lər, dövlotlor arasında münasiboldo ohəmiyyot qazandıqları kimi,
dövlotlorin daxili siyasotlori iizorindo də böyük təsirlər icra edəcəklərdir.
Bu surətlə ayn-ayn millətlər olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl
özlərini bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək böyük bir
məlkuroyo, qazcyi-xəyalə hədəf olacaq o işıqlı ulduza sahib olmalıdırlar.
Çünki müttohid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə
yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq
və belə bir silahdan
məhrum qalan camaatlar kimsəyə söz cşitdirommiyəcəklordir”"'.
Azərbaycan topluluğu belə bir ruh və həyəcanla birinci dünya savaşına
daxil oldu. M. Ə. Rəsulzadə yazırdı; “Hələ 1911-də təşkil və 1917-də təkmil
olunub milli proqramla çalışan siyasi bir partiyanın (Milli Azərbaycan
“Müsavat Xalq Partiyası) təlqinləriylə Azərbaycan türklÜ5ni müstəqil bir
dövlət qurumuna doğru addımlar atdf''.
Müharibə başladıqdan az sonra keçmiş “Difai” partiyasının üzvləri öz
aralarında ilk müstəqil Qafqaz müsəlman dövləti yaratmaq məsələsini
müzakirə etdilər. Fətəli xan Xoyskinin qardaşı oğlu Aslan xan Xoyski
1915-ci ilin fevralında gizli surətdə sərhəddi keçərək Ənvər paşanın
Ərzurumdakı qərargahına getdi. Ərzurum səfərində məqsəd Bakı,
Yclizavetpol, İrəvan quberniyaları ilə Tereki və Dağıstanı əhatə edəcək
Azərbaycan cümhuriyyətinin quaılması üçün Osmanlı impera- torluğu
başçılarının razılığını almaq idi. Ənvər paşaya təqdim edilən layihədə
Azərbaycanın Osmanlı dövləti ilə birləşdirilməsindən daha çox müstəqil bir
dövlot kimi yaradılması prinsipi düşünülürdü və əsas götürülürdü. Bunun
müqabilində Aslan xan Xoyski osmanlılar Güney Azərbaycandan dəstək
alan kimi Dağıstan və Qafqaz müsəlmanlarını ayağa qaldırmağa söz verdi.
Aslan xan Xoyski yüz minlərlə adamın Türkiyə tərəfindən döyüşməyə hazır
olduğunu da bildirdi. Lakin hərbi əməliyyatların sonrakı gedişi bu
məsələnin rcallaşdırılmasına nnkan
vermədi"-^
Bir sıra başqa azərbaycanlılar da Azərbaycanın taleyini Osmanlı
imperatorluğu ilə bağlayırdılar. Tadeuş Svyataxovskiyə görə, Əlibəy
Hüseynzadə Güney Qafqaz türklərinin öz talelərini təyin etməsi ümidlərini
tamamilə
Osmanlı
imperatorluğuna
bağlayırdı.
Bu
məqsədin
gerçəkləşməsindən ötrü hətta Osmanlı mandatının mümkünlüyü qəbul
edilirdi'"*.
Əlbəttə, belə bir məqsəd Azərbaycan məfluımunun silinməsini nəzərdə
tutmurdu. Çünki tarixən Osmanlı imperatorluğu
daxilində yaşa-
83
yan xalqlar heç bir təzyiqlorlə üzləşməyərək daxili işlərində asudə
olmuşdular. Görkəmli Azərbaycan yazıçısı, diplomatı Yusif Vəzir
Çəmənzəminli yazırdı: “Türk idarələrində ən qədimdən bəri istila olunmuş
millətlərə qarşı bir ədalət yeridilmişdir: Heç bir millətin daxili işlərinə
qanşilmamış .................... Osmanlı idarəsində...
ermənilər, bolqarlar,
rumlar, qreklər, serblər və başqaları milli və dini məsələlərində asudə
idilər"l
Ənvər paşa noyabrın əvvəllərində türk ordusunun rus hücumunun
qarşısının alınmasında qazanılan uğurdan həvəslənib bu planı təxirə salaraq
düşmən üzərinə hücuma keçdi. Ənvər paşa Güney Qafqaza və Güney
Azərbaycana girib rusların arxasına keçmək üçün 1914-cü il dekabrın 20-də
150.000 əsgərlə Sarıqamış - Urmiyə istiqamətində rusların 160.000 nəfərlik
qüvvəsinə qarşı hücum etmək əmri verdi. Hücum 1914-cü il dekabrın
22-dən 1915-ci il yanvarın 19-dək davam etdi. Lakin yüksək dağlar,
yolsuzluq, soyuq və xəstəlik səbəbi ilə türk ordusu rus cəbhəsini yara
bilməyərək 90.000 adam itirdi**. Başqa bir kitabda türk ordusunun 90 min
əsgərdən 60 min nəfərini itirdiyi, yalnız 12 min türk əsgərinin geri döndüyü
deyilir. Ruslar da 12 min nəfər itirdilər. 1915-ci il yanvarın 2-də Ənvər paşa
cəbhəni tərk etdi. Plan pozuldu**.
A. F. Miller yazır ki. Ənvər paşa 1914-cü ilin sonunda Ərdəhan Sa-
rıqamış-Urmiya xəttində rus cəbhəsini yarmaqdan. Güney Qafqaza və İrana
sahib olmaqdan ötrü hücuma keçdi. Bu əməliyyat türklər üçün fəlakətlə
başa çatdı. Üçüncü türk ordusu tamamilə darmadağın edildi və əməliyyatda
türklər 90 min nəfərlik ordudan 70 minini itirdilər. Bunun 50 minə qədəri
şaxtada dondu’“.
Türkiyə tarixçisi Şerafettin Turan isə Ənvər paşanın 150 minlik ordu ilə
1914-cü il dekabrın 14-də hücuma keçdiyini, döyüşlərin dekabrın 22-də
başlayıb 1915-ci il yanvarın 15-dək davam etdiyini yazır. Bu döyüşdə 78
min türk, 32 min rus əsgəri həlak oldu, Qafqaz cəbhəsində hərbi
əməliyyatların başlancığmda bəslənən ümidlər qısa vaxtda yox oldu.
Döyüşdən sonra Ənvər paşa “bir az çarpışdıq” demişdi”.
1914-cü ildə türklərin Qafqaz cəbhəsindəki hücumundan bəhs edən
ingilis tarixçisi A. L. Makfai türklərin Qafqazda hərbi kampaniyalarının
Antanta qüvvələri arasında ciddi qarışıqlıq salsa da, nəticədə onların
məğlubiyyətə uğradıqlarını yazır. Osmanlı imperiyasının hərbi naziri Ənvər
paşanın 1914-cü ilin dekabrında Qafqazda başçılıq etdiyi türk ordularının
hücumu qışın dərinliyində məğlubiyyətlə bitdi’b
84