173
hesablaşmaların bütün növlərini həyata keçirən hüquqi və fiziki şəxslər təsisçilər
hesab olunurlar. Həmin təsisçilərlə hesablaşmaların uçotunu aparmaq üçün 302
saylı «Nominal (nizamnamə) kpitalın ödənilməmiş hissəsi» hesabı nəzərdə tutulur.
Bu hesab təşkilatın təsisçiləri ilə (səhmdar cəmiyyətinin səhmdarları ilə,
kooperativin üzvləri ilə və i.a.) bütün növ hesablaşmaların: təşkilatın nizamnamə
kapitlma qoyuluşlar, gəlirlərin ödənilməsi və s. haqqında informasiyaları
ümumiləşdirməyi və onlar üzərində nəzarəti həyata keçirmək üçün təyin edilmişdir.
Səhmdar cəmiyyəti yaradılan zaman 301 saylı «Nominal (nizamnamə)
kapitalı" hesabı ilə müxabirləşməklə 302 saylı hesbm debeti üzrə səhmlər abunə
yazılan şəxslərin borclarının məbləği uçota qəbul edilir.
Təsisçilərin qoyuluşları həqiqi daxil olan zaman pul vəsaitlərini uçota alan
hesablarla müxabirləşməklə 302 saylı hesabın kreditinə yazılış verilir. Təşkilatın
mülkiyyətinə material və başqa qiymətlilər (pul vəsaitlərindən başqa) verilən
hallarda 111 saylı «Topaq, tikili və avadanlıqlar - Dəyər", 101 saylı «Qeyri-maddi
aktivlər - Dəyər», istehsalat ehtiyatları və s. hesablarla müxabirləşməklə 302 saylı
hesabın kreditinə mühasibat yazılışı tərtib olunur.
Təşkilatın istifadəsinə binalar, qurğular və avadanlıqlar verilən zaman 111
saylı «Torpaq, tikili və avadanlıqlar - Dəyər" hesabının debetinə 302 saylı “Nominal
(nizamnamə) kapitalın ödənilməmiş hissəsi" hesabının kreditinə mühasibat yazılışı
verilir.
Nizamnamə kapitalına qoyuluşlar hesabına təşkilatın mülkiyyətinə natural
formada təqdim edilən əmlakın mədaxil edilməsi (səhmin ödənilməsinə)
iştirakçıların razılığı ilə müəyyən edilən qiymətlə həyata keçirilir.
Yoldaşlıq təsərrüfatlarının başqa iştirakçıları ilə nizamnamə kapitalına
qoyuluşlar üzrə hesablaşmalar, mühasibat uçotunda oxşar qaydada uçota alınır. Bu
zaman təsis sənədlərində elan edilmiş nizamnamə kapitalının bütün məbləği üçün
302 saylı “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" hesabının debetinə,
301 saylı "Nominal (nizamnamə) kapitalı" hesabının kreditinə yazılış verilir.
Səhmdar cəmiyyəti formasında yaradılan təşkilatlar öz səhmlərini nominal
dəyərindən artıq olan qiymətlə satan zaman, satış və nominal dəyər arasındakı fərq
məbləği 335 saylı «Digər ehtiyatlar» hesabının kreditinə aid edilir.
174
302 saylı “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" hesabında
gəlirin təşkilatın təsisçilərinə ödənməsilə əlaqədar hesablaşmalar uçota alınır.
Gəlirin təşkilatın təsisçilərinin siyahısına daxil olan işçilərə hesablanması və
ödənilməsi 533 saylı «Əməyin ödənilməsi üzrə işçi heyətinə olan qısamüddətli
kreditor borcları» hesabında uçota alınır.
Təşkilatda iştirak etməyə görə gəlirin təsisçilərə hesablanması aşağıdakı
yazılış verməklə uçotda əks etdirilir.
343 saylı "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (örtülməmiş zərər)»
hesabının debeti.
534 saylı «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borc- ları»
hesabının krediti.
Mənfəət olmayan və ya çatışmayan hallarda gəlirin təsisçilərə ödənilməsi
ehtiyat kapitalı hesabına aparıla və bu əməliyyatlar üçün aşağıdakı mühasibat
yazılışı tərtib oluna bilər:
335 saylı «Digər ehtiyatlar» hesabının debeti
534 saylı «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borc- lan»
hesabının krediti
Hesablanmış gəlirin ödənilməsi isə aşağıdakı yazılışla əks ctdiri- - lir;
534 saylı «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borc- ları»
hesabının debeti
223 saylı «Bank hesablaşma hesabları» hesabının krediti.
Təşkilatda iştirak etməyə görə əldə edilən gəlir təşkilatın öz məhsulları ilə
(işləri ilə, xidmətləri ilə) ödənməsi hallarında aşağıdakı mühasibat yazılışı tərtib
olunur:
534 saylı «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borclan»
hesabının debeti
601 saylı «Satış» hesabının krediti.
Təşkilatda iştirak etməyə görə əldə edilən gəlirdən tutulan vergi mühasibat
yazılışı verilməklə uçota alınır:
534 saylı «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
hesabının debeti
521 saylı "Vergi öhdəlikləri" hesabının krediti.
302 saylı hesab üzrə analitik uçot səhmləri təqdim edənlərlə - sahibkarlarla
hesablaşmaların uçotundan başqa hər bir təsisçi üzrə aparılır.
Təşkilatlarda aparılan hesablaşmalar içərisində 177. 217.435. 538
saylı hesablar uçota alınan müxtəlif debitorlarla və kreditorlarla he
175
sablaşmalar xüsusi yerlərdən birini tutur. Bu hesab qeyri-kommersiya xarakterli
(tədris təşkilatlan ilə, elmi təşkilatlarla və i.a.) əməliyyatlara; çeklərlə ödənilən
xidmətlərə görə nəqliyyat təşkilatları (dəmir yolu və su), əmək haqqına, mükafatın
və digər oxşar ödəmələrin depo- nentləşdirilmiş məbləğlərinə; icra sənədləri və ya
məhkəmə orqanlarının qərarları əsasında müxtəlif təşkilatların və ya ayrı-ayrı
şəxslərin xeyrinə təşkilatın işçilərinin əmək haqqından tutulan məbləğlərə;
yataqxanalarda yaşayan şəxslər və mənzil kirayənişinlərinin ödədiyi rüsuma;
qeyri-yaşayış binalarının icarədarlarından alınmış vəsaitə; uşaq təşkilatlanna qəbul
edilən uşaqların valideynlərindən alınmış rüsumlara və s. əməliyyatlar üzrə
müxtəlif təşkilatlarla hesablaşmalar haqqında informasiyaları ümumiləşdirmək
üçün nəzərdə tutulmuşdur.
177, 217, 435, 538 saylı hesablar aktiv-passiv hesabdır və onların qalığları
açıq şəkildə, yəni debet üzrə - təşkilata ayrı-ayrı təşkilatlann və şəxslərin borcu,
kredit üzrə isə - təşkilatın ayrı-ayrı şəxslərə borcu əks olunur. Ona görə balans
tərtib olunan zaman bu hesabın son qalığı açıq şəkildə, yəni, debitor borcu aktivdə,
kreditor borcu isə - passivdə əks olunur. Debitor və kreditor borclarının əks
etdirilməsinin qəbul edilən qaydası, göstərilən borclara nəzarəti yaxşılaşdırmağa
şərait yaradır.
İcra sənədləri və ya məhkəmə orqanlarının qərarına əsasən müxtəlif
təşkilatların və ayrı-ayrı şəxslərin xeyrinə əmək haqqından tutulan məbləğlər,
həmçinin deponentləşdirilmiş əmək haqqı aşağıdakı mühasibat yazılışı ilə əks
olunur;
533 saylı «Əməyin ödənilməsi üzrə işçi heyətinə olan qısamüddətli kreditor
borcları» hesabının debeti
538 saylı "Digər qısamüddətli kreditor borcları" hesabının krediti.
Onlar köçürülən və ya ödənilən zaman mühasibat uçotunda aşağıdakı yazılış
tərtib olunur:
538 saylı "Digər qısamüddətli kreditor borcları" hesabının debeti
223 saylı «Bank hesablaşma hesabları» hesabının krediti.
Ödəmələri keçirmək üçün hesablanmış məbləğ üçün aşağıdakı mühasibat
yazılışı verilir:
538 saylı "Digər qısamüddətli kreditor borcları" hesabının debeti
711 saylı "Kommersiya xərcləri" hesabının krediti.
544 saylı «Qısamüddətli məqsədli maliyyələşmələr və daxilol- malar»
hesabının krediti.
Ödənişlər daxil olan zaman isə:
Dostları ilə paylaş: |