Osmanlı impcratoıiuğunun müsəlman vo türk dünyasına dair strateji
planlarının dərin kökləri həm də türklərin milli və dini istəkləri ilə bağlı idi.
Türkiyə müharibəyə qoşulduqdan sonra hökümət adından edilən
çağırışda deyilirdi: “Dünya müharibəsində bizim iştirakımız milli
ideallarımızdan doğur. Millətimizin idealı... bizi... düşmənimizi məhv
etməyə məcbur edir və bunun sayəsində irqimizin bütün budaqlarını
birləşdirmək və qoşmaq, imperiyamızın təbii sərhədlərini qurmaq mümkün
olacaqdıh’'. Bu fikirlər 1918-ci ilədək islam və türk dünyasına, 0 cümlədən,
Azərbaycana münasibətdə Osmanlı imperatorlüğü- nün planlarının təməlini
təşkil etdi.
Müharibəyə qoşulan türklər Rusiyanın Osmanlı imperayası ilə dəfələrlə
vuruşmasını, çarizmin erməniləri açıq-aşkar müdafiə etməsini. Güney
Azərbaycana doğru irəliləməsini, İstanbula və boğazlara can atmasını
xatırlayırdılaff
Bu amillər müharibədə Türkiyənin Rusiyaya, o cümlədən, Azərbaycana
münasibətdə
yeritdiyi
siyasətin
mahiyyətini
və
məqsədlərini
müəyyənləşdirməyə əsaslı təsir etdi. Türkiyə tarixçisi, professor Fa- hir H.
Armaoğlu Osmanlı dövlətinin almanlarla birlikdə düşündüyü savaş planının
əsaslarını belə yazır: Şərqi Anadolu və Qafqaz üzərindən Rusiyaya bir zərbə
vurmaq; müqəddəs müharibə səbəbi ilə bu cəbhədə Qafqaz və Orta Asiya
türklərinin ayağa qalxmasına güvənmək".
Osmanlı imperatorluğu savaşa qatılarkən Rusiya və Böyük Britaniya
impcratorluqlarındakı müsəlmanların ayağa qaldırılmasına və bu dövlətlərin
zəinədilməsinə ümid edirdi. Osmanlı padşahı xəlifə kimi müsəlman
dünyasının dini lideri olmağı səbəbi ilə müqəddəs cihad elan etdikdə bütün
müsəlmanların xristianlara qarşı mübarizəyə başlayacağını güman edirdi.
Həqiqətən də padşah V Mehmed Reşad 1914- cü il 23 (11) noyabrda
müqəddəs cihad elan edərək bütün müsəlmanları İngiltərə, Fransa və
Rusiyaya qarşı müqəddəs savaşa dəvət etdi. Cihad elan edilmə tarixini
fransız tarixçisi, professor P. Renouvin noyabrın 11-i, rus müəllifləri
noyabrın 12-i, türk müəllifləri isə noyabrın 14-ü yazırlar".
Osmanlı padşahı müqəddəs cihadı elan edərkən nəyə əsaslanırdı?
Dünyadakı müsəlmanlar məzhəb və təriqət fərqlərinə baxmayaraq XX əsrin
əvvəllərində həm inanc və mədəniyyət birliyi, həm də duyğu bağları ilə
birləşmiş halda idilər. Müsəlmanlıq canlı bir sosial bir
77
lik meydana gətirmişdi. Bu birliyin təməli “Quran” idi. “Quran” bütün
müsəlmanların ailə həyatlarına, mədəni haqqlarına və iqtisadi
fəaliyyətlərinə dair çoxlu adətlər vermişdi. Müsəlmanların möminlərə və
mömin olmayanlara ayrılması ilə möminlər üstün vətəndaşlıq haqlarından
istifadəyə sahib idilər. Lakin siyasi baxımdan müsəlmanlar arasında birlik
yox idi. 1880-ci ildən bəri bütün müsəlmanları xəlifə ətrafında birləşdirmək
cəhdləri olsa da, panislamizm xalq kütlələrini ayağa qaldıra bilməmişdi.
Ona görə də türklər yaranmış yeni siyasi vəziyyətdən istifadə edərək
panislamizmi irəli sürdülər. Lakin nəticə alınmadıqda pantürkizmi ortaya
qoydular. Amma müharibənin gedişi göstərdi ki, panislamizm genişlənə
bilmədi, əslində millətçilik və milli hərəkat gücləndi. Osmanlı
imperatorluğu ərazisində yaşayan millətlər din birliyi əsasında deyil, milli
özünüdərklə ayağa qalxdılar. Öncədən qeyd etmək lazımdır ki, 1918-ci ilin
payızında islam dünyası zəiflədi. Panislamizm və panturanizm yalnız rus və
ingilis impcratorlu- ğunu çökdürmək üçün almanların düşündüyü
ideologiyadan çıxaraq ərəblərin müstəqillik hərəkatlarım yaratdı,
gücləndirdi və Osmanlı imperatorluğunu da parçaladı.
Cihadda müsəlman torpaqlarının, o cümlədən, Qafqazın, xristan
zülmündən azad edilməsinin lazımlığı deyilirdi. “Müqəddəs müharibə
vacibdir” başlıqlı müraciətdə daha sonra göstərilirdi ki, indiki vaxtda hər bir
müsəlman özünü döyüşçü hesab etməlidir. Silah daşıya bilən hər bir
müsəlman müqəddəs müharibəyə hazır olmalıdır. Çağırışda Misir,
Hindistan və Sudanı ingilislərdən, Əlcəzair, Mərakeş və Tunisi
fransızlardan azad etmək istəkləri səsləndi. Müqəddəs müharibə nəticəsində
Böyük Sibir, Böyük Türküstan, Xivə, Buxara, Qafqaz, Krım, Həştərxan və
Kazan torpaqları islam dininin düşmənlərindən qurtulmalı idi.
Fransız tarixçisi, professor P. Renouvin yazdığına görə. Osmanlının
siyasəti bir tərəfə buraxılaraq islamçılıq (panislamizm) və turançı- lıq
(dünya türk birliyi) prinsipinə dönüldü. İslamçılıq və turançılıqla uğur
qazanmaq üçün qüvvətli bir dövlətin dostluğunu qazanmaq gərəkdi.
Panislamizmlə ingilis, panturanizmlə rus imperatorluğunu sarsıtmaq
məqsədi güdən Almaniya Türkiyədəki bu axınları dəstəkləyir-
di‘-\
Padşahın müqəddəs cihad elan etməsi müsəlmanları qıcıqlandırmalı,
Hindistanda, Misirdə və Qafqazda ayağa qalxmalarına səbəb olmalı idi‘^
Lakin cihad elanı boşa çıxdıqdan sonra İngiltərə və Fransa
78
öz müstəmlokoiorindoki müsolmanlardan dəstolər düzəldib türklər üzərinə
göndərdilər". Müharibədə döyüşənlər islamı deyil, əsasən, öz canlarını və
vətənlərini qoruyurdular. Rusiya tarixçisi A. A. Kreder sultanın müqəddəs
müharibəyə çağırışının İrandakı çoxlu tayfaları ingilislərin əleyhinə üsyana
qaldırdığını yazır'’". Camal paşa isə ərəblərin türk hakimiyyətinə qarşı
üsyana qalxmalarını etiraf edir"’.
Moskva Universitetinin professoru A. N. Savin 1915-ci ilin martında
oxuduğu “İmperiyaların müharibəsi və islam dünyası” adlı məruzəsində
Türkiyənin apardığı müharibədə dini məqsədlər olduğunu söylədi. Dini
elementlər siyasi məqsədlərlə sıx çulğalaşmışdır. Ən böyük müsəlman
dövləti dünyanın bütün müsəlmanlarını özünə cəlb edir. İslam intensiv
lıəyat yaşayır. Panislamizm güclənir. Azərbaycan sakinləri güclü
pantürkizm hərəkatı ilə mədəni əsasda türkləri birləşdirmək istəyirlər.
Panislamizm uğur qazana bilməyəcək. Çünki müsəlmanlar arasında fərqlər
çoxdur. Rusiyada yaşayan 20 mln.-dək müsəlmanın mədəni inkişafı və
Rusiya ilə əlaqələrini möhkəmləndirmək üçün çalışmalıyıq™.
Türklərin Güney Azərbaycana sahib olmaq, oradan İrəvan
quberniyasına və Qafqaza keçərək bu əraziləri rus işğalından azad etmək
istədiyindən, Rusiya Türkiyəni malik olduğu üstünlüklərdən məhrum
etməyə çalışırdı. Türkiyənin üstünlükləri isə Qafqazda müsəlmanların və
türklərin yaşaması, onların rus müstəmləkəçilik zülmünə qarşı ba- nşmaz
mübarizəsi idi”.
Türkiyənin “Ati” qozetinin yazdığına görə, türk ictimai rəyinin
müharibədə Azərbaycana dair fikirləri belə idi: Azərbaycan Türkiyə
vəliəhdinin olmalı idi; ingilislər qovulduqdan sonra İran müstəqil olmalı
idi™.
Avstriya generalı Pomyankovski də Ənvər paşanın və gənc türklərin
digər liderlərinin Dağıstan, Quzey və Güney Azərbaycan, Krım, Volqaboyu
və Orta Asiyada yaşayan bütün türk xalqlarını birləşdirməyi qarşıya məqsəd
qoyan panislamçı proqramlarının olduğunu yazır™. Onun fikrincə, türklər
Qafqaza Rusiyanın türk-tatar xalqlarının yaşadığı ərazilərə keçməkdə
özünəməxsus körpü kimi baxırdılar. Türklər pantürkçü planlarını
reallaşdırmaqda və nefti ilə keçirtməkdə Qafqaza sahib olmağı başlıca şərt
sayırdılar™.
ABŞ tarixçisi T. Svyataxovski yazır: Osmanlı hökuməti müharibəyə
başlarkən iki idcloji təməl güdürdü: Birinci təməl panislamizmin
gerçəkləşməsi uğrunda mübarizə idi. Ona görə də türklər müharibə
79
Dostları ilə paylaş: |