa  görə  mükafatlandırma  mexanizmi  lokal  normativ 

sənədlə (aktla) təyin edilən 13-cü əmək haqqı adlanan mükafat da ödənilə bilər. İllik 

mükafatlandırma ancaq üzürlü səbəbə: təqaüdə çıxmaq, hərbi çağırışa çağırılmaq 

və digər hallara görə il ərzində tam işləməyənlər istisna olunmaqla təqvim ilini tam 

işləyən  təşkilatın  ştatında  olan  işçi  kollektivinə  (fəhlələrə,  qulluqçulara,  rəhbər 

işçilərə) ödənilməlidir. 

Mükafatlatlandırma üçün lokal normativ aktda, veriləsi mükafatın miqdarı, 

işçinin məlum təşkilatda fasiləsiz iş stajına görə - 10 faiz, 2 il iş stajına görə - 15 faiz, 

3 il iş stajına görə - 20 faiz, 4 il iş stajına görə - 25 faiz və 5 il iş stajına görə - 30 faiz 

təyin  edilməsini  nəzərdə  tutmaq  olar.  Beş  ildən  artıq  iş  stajı  olan  işçilərə 

mükafatlandırmanın  miqdan  artırılmır.  Kollektivin  üzvü  daxili  qaydaları  (çıxdaş 

məhsul buraxan, icazəsiz işə gəlməyən, sərxoş halda işə gələn, mənimsəmə və digər 

daxili  əmək  qaydalan)  pozan  hallarda  mükafatlandırmadan  tam  yaxud  qismən 

məhrum edilə bilər. Mə- 


194 

zuniyyət  və  xəstəlik  vərəqəsinə  görə  hesablama  aparan  zaman  sözü  gedən 

mükafatlandırmalar orta əmək haqqına daxil edilir. 

İş stajına görə mükafatlandırma da normativ sənəddə nəzərdə tutula bilər. 

Məzuniyyət, xəstəlik vərəqəsi, hamiləliyə görə müavinət hesablayan hallarda 

da bu növ mükafatlandırma orta əmək haqqına daxil edilir. 

3.4.

 

Əmək haqqının mühasibat uçotu 

Əməyin  və  onun  ödənişinin  uçotu  qarşısında  əmək  haqqının  düzgün  və 

vaxtlı-vaxtmda hesablanmasını, onun təyin edilmiş vaxtda verilməsini təmin etmək; 

hesablanmış  əmək  haqqının  məbləğini  müvafiq  istiqamətdə  bölüşdürmək;  gəlir 

vergisinin  düzgün  tutulmasını  və  onun  büdcəyə  köçürülməsini  yerinə  yetirmək; 

dövlət  sosial  müdafiə  fonduna  çatası  vəsaiti  vaxtlı-vaxtmda  hesablamaq  və 

köçürmək;  təşkilata  dəymiş  maddi  ziyanın  tutulmasını  və  icra  vərəqəsinə  əsasən 

üçüncü  şəxsin  xeyrinə  tutulası məbləği  vaxtlı-vaxtmda tutub  köçürülməsini  təmin 

etmək vəzifəsi qoyulur. 

Əmək haqqının bütün növləri (əmək haqqı fonduna daxil edilməyən ancaq 

maddi  həvəsləndirmə  və  digər  iqtisadi  həvəsləndirmə  fondundan  ödənilən 

mükafatları  da  daxil  etməklə)  üzrə  fəhlə  və  qulluqçularla  hesablaşmaların  uçotu 

üçün  533  saylı  «Əməyin  ödənişi  üzrə  işçi  heyətinə  olan  qısamüddətli  kreditor 

borcları» hesabı nəzərdə tutulmuşdur. 

Hesablanmış əmək haqqı məbləği istehsal məsrəflərini uçota alan hesablarla 

(əmək  haqqı  məhsulun  maya  dəyərinə  daxil  edilən  zaman)  müxabirləşməklə 

göstərilən  hesabın  kreditinə  yazılır.  Xüsusi  ilə  bu  yazılışlar  aşağıdakı  hesabların 

debitində əks etdirilir: 

202  saylı  «İstehsalat  məsrəfləri»  hesabının  -  «İstehsalat  fəhlələrinin  əsas 

əmək  haqqı»  kalkulyasiya  maddəsi  üzrə  əsas  istehsalat  fəhlələrinin  və  briqada 

kollektivinin əmək haqqı məbləği; 

202  saylı  hesabın  9-cu  «Köməkçi  istehsalat))  subhesabının  analoji  xərc 

maddəsi üzrə sözü gedən işçilərin və briqada kollektivinin əmək haqqı məbləği; 

202  saylı  hesabın  8-ci  «Ümumistehsalat  xərcləri))  subhesabının  -  rəhbər 

işçilərin,  mütəxəssislərin,  sex  qulluqçularının  və  müvafiq  maddə  üzrə  uyğun 

struktur bölmələrinin əmək haqqı məbləği (məsələn. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə