176
221 saylı «Kassa» və ya 223 saylı «Bank hesablaşma hesabları» hesabının
debetinə, 217 saylı «Digər qısamüddətli debitor borcları» hesabının kreditinə yazılış
verilir.
Təşkilatın balansında real debitor borcu qalmalıdır. Bu məqsədlə ildə bir
dəfədən tez olmayaraq debitor və kreditorlarla hesablaşmaların inventarlaşması
aparılmalıdır. Debitor və kreditorlarla hesablaşmaların inventarlaşmasını aparmaq
üçün təşkilatlar bir-birilərinə şəxsi hesablardan kreditor - təşkilatlar tərəfindən
debitor təşkilatlara çıxarış göndərilir.
Debitor - təşkilatlar çıxarışı alan kimi 10 gün ərzində onları yoxlamalı və
kreditorun borcunun qalığını təsdiq etməli və ya öz etirazını bildirməlidir.
Fikir ayrılığı mövcud olan zaman hər bir tərəfin balansında mühasibat
qeydlərindən irəli gələn və düzgünlüyü qəbul edilən məbləğlər qalmalıdır. Maraqlı
tərəf məsələləri həll etmək üçün aidiyyəti iqtisad məhkəməsinə müraciət etməli və
debitorların ödəmədiyi və bank tərəfindən inkassaya qəbul edilməyən borcların
tələb edilməsinə dair iddia təqdim etməlidir.
Borclunun imkansızlığı haqqında məhkəmənin təsdiq etdiyi aktla müəssisəyə
qaytarılan icra sənədləri üzrə tutulası borclar zərərə silinir. Bu borc debitorların
əmlak vəziyyəti dəyişən hallarda onlardan tutulur. Mal-material qiymətlilərinin
çatışmaması, israf olunması və oğurlanması, tutulmasına dair təqdim olunan iddia
sübut olunmamasına görə məhkəmə tərəfindən imtina olunan borclar, konkret
günahkarlar müəyyən edilmədiyi şəraitdə material qiymətlilərinin çatış- maması
kimi balansdan silinməlidir.
İddia müddəti keçmiş debitor borclarının iddia müddətinin keçməsində
günahkar olan şəxslər məsuliyyətə cəlb edilməklə zərərə silinir.
Kreditor və deponent borclarının iddia müddəti keçən hallarda həmin
müddətin keçdiyi aydan sonrakı ayın 15-dən gec olmayaraq təsərrüfat fəaliyyətinin
nətijələrinə aid edilməli və ona aşağıdakı mühasibat yazılışı verilməlidir:
531 saylı "Malgöndərənlərə və podratçılara qısamüddətli debitor borcları"
hesabı hesabının debeti
538 saylı "Digər qısamüddətli kreditor borcları" hesabının debeti
801 saylı «Ümumi mənfəət (zərər)» hesabının krediti.
177
İnventarlaşma zamanı aşkar edilən, tutulması ümidsiz olan debi- tor borcları
təşkilat rəhbərinin qərarı ilə mənfəət, yaxud şübhəli borclar üzrə ehtiyat hesabına
silinir.
Müxtəlif debitor və kreditorlarla hesablaşmaların sintetik uçotu 8 saylı
jurnal-orderdə, analitik uçot isə 7 saylı cədvəldə aparılır. Vaxtında verilməyən
deponentləşdirilmiş əmək haqqının analitik uçotu 2 saylı "Verilməmiş əmək
haqqının reyestri" toplama cədvəlində və ya "Deponentləşdirilmiş əmək haqqının
uçotu kitabında" aparılır.
Təşkilat rəhbərinin qərarına əsasən tutulması ümidsiz olan debitor
borclarının mənfəət yaxud şübhəli borclar üzrə ehtiyat hesabına silinməsi
mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:
801 saylı «Ümumi mənfəət (zərər)» və ya 218 saylı "Şübhəli borclar üzrə
düzəlişlər" hesabının debeti
538 saylı «Digər qısamüddətli kreditor borcları» hesabının krediti. İddia
müddəti keçən debitor borclarının silinməsi üçün aşağıdakı əsas sənədlər elan
edilmiş məbləğlərin tutulmasına tam yaxud qismən imtina edilməsi haqqında
məhkəmənin qərarından, sifarişçilərlə, malsatanlarla və digər debitor və
kreditorlarla hesablaşmaların inventarlaşma aktlarından istifadə edilir.
2.10. Pul vəsaitləri və hesablaşma əməliyyatlarının
inventarlaşdırılması
Əmlakın və öhdəliklərin inventarlaşdınlması qaydalarına (qaydalar
Maliyyə Nazirliyinin 03 iyul 2000-ci il i-107 saylı əmrlə təsdiq edilmişdir) müvafiq
olaraq ayda bir dəfədən az olmayaraq, təşkilat rəhbərinin təyin etdiyi komissiya
tərəfindən kassanın qəflətən inven- tarlaşması həyata keçirilir. Kassanın
inventarlaşması zamanı, onda olan pulların, qiymətli kağızların və digər
qiymətlilərin faktiki mövcudluğu yoxlanılır.
Kassadakı pulların faktiki mövcudluğu hesablanılan zaman pul nişanələri,
poçt markaları, dövlət rüsumunun markaları uçota alınır, müəyyən olunur və bu
zaman onlar nominal dəyəri ilə qəbul olunur.
İnventarlaşmamn aparılması prosesində kassadan pulların borc
götürülməsinə aid qəbzlər və digər sənədlər faktiki qalığa daxil edilmir.
178
İnventarlaşmanın nəticələri aktla rəsmiləşdirilir. Onda inventarlaşma
gününə
qiymətlilərin
mövcudluğu
və
uçot
məlumatları
göstərilərək
inventarlaşmanın nəticəsi müəyyən edilir.
Kassada faktiki mövcud olan pul vəsaitlərinin, mühasibat uçotu
məlumatlarından kənarlaşması, mərkəzi inventarlaşma komissiyasının qərarına
əsasən maddi məsul şəxsdən tələb olunur. Bu əməliyyat üçün aşağıdakı mühasibat
yazılışı verilir;
731 saylı «Sair əməliyyat xərcləri» hesabının debeti 221
saylı «Kassa» hesabının krediti
Kassir çatışmamazlığın səbəbləri haqqında izahat verməli, müəssisənin
rəhbəri isə onun tutulması və gələcəkdə pul vəsaitlərinin mühafizəsinin təmin
olunması barədə müvafiq tədbir görməlidir.
Kassada müəyyən edilən əskikgəlmə məbləğinin kassir tərəfindən ödənilməsi
təsdiq edildikdən sonra, onun ondan tələb olunması üçün aşağıdakı mühasibat
yazılışı verilməlidir:
545 saylı «Digər qısamüddətli öhdəliklər» hesabının 2-ci «Dəymiş zərərə görə
işçilərlə hesablaşmalar)) subhesabının debeti 731 saylı «Sair əməliyyat xərcləri))
hesabının krediti.
Əskikgəlmə üzrə borcun ödənilməsinə verilmiş məbləğə aşağıdakı yazılış
verilməklə silinir:
221 saylı «Kassa)) hesabının debeti
545 saylı «Digər qısamüddətli öhdəliklər)) hesabının 2-ci «Dəymiş zərərə
görə işçilərlə hesablaşmalar)) subhesabının krediti
İnventarlaşma zamanı kassada aşkar edilmiş artıq gəlmə mədaxil
edilməlidir.
Bu zaman aşağıdakı mühasibat yazılışı verilir:
221 saylı «Kassa)) hesabının debeti 801 saylı «Ümumi mənfəət (zərər)))
hesabının krediti. Hesablaşmaların inventarlaşması əmlakın və öhdəliklərin inven-
tarlaşması qaydalarına müvafiq aparılır. Bu zaman debitor və kreditor borclarının
reallığına xüsusi diqqət yetirilir. Bu zaman borcun əmələ gəlmə müddətləri, onun
reallığı aşkar edilir və konkret tədbirlər planı hazırlanır.
Dostları ilə paylaş: |