|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
uçot faizi və ya diskonl adlanır. Bu şəkildə banka verilən vekselin müddəti bir ilə
160
uçot faizi və ya diskonl adlanır. Bu şəkildə banka verilən vekselin müddəti bir ilə
qədər olarsa, veksel saxlayan onun uçotu üçün 501 saylı «Qısamüddətli bank
kreditləri», bir ildən çox olduqda isə 401 saylı «Uzunmüddətli bank kreditləri»
hesabından istifadə edir. Bu halda həmin hesablara «Banklarda uçota alman veksel
əvəzində alınmış kredit» subhesabı açılır. Diskont edilmiş veksellərin analitik uçotu
aşağıdakı istiqamətlər üzrə aparılır;
>
veksellərin uçotunu həyata keçirən banklar üzrə;
>
ayrı-ayrı veksellər üzrə;
>
vekselverənlər üzrə.
Bu əməliyyatlar mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:
a)
ödəmə müddəti bir ildən artıq olan veksellərin uçotu zamanı:
223 saylı «Bank hesablaşma hesabları» hesabının 1 və 2 saylı
subhesablarının debeti və ya alınmış ssudanm faktiki məbləğinə 751 saylı «Maliyyə
xərcləri» hesabının debeti - uçot faizi və bəzi digər xərclər
401 saylı «Uzunmüddətli bank kreditləri» hesabının krediti.
b)
veksel əvəzində qısamüddətli ssuda alındıqda.
223 saylı hesabın 1 və 2 saylı subhesabmm debetinə-alınmış ssudanm
məbləğinə.
721 saylı «İnzibati xərclər» hesabının debeti - uçot faizinə (diskont məbləği).
501 saylı «Qısamüddətli bank kreditləri» hesabının krediti.
Vaxtı keçmiş ssudalar üzrə faizlərin məbləği istənilən halda xalis mənfəətə,
yəni 542 saylı «Gələcək hesabat dövrünün gəlirləri » hesabının debetinə silinir.
Əgər vekselin ödəmə vaxtı başa çatdıqdan sonra onu diskont etmiş bankdan
etiraz edilmiş veksel daxil olmazsa (və ya vekselin ödənməsi haqqında bankın
bildirişi daxil olarsa), diskont əməliyyatı bağlanır. Bunun üçün vekselin məbləği
mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:
501 saylı və ya 401 saylı hesabın debeti
211 saylı «Malalan və sifarişçilərin qısamüddətli debitor borclan» hesabının
krediti
Əgər bank uçota aldığı vekselin ödəyicilər tərəfindən vaxtında ödənmədiyi
səbəbi ilə veksel saxlayana etiraz edilmiş veksel göndərərsə, veksel saxlayan əvvəlcə
bankdan veksel əvəzində aldığı pul vəsaitini banka qaytarmalıdır. Bu əməliyyat
üçün belə yazılış verilir:
161
501 saylı və ya 401 saylı hesabın debeti 223 saylı hesabın 1 və 2 saylı
subhesablarının krediti Bu köçürmədən sonra malalan və sifarişçilərlə
hesablaşmalar üzrə borcun məbləği debitor borcu kimi müvafiq hesabda uçota
alınmaqda davam edir. Bu cür məbləğlərin uçotu üçün 211 saylı hesaba - «Etiraz
edilmiş veksellər üzrə malalan və sifarişçilərlə hesablaş- malar» adlı subhesabm
açılması məqsədəuyğundur. Lakin vekselin məbləğinə iddia qaldırılması aşağıdakı
əlavə yazılışla da əks etdirilə bilər:
217 saylı «Digər qısamüddətli debitor borcları» hesabının debeti 234 saylı
«Digər qısamüddətli investisiyalar» hesabının «Verilmiş borclar» subhesabı
Müvafiq qərar qəbul olunduqdan və lazımi işlər yerinə yetirildikdən sonra
veksellər üzrə borc əvvəlcədən yaradılmış ehtiyat hesabına şilinə bilər. Bu zaman
aşağıdakı mühasibat yazılışı verilməlidir: 184 saylı "Digər uzunmüddətli maliyyə
aktivləri " hesabının debeti 211 saylı «Malalan və sifarişçilərin qısamüddətli debitor
borclari» hesabının "Etiraz edilmiş veksellər üzrə malalan və sifarişçilərlə
hesablaşmalar" subhesabı.
Əgər əvvəlcədən belə bir ehtiyat yaradılmamışdırsa, onda həmin borclar
iddia müddəti başa çatdıqdan sonra maliyyə nəticələrinə (zərərlərə) silinir və onun
üçün aşağıdakı mühasibat yazılışı tərtib olunur:
801 saylı «Ümumi mənfəət (zərər)» hesabının debeti 211 «Malalan və
sifarişçilərin qısamüddətli debitor bocları» hesabının "Etiraz edilmiş veksellər üzrə
malalan və sifarişçilərlə hesablaşmalar" subhesabının krediti.
Vekselverən vekselin məbləğindən faiz də ala bilər. Faizin həddi tərəflərin
razılığı ilə müəyyən edilir və vekselin üzərində göstərilir. Əgər başqa müddət
müəyyən edilməmişdirsə, onda faiz, vekselin yazıldığı tarixdən hesablanmalı və
veksel məbləğinin ödəndiyi günə qədər davam etdirilməlidir.
Faiz həddi vekselin ödəmə müddətindən asılıdır. Vekselin yazıldığı gün ilə
onun məbləğinin ödəndiyi gün arasındakı müddət nə qədər böyük olarsa, faiz həddi
də bir o qədər yüksək olur. Bu hədd borclu ilə kreditor arasındakı müqavilədə
göstərilir.
Kreditə satılmış mallar üçün qısamüddətli veksel alındıqda, aşağıdakı kimi
mühasibat yazılışı verilir:
211 saylı «Malalan və sifarişçilərin qısamüddətli debitor bocları» hesabının
debetinə- borcun və faizin məbləği.
Dostları ilə paylaş: |
|
|