Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  «Təhtəlhesab  məbləğİ3r»  hesabının  debetində  bölməsinin  ikinci  və  üçüncü  qoşa



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə65/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   61   62   63   64   65   66   67   68   ...   323

143 

«Təhtəlhesab  məbləğİ3r»  hesabının  debetində  bölməsinin  ikinci  və  üçüncü  qoşa 

sütununda əks olunur. 

Debetləşən  hesablar  sütununda  avans  hesabatında  göstərilən  müxabirləşən 

hesabların şifrləri yazılır. Təsdiq edilmiş məsrəf məbləği sütununun yekunu bütün 

sütunlar üzrə debetləşən hesabların yekununa bərabər olmalıdır. 

Baş kitabda qeydlər aparılana qədər 7 saylı jurnal-orderin yekununu, başqa 

uçot registrlərində müxabirləşən  hesablar  üzrə  qeydlərlə  üzləşdirmək lazımdır  və 

bu zaman avansın istifadə edilməmiş məbləğləri qaytarılıb, tutulub (221, 223, 244 

saylı  hesabların  debeti)  və  "Təsdiq  edilmiş  məsrəf  məbləği"  sütunlarının 

yekunlarını toplamaq yolu ilə kredit dövriyyəsinin ümumi məbləği müəyyən edilir. 

7  saylı  jurnal-orderin  axırıncı  səhifəsində  ezamiyyət  və  yerdəyişmə  üzrə 

xərclər açıqlanmış formada verilir. Bu, avans hesabatına əsasən doldurulur. 

Təhtəlhesab  şəxslərdə  olan  məbləğlərin  qalığı  keçən  ayın  7  saylı 

jurnal-orderindən 

götürülür,  buraxılan  avansların  məbləğləri  1  saylı 

jurnal-orderdə  əks  etdirilən  kassa  məxaric  sənədlərinə  əsasən  yazılır.  Sərf 

edilməmiş  avans  qalıqlarının  kassaya  təhvil  verilmiş  məbləğləri,  1  saylı  cədvəldə 

kassa hesabının debeti üzrə əks etdirilmiş kassa mədaxil orderlərinə əsasən yazılır, 

244  saylı  «Təhtəlhesab  məbləğlər»  hesabının  krediti  üzrə  qeydlər  təsdiq  edilmiş 

avans hesabatlarına əsasən yazılır. 

2.8

 

Malgöndərənlərlə və malalanlarla 

hesablaşmaların uçotu 

Təşkilatın kapitalının düzgün dövr etməsinin təmin edilməsində, onun təyin 

edilmiş  vaxtda  yerinə  yetirilməsində  hesablaşma  sisteminin  düzgün  seçilməsi 

mühüm  əhəmiyyət  kəsb  edir.  Seçilmiş  sistemin  səmərəli  təşkili  məhsulların  vaxtlı 

vaxtında satılmasına və vəsaitlərin dövriyyəsinin arasıkəsilmədən bərpasına şərait 

yaradır.  Makro  və  mikro  iqtisadi  səviyyələrdə  hesablaşmaların  formaları  və 

qaydaları  Azərbaycan  Respublikasının  27  may  1997-ci  il  tarixdi  təlimatı  ilə 

müəyyən edilir. 


144 

Nağdsız  hesablaşmalar  iqtisadi  mazmunlarından  asılı  olaraq  iki:  mal 

əməliyyatları (75%-ə yaxın) və maliyyə öhdəlikləri (25%-ə yaxın) qrupuna bölünür. 

Birinci  qrup  müəssisələr  arasında  mal-material  qiymətlilərinə  (işlərə,  xidmətlərə) 

görə  hesablaşmalar,  ikinci  qrupa  isə  büdcəyə  ödəmələr  (mənfəətdən  vergi,  əlavə 

dəyər vergisi, iqtisadi sanksiyalar və digər ödəmələr), bank ssudalarmm ödənilməsi, 

kreditə görə faizlərin ödənilməsi, sosial müdafiə üzrə hesablaşmalar aid edilir. 

Daha  səmərəli  hesablaşma  formalarının  seçilməsi,  malalanlar  tərəfindən 

mal-material qiymətlilərinin alınması və onun dəyərinin ödənilməsi arasındakı vaxtı 

ixtisar  etməyə,  əsassız  debitor  və  kreditor  borclarının  yaranmasının  və  yoldakı 

mal-material  qiymətlilərinin  qalıqlarının  artmasının  qarşısını  almağa  şərait 

yaradır. 

Mülkiyyət  formalarının  müxtəlifliyi  şəraitində  nağdsız  hesablaşmalar, 

hesablaşma  formasının  müəssisələr  tərəfindən  sərbəst  seçilməsi,  bu  formaların 

onlar  arasında  bağlanılan  müqavilədə  təsbit  edilməsi  və  bu  prosesə  bankın 

qarışmaması prinsipinə əsaslanır. 

Bütün  nağdsız  hesablaşmalar  müvafiq  sənədlər  vasitəsilə  aparılır.  Həmin 

sənədlər  dövlət  standartları  səviyyəsində  olub,  əməliyyatın  mahiyyətini 

açıqlamalıdır.  Nağdsız  hesablaşmaların  formaları  əsasən  -hesablaşmalarda  tətbiq 

olunan sənədin adı ilə adlandırılır. 

Nağdsız hesablaşmalar zamanı: 

-

 

ödəmə tapşırıqlarından; 

-

 

çeklərdən; 

-

 

akkreditivlərdən; 

-

 

ödəmə-tələbnamə tapşırıqlarından; 

-

 

rabitə təşkilatları vasitəsilə pul köçürmələri ödənişindən

-

 

veksellərdən istifadə edilir. 

Son  illərə  qədər  nağdsız  hesablaşmalarda  ödəmə  tələbnamələri  ilə  ödənişə 

üstünlük verilirdi. Belə qayda olaraq mal satanın, iş görənin və xidmət göstərənin 

istəyini təmin edirdi və sosialist təsərrüfatçılıq və nağdsız hesablaşma prinsiplərinə 

cavab verirdi. Bazar münasibətlərinə keçid istehsalçıya deyil, istehlakçıya üstünlük 

verir  və  ödəyi-  cini  ödənişlərin  aparıcısı  hesab  edir.  Nağdsız  hesablaşmalarda 

istifadə  olunan  sənədlər  dövlət  standartlarına  cavab  verməli  və  hesablaşma 

haqqında  tam  təsəvvür  yaratmalıdır.  Bunun  üçün  bütün  sənədlər  özlərinin 

rekvizitlərinə uyğun doldurulmalıdır. 

Hazırda  nağdsız  hesablaşmaların  ən  geniş  yayılmış  forması  ödəmə 

tapşırıqları ilə olan hesablaşmalardır. 

Ödəmə  tapşırığı  -  bankda  hesabı  olan  təşkilatın  həmin  hesabdan  müəyyən 

məbləğ vəsaitin silinib, başqa təşkilatın hesabına daxil edil- 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə