kiyənin mühariboyo qoşulması Rusiyam xeyli təhlükəli nəticələrlə
hədələyir'”. Buna görə də o, Qafqazdakı canişin Vorontsov-Daşkova
Türkiyənin hücumunu imkan daxilində uzatmağı tövsiyə etdi'”. S. D.
Sazonovun belə düşüncələrinin bir sıra səbəbləri var idi.
Əvvəla,
Rusiyada
müsəlmanlar sayma görə ruslardan sonra birinci yeri tuturdular. Bu dövrdə
Rusiyada təxminən 20 mln nəfər müsəlman yaşayırdı. Bu rəqəm bəzən 27
milyon da göstərilir'”. Osmanlı dövlətinin islamın mərkəzi olduğu,
müqəddəs cihad və panislamizm elan etdiyi bir şəraitdə eyni zamanda
müsəlman ölkəsi olan Rusiya üçün xeyli dərəcədə təhlükəli idi. 1915-ci ilin
fevralına
olan məlumata görə, bütün dünyada 200 mln.
nəfər müsəlman var
idi'”. İkinci, Rusiyanın türk və digər müsəlman əhalisi Osmanlı
imperatorluğuna rəğbət bəsləyirdi. Onlar Osmanlı imperatorluğuna rus
müstəmləkəçilik zülmünə son qoya biləcək qüvvə kimi baxırdılar.
Hüseyn Baykara yazırdı: “Rusiyanın müharibəyə girməsi üçün əsas üç
səbəb vardı: 1. Balkan slavyanlarını qorumaq, onları Osmanlı imperiyasına
qarşı təhrik etmək və sonra panslavyan imperiyası yaratmaq. 2. Çar
Nikolayın “xəstə adam” adlandırdığı Osmanlı imperiyasının süqutundan
sonra İstanbul daxil olmaqla, Anadolunun torpaqlarını işğal etmək. 3. Rus
inqilabçılarının fəaliyyətinin qarşısım almaq və onları xalqın gözündən
salmaq üçün müharibə edərək zəfər qazanmaq'”.
Türkiyə ilə müliaribə başlayan kimi imperator II Nikolay Ali mani- fest
verdi. Manifestdə deyilirdi: “Bütün Rusiya xalqları kimi biz qəti şəkildə
inanırıq ki, Türkiyənin indiki halda müharibəyə qoşulması onun üçün
acınacaqlı olan hadisələri sürətləndirəcək və Rusiyaya əcdadlarının vəsiyyət
etdiyi Qara dəniz sahillərinə yiyələnmək kimi tarixi vəzifəni yerinə
yetirmək üçün yolu açacaqdır”'”. Bəyanatda Rusiyanın
Türkiyə ərazisindən
öz səfirlik və konsulluq əməkdaşlanm çıxardığı da göstərilirdi.
Qeyd etmək lazımdır ki, müharibə başladıqdan sonra Türkiyədəki
rusların mənafelərini qorumaq səlahiyyətini İtaliya İspan səfirliyinə verdi.
Rusiyadakı türklərin mənafelərini isə ABŞ və İran səfirlikləri qorumalı
idilər'”. Oktyabrın 31-də rus səfiri M. Girs İstanbulu tərk etdi'”.
Cəbhələrdə döyüşən rus diviziyalarının sayı 1914-cü ildə aylar üzrə
108, 1915-ci ildə 108-128, 1916-cı ildə 136-158, 1917-ci ildə 159- 288,
1918-ci ildə isə müharibədən çıxmaqla bağlı dağıldı'“".
93
Rusiya ilo Türkiyənin Azərbaycan planlarını reallaşdırmaq üçün
çarpışdıqları əsas cəbhə Qafqaz cəbhəsi idi. Rusiya tarixçisi A. A. Krcder
yazır ki, Batumdan Urmiyə gölünə qədər uzanan Qafqaz cəbhəsi 350 km.
idi'’". Türk tədqiqatçısı İsmet Görgülü bu cəbhəni - Qafqaz (Şərq) cəbhəsi
kimi Qara dənizdən İran içlərinə uzanan və türklərlə rusların çarpışdığı
cəbhə adlandırır’''^
Qafqaz ordusu rus imperatorunun Qafqazdakı ali canişini Voront-
sov-Daşkovun komandanlığı ilə 1914-cü ilin avqustunda formalaşdırıldı.
Noyabrın əvvəlində Qafqaz ordusunun ümumi sayı 150 batolyon idi. S. D.
Sazanovun sözlərinə görə, 1914-cü il oktyabrın sonunda Rusiyanın
Qafqazda 200 minlik ordusu var idi’’'^ Rusiya Türkiyəyə qarşı mübarizədə
türk Ermənistanı və İstanbul uğrunda döyüşürdü.
Rus Qafqaz ordusu beş qrupa bölünmüşdü. Birinci qrup üç dəstədən -
Sarıqamış, Olt və Kağızman dəstələrindən ibarət idi. İkinci qrup İrəvan,
Makin və Güney Azərbaycan dəstələrinə bölünürdü. Üçüncü qrup Rion və
Çorox dəstələrinə, Mixaylovsk (Batum) qalası qarnizonuna ayrılmışdı.
Dördüncü qrup üç dəstədən - Rus-İran sərhəd dəstəsi, Ərdəbil və Qəzvin
dəstələrindən ibarət idi. Onlar Güney Azərbaycana nəzarət etməli və
Ənzəli-Tehran şosse yolunu qorumalı idilər. Beşinci qrup Tiflis rayonunda
ehtiyat dəstəsi idi. Bundan başqa, arxa ordu dəstəsi var idi’'*'*.
Qafqazda Türkiyəyə qarşı üç korpus nəzərdə tutulurdu. 19 №li
səfərbərlik cədvəlinə görə, Qafqaz hərbi dairəsində 143 batalyon (təxminən
9 piyada diviziya), 211 eskadrom və 600 top var idi'■'^
Başqa bir kitabda isə Rusiyanın Qafqazdakı ordusunun sayı barədə
fərqli məlumat verilir. Göstərilir ki, Rusiyanın Qafqaz ordusunun tərkibində
114
batalyon, 127 yüzlük və 304 top var idi’'“.
Türk tarixçisi Yusuf Hikmet Bayur Rusiyanın Qafqazda 200 minlik
ordusu olduğunu yazır''*’.
Başqa bir kitabda yazılır ki, 1914-cü ilin qışı üçün rus Qafqaz
ordusunda 153 batalyon, 175 yüzlük, 350 top var idi. Onlardan döyüşən
cəbhədə 114 batalyon, 127 yüzlük, 304 top var idi. Qalanları arxanı
qoruyurdu'^*.
Rus komandanlığının planı belə idi; 1. Sarıqamış-Kars-Tiflis dəmir
yolu kommunikasiyanı qorumaq; 2. Bakı şəhərini və neft mədənlərini
mühafizə etmək; 3. Türklərin Qafqaz ərazisinə daxil olmasına imkan
verməmək.
94