Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  192  saylı  «Verilmiş  uzunmüddətli  avanslar»  hesabının  debeti;  223  saylı  «Bank



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə75/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   71   72   73   74   75   76   77   78   ...   323

164 

192  saylı  «Verilmiş  uzunmüddətli  avanslar»  hesabının  debeti;  223  saylı  «Bank 

hesablaşma hesabları» hesabının kreditinə yazılış verməklə uçotda əks etdirilir. 

Verilmiş  avansların  məbləğləri  və  başa  çatmış  işlər  ödəndikcə, 

malgöndərənlər tərəfindən hesaba alman, qismən hazır olan işlərin ödənilməsi 531 

«Malgöndərənlərə  və  podratçılara  qısamüddətli  kreditor  borcları»  hesabının 

debetində  və  192  saylı  «Verilmiş  uzunmüddətli  avanslar»  hesabının  kreditində 

yazılır. 

192 saylı «Verilmiş uzunmüddətli avanslar» hesabı üzrə analitik uçot hər bir 

debitor üzrə aparılır. 

443  saylı  «Alınmış  uzunmüddətli  avanslar»  hesabında  maddi  dəyərlilərin 

göndərilməsinə, yerinə  yetirilmiş işlərə, həmçinin məhsulların və  sifarişçilər  üçün 

yerinə yetirilmiş işlərin qismən hazırlanmasına görə ödənişlər uçota alınır. Alınmış 

avansların  məbləğləri,  həmçinin  məhsullara  və  qismən  hazırlanmış  işlərə  görə 

alınmış ödənişlər: 

223 saylı «Bank hesablaşma hesabları» hesabının 1 və 2 saylı subhesablarınm 

debetində. 

443  saylı  «Almmış  uzunmüddətli  avanslar»  hesabının  kreditində  yazılış 

verilməklə uçotda əks etdirilir. 

Alınmış  avansların  məbləği  göndərilmiş  məmulatlar,  materiallar  və  yerinə 

yetirilmiş  işlər  üçün  malalanlar  (sifarişçilər)  tərəfindən  he-  sabnamələr  təqdim 

edilən  zaman  hesaba  alması  qismən  hazır  olan  məhsullara  (işlərə)  görə  ödənişlər 

satışın uçotu qaydasından asılı olaraq: 

443 saylı «Almmış uzunmüddətli avanslar» hesabının debetində; 

601 saylı «Satış» və ya 

211  saylı  «Malalanların  və  sifarişçilərin  qısamüddətli  debitor  borcları)) 

hesabının  kreditində  yazılış  verilməklə  443  saylı  hesab  üzrə  analitik  uçot  hər  bir 

kreditor üzrə aparılır. 

Bazar  iqtisadiyyatı  şəraitində  təsərrüfat  fəaliyyəti  prosesində 

təşkilatlarda 

malgöndərənlərə. podratçılara, nəqliyyat təşkilatlarına, müqavilə və 

digər  şərtləri  yerinə  yetirməməyə  görə  iddialar  üzrə  müxtəlif  hesablaşmalar 

aparılır. İddialar üzrə hesablaşmaların uçotu 217 saylı «Digər qısamüddətli debitor 

bordan))  hesabında  həyata  keçirilir.  Bu  hesabda  hesabnamələrdə  olan  hesabi 

səhvlərə, qiymətlərin artırılmasına və i.a.; keyfiyyətin standartlara, texniki şərtlərə 

və  i.a.  müvafiq  olmamasının  aşkar  edilməsinə;  yolda  olan  yüklərin  təbii  itki 

normalarından artıq çatışmamasma və yüklər daşman zaman tarifin 


165 

artıq ödənilən məbləğinə; təqsirkar tərəfin günahı üzündən əmələ gələn çıxdaşa və 

boş dayanmaya; müqavilə şərtlərinə riayət edilməməsinə; ödəyici tərəfindən qəbul 

edilən  və  ya  iqtisad  məhkəməsinin  hökmü  ilə  silinən  sanksiyalar,  cərimələr, 

peniyalar;  dəbbələmə  pullarına  görə  malgöndərən  və  podratçılara,  nəqliyyat 

təşkilatlarına, bank- orqanlarına təqdim edilən iddialar üzrə hesablaşmaların uçotu 

aparılır. Bu hesabın debetində təqdim edilən iddia məbləğləri, kreditində isə daxil 

olan ödəmələr əks etdirilir. 

Bir qayda olaraq, hüquqi və qanuni maraqları pozulan müəssisələr, onların 

hüquqlarını  və  maraqlarını  pozan  təşkilatlara  iddia  təqdim  etməlidir.  İddialar 

yazılı  surətdə  təqdim  olunur.  Onlara  şikayət  edənlərin  təqdim  edilən  tələblərini 

təsdiq  edən  sənədlərin  əsli  və  ya  bu  sənədlərin  lazımi  səviyyədə  təsdiq  olunan 

surətləri  əlavə  olunur.  Təşkilatın  rəhbəri  daxil  olan  iddiaya  bir  ay  müddətində 

baxmalı və bu müddətdə təqdim edilmiş iddianın hərəkətinin uçotu aparılmalıdır. 

İddia  təqdim  edilən  təşkilatlar  ərizəçinin  əsaslı  tələblərini  təmin  etməli  və  onun 

nəticəsi haqda iddiaçıya yazılı məlumat verməlidir. 

Malgöndərən  və  podratçılara  təqdim  edilən  iddiaların  məbləği  bütün 

hallarda  217  saylı  «Digər  qısamüddətli  debitor  borcları»  hesabının  debetində, 

qiymətlilərin lazım olduğundan az yüklənməsinə, qiymətlərin müvafiq olmamasına, 

ödəmə  tələbnamələr  -  tapşırıqlar  akspet  edildikdən  sonra  aşkar  edilən,  ödəmə 

sənədlərindəki hesabi səhvlərə görə borcların məbləği 431 saylı «Malgöndərənlərə 

və podratçılara uzunmüddətli kreditor borcları», hesablaşma hesabından səh- vən 

silinən  məbləğ  223  saylı  «Bank  hesablaşma  hesabları»,  malgön-  dərənlər  və 

podratçıların təqsiri üzündən boşdayanmaların və istehsalatda buraxılm'ış çıxdaşın 

ödəyicilərin  qəbul  etdiyi,  yaxud  iqtisad  məhkəməsinin  ödənmək  üçün  çıxardığı 

qərarının məbləği 721 saylı «İnzibati xərclər» və 731 saylı "Sair əməliyyat xərcləri", 

müqavilə  öhdəliklərinə  riayət  edilməməsinə  görə  malgöndərənlərdən  tələb  ediləsi 

cərimələrin, peniyaların, dəbbələmə pullarının məbləği 801 saylı «Ümumi mənfəət 

(zərər)» hesablarının kreditində əks etdirilir. 

Təqdim olunmuş iddialar ödənilib daxil olan zaman, daha doğrusu, təqdim 

edilən iddialar təmin olunan zaman aşağıdakı yazılışlar aparılır: 

223 saylı «Bank hesablaşma hesablan» hesabının debeti 

217 saylı «Digər qısamüddətli debitor borcları» hesabının krediti 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə