187
yetirilmiş işin qəbulu haqda akt, əlavə ödəniş üçün vərəqlər, vax- tamuzd işləyənlər
üçün tapşırıq normaları və s. rəsmiyyətə salınır.
Kiçik seriyalı və fərdi xarakterli sənaye istehsalı kommersiya təşkilatlarında
işəmuzd iş üçün hər bir işçiyə yaxud bütün briqadaya ayrıca tapşırıq kimi yazılan
naryad geniş yayılmışdır. Naryadın əsas rekvizitlərinə: tapşırığın harada yerinə
yetirilməsi-bölmənin nömrəsi; tapşırığın nədən ibarət olması - işin (əməliyyat və
hazırlanası məmulatın) adı; işin yerinə yetirilməsinin kimə tapşırılması-işçinin
yaxud briqadanın şifri (kodu); hazırlanası məhsulun nə qədər nəzərdə tutulması;
bir vahid (ədəd) hazırlanası məhsula nə qədər vaxt sərf olunması; hər vahid (ədəd)
məhsul üçün nə qədər əmək haqqı verilməsi və s. daxildir. Bu rekvizitlər işçi yaxud
briqada işə başlamazdan əvvəl doldurulmalıdır. İş qurtardıqdan sonra nə qədər
məhsul hazırlandığı yaxud iş yerinə yetirildiyi; işin keyfiyyəti; iş üçün nə qədər vaxt
sərf edilməsi; aparılmış iş üçün nə qədər əmək haqqı verilməsi haqda həmin
naryadda qeydiyyat aparılmalıdır.
İşəmuzd iş üçün naryad, istehsalat şöbəsi yaxud bu vəzifə tapşırılan ayrı bir
şəxs tərəfindən rəsmiyyətə salınır. Sərf edilmiş iş vaxtı və hesablanmış qazanc (əmək
haqqı) haqda məlumatlardan başqa naryadda material və yarımfabrikat sərfi
haqda məlumatlar da göstərilir.
Naryadda nəyin və nə qədər hazırlanması, həqiqi olaraq nəyin və nə qədər
hazırlandığını, bu işə nə qədər vaxt sərf olunduğunu və bununla avadanlığın
yüklənməsinə nə qədər vaxtın sərf olunması əks etdirildiyindən o, həm də planın
yerinə yetirilməsinin gcdişatı, əmək məhsuldarlığı və avdanlıqlarm istifadəsi üzrə
uçotun təşkili üzərində nəzarətin təşkil edilməsi üçün də əsas sənəd kimi böyük
əhəmiyyətə malikdir. Fərdi və xırdaseriyalı istehsalatda əmək haqqı xərcləri üzrə
ilkin sənədlərin sayı həddindən artıq olduğundan hər bir iş üçün naryad yazılması
günün ən vacib məsələsi kimi tələb olunur.
Detalların ardıcıl hazırlanmasını və onların ayn-ayrı hissələr və hazır
məmulatlar kimi yazılmasını həyata keçirən seriyalı istehsalatın texnoloji kartında
baş vermiş əməliyyatları ardıcıllıqla əks etdirən sənəd formalarında hasilatın
uçotunun və qazancın hesablanmasını həyata keçirmək olar. Bu cür sənədlərə
marşrut vərəqələrini aid etmək olar. Bu sənədin xüsusiyyəti onun konkret məmulat
partiyası üçün yazılmasından ibarətdir. Texnoloji proses nəticəsində məmulatın
hesablama norması dəyişən zaman marşrut vərəqəsi bağlanılır. Məmulatın
hazırlanma prosesi qurtarmayan hallarda da marşrut vərəqi bağlanmalıdır.
m
iş . icraçısı tərəfindən adətən müxtəlif mütəxəssislər olduğundan marşrut
vərəqəsinə həqiqi hasilat, növbə ərzində bir işçi tərəfindən yerinə yetirilən hasilat
norması və hər bir işçi üçün hesablanmış qazanc haqda məlumatlar olan raport
tərtib olunur. Marşrut vərəqəsinin tətbiqi məmulatların birincidən axırıncı
əməliyyəta kimi hərəkəti və mühafizə üzərində nəzarət etməyə şərait yaradır.
İstehsalın kütləvi xarakterə malik olması işçilərin isə eyni işləri yerinə
yetirməsi hallarında hasilatın uçotu üçün ilkin sənəd kimi növbə raportundan
istifadə edilə bilər. Bu sənəddə işə başlayana qədər texnoloji tapşırıq, onun yerinə
yetirilməsi üçün nəzərdə tutulan vaxt və digər göstəricilər, növbənin axırında isə
ayrı-ayrı işçilər və ümumilikdə briqadanın həqiqi hasil etdiyi işin usta (nəzarətçi)
tərəfindən qəbul edilməsi haqda məlumatlar göstərilir. Növbə raportu bağlanan
zaman məhsulların hərəkəti və qalığın balans yoxlaması, yəni ayın əvvəlinə olan
qalıq nəzərə alınmaqla istehsalata verilmiş məhsulun miqdarı ilə hazırlanmış
məmulatın (yarımfabrikatm) iş yerində qalan qalığın üzləşməsi aparılır.
Növbə raportundan istifadə edən zaman ayrı-ayrı işçinin gündəlik hasilatı
müxtəlif variantlarda uçota alına bilər. Bu cür halda hər bir işçinin ay ərzindəki
hasilatını və ona əmək haqqının hesablanmasını uçota almaq üçün təşkilatda hasilat
haqda məlumatlar toplanan şəxsi kartoçkalar aparılır.
Son illərdə təşkilatlarda mülkiyyət formasından asılı olmayaraq əməyin
təşkilinin briqadada yerinə yetirilmiş işin keyfiyyətinə görə birgə məsuliyyət
formasından istifadə olunur. Bu cür istehsalatda briqadanın hasilatının uçotunun
aparılması üçün ilkin sənəd kimi son əməliyyat üzrə məhsul və işlərin qəbulu
cədvəlindən istifadə etmək olar.
Son əməliyyat üzrə məhsulların qəbulu cədvəlini usta yaxud briqadir
aparmalıdır. Bu sənəd hesabat dövründə son əməliyyat üzrə yararlı məhsulun
keyfiyyəti, çıxdaş məhsulun miqdarı haqda məlumatların əks etdirilməsi; briqadaya
verilmiş tapşırığın yerinə yetirilməsi üzərində nəzarətin aparılması; pul ifadəsi ilə
hasilatın müəyyən olunması; briqadaya çatası əmək haqqının hesablanması kimi
göstəricilər üçün nəzərdə tutulur. Bu uçot metodunun digərlərindən fərqi əməyin
son nəticəsinə görə bütün briqada kollektivinin məsuliyyətinin və marağının
yüksəldilməsindən; hər bir qurtarmış əməliyyat üzrə işçinin özünə nəzarətinin
artmasından; hasilatın uçotunun əmək tu- tumluğunun ixtisar edilməsindən
ibarətdir.
Dostları ilə paylaş: |