Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə33/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   29   30   31   32   33   34   35   36   ...   99

Osmanlı  dövlətinin  müharibə,  o  cümlədən,  Qafqaz  və  Azərbaycan 
planlarını  reallaşdırmasma  mane  olmaq  üçün  Antanta  dövlətləri,  ilk 
növbədə, Rusiya hücuma keçərək müxtəlif vasitələrdən istifadə etdilər. Baş 
komandan  Rusiya  ali  baş  komandanlığındakı  ingilis  generalı  Vilyamsa 
Qafqaz  cəbhəsində  türklərin  təzyiqlərini  zəiflətməkdən  ötrü  Türkiyənin 
xeyli  çox  olan  hissiyyatlı  və  zəif  yerlərinə  təsir  etməyin  arzu  olunan 
olduğunu söylədi'*^''. Lakin Rusiya tarixçisi V. A. Yemets rus qərargahının 
strateji  planda  Qafqaza  ikinci  dərəcəli  cəbhə  kimi  baxdığım  yazır. 
Müttəfiqlərin  ümumi  mənafeyi  isə  Qafqazda  türklərin  uğur  qazanmasına 
yol  verməməyi  tələb  edirdi.  Buna  görə  də  Osmanlının  həssas  yerindən 
vurmaq  lazımdı.  V.  A.  Yemets  bununla  əlaqədar  olaraq  yazır  ki,  böyük 
Knyaz  Nikolay  Nikolayeviç  rus  qərargahmdakı  ingilis  generalı  Vilyamsa 
Türkiyənin daha zəif və hissiyyatlı yerlərinə təsir etməyi tövsiyə etdi'™. 
İngilis tarixçisi V. V. Qotlib isə bu məsələni belə şərh edir. 1914-eü ilin 
payızında Qafqazda mürəkkəb vəziyyət yarandı. Ordu S. D. Sazo- novun 
ümidlərini müstəqil surətdə doğrulda bilmədi. Ali baş komandan Nikolay 
Nikolayeviç  dekabrın  30-da  öz  qərargahında  ingilis  nümayəndəsi 
Vilyamsdan  soruşdu  ki,  İngiltərə  “Osmanlı  ordusunu  onun  daha  ineə  və 
həssas yerlərindən ayırıb Türkiyəyə təsir edə biləmıi?”’’’. 
Digər ingilis tarixçisi A. L. Makfai də bunu təsdiq edir. Lakin təklifin 
edildiyi  tarixi  fərqli  göstərir.  O  yazır  ki,  yanvarın  21-də  Qafqazda  rus 
ordularına  komandanlıq  edən  böyük  hersoq  Nikolay  Qafqazda  türklərin 
təzyiqini yüngülləşdirmək üçün Qərb müttəfiqlərinə türklərin bu və ya digər 
“ən ineə və təsirli yerinə” təzyiq göstərəcəklərini və bununla da, ona kömək 
edə  biləcəklərini  öyrənmək  üçün  müraciət  etdi.  Növbəti  həftə  ərzində 
Böyük Britaniya və Fransa bir neçə mümkün aksiyaları gözdən keçirərək 
müsbət  cavab  verdilər’’^  Müttəfiqlər  ilk  növbədə.  Osmanlının  həssas 
nöqtələrini  vurmaq  üçün  Güney  İraqda,  sonra  isə  Çanakkalada  iki  cəbhə 
açdılar.  Beləliklə,  Osmanlı  dövləti  müharibənin  başlanğıcından  dörd 
cəbhədə savaşmaq məcburiyyətində qaldı. Sonralar cəbhələrin sayı daha da 
artırıldı. İkinci, müharibə başlanmazdan hələ çox əvvəl çarizm tərəfindən 
təşkilatlandırılmış və silahlandırılmış ermənilər hərəkətə keçərək dinc türk 
əhalisini qırmağa və ölkə daxilində yeni cəbhə açmağa başladılar. Üçüncü, 
çarizm Azərbaycandakı türkçüləri və islamçıları pantürkçü və panislam- çı 
adı ilə sıxışdırmaq, azərbaycanlıları müxtəlif bəhanələrlə işdən çıxartmaq 
işinə girişdi. Dördüncü, Osmanlı imperatorluğu ərazisində 
98 


kəşfiyyat işi güclonclirildi. Beşinci, tayfalararası ixtilaflar qızışdırıldı və s. 
Türkiyə  ilə  müharibə  başlayan  kimi  rus  hökuməti  imperiyanın  hər 
yerində  Azərbaycan  türklərini  sıxışdırmağa,  işdən  çıxartmağa  və  gö- 
zümçıxdıya salmağa başladı. 
Rusiya  Qafqazda  və  Quzey  Azərbaycanda  əlan  almanlara  qarşı  da  ən 
ciddi  cəza  tədbirlərinə  əl  atdı.  1915-ci  ildə  Rusiya  hökuməti  alman 
millətindən  olan  təbəələrin  torpaq  mülkiyyətini  ləğv  etmək  barədə  qanun 
verdi.  Almanlar,  o cümlədən,  Azərbaycan  almanlarının  böyük  əksəriyyəti 
Sibirə sürgün edildi'”. Yalnız 1917-ci il fevral inqilabından sonra bu proses 
dayandırıldı. “Тифлисский листок” qəzetinin məlumatına görə, Qafqazda, 
o cümlədən, Tiflisin Mesxet rayonunda alman dilində danışanlar 3.000 rubl 
cərimə edilməli idilər’”. 
Osmanlı  imperatorluğunun  Qafqaz  siyasətini  həyata  keçirməyə  mane 
olmaq üçün işə salman digər incə və həssas yeri ölkədə fəaliyyət göstərən 
missioner  təşkilatları  idi.  Birinci  dünya  müharibəsi  ərəfəsində  Amerika 
Missionerlər Cəmiyyətinin 70 əsas stansiyası, 256 filialı, 9 qospitah, 25 min 
şagirdi  olan  426  məktəbi  mövcud  idi.  Türkiyə  ərazisində  iki  iri  xristian 
gənclər  assosiasiyası  fəaliyyət  göstərirdi:  “The  Younq  Mcn's  Christian 
Assosiation”  və  “The  Younq  Womens  Christian  Assosiation.  Onların  hər 
birinin  1000  nəfər  üzvü  var  idi.  Assosiasiyanın  çoxlu  filialları  da 
yaradılmışdı.  Bu  və  ya  digər  təşkilatlar  əsasən  amerikan  agentləri 
hazırlayırdı.  Onlar  agentlərini  başlıca  olaraq  Türkiyədə  yaşayan 
ermənilərdən seçirdilər'”. Bununla əlaqədar olaraq Türkiyə tarixçisi Ömər 
Turan yazır ki, birinci dünya savaşı öncəsində Osmanlı imperatorluğunda 
1500-ə  qədər  missionerlik  məktəbində  120.000-dək  şagird  təhsil  alırdı. 
Müəllif Türkiyədəki bulqar, erməni və yunanların bölücülük fəaliyyətində 
missionerlik  hərəkətlərinin  bilavasitə  təsiri  olduğunu  göstərir'”.  Bütün  bu 
təşkilatlar  Osmanlı  imperatorluğunun  Qafqaz,  o  cümlədən,  Azərbaycan 
siyasətinin həyata keçirilməsinə ölkə daxilində əngəllər yaradırdı. 
Sarıqamış  döyüşündən  sonra  ruslar  Qafqaz  cəbhəsindəki  ordularının 
üçdə  birini  çıxarıb  başqa  tərəfə  apararaq  yerinə  dəyərsiz  kazak  dəstələri 
yerləşdirdilər'”. Ayrılan ordu hissələrinin bir qismi İstanbulu işğal etmək işi, 
digər bir qismi isə Avstriya və Almaniya ilə müharibə üçün göndərildi'”. 
Bununla belə, Qafqazda Rusiya üçün təbii savaş yeri türk cəbhəsi idi. 
1915-ci ilin yanvarın əvvəllərində rusların Qafqazda vəziyyəti 
99 


ağırlaşdığına  görə  çarizm  əlavə  tədbirlər  gördü”’.  Bu  dövrdə  Qafqaz 
cəbhəsi  Qara  dənizdən  Təbrizə  qədərki  ərazini  əhatə  edirdi.  Burada 
Rusiyanın 111 batalyonu, 212 yüzlüyü, 364 topu var idi. Kars rayonunda 
ehtiyat  üçün  28  batalyon,  36  yüzlük,  64  top  hazırlandı""’.  Azərbaycanda 
əsir  düşərgələri  yaradıldı.  1915-ci  ilin  fevralında  Nargin  adasında  hərbi 
əsirlər üçün həbsxana-kazarma tikintisinə başlanıldı'"'. Türk əsirlərinin Bakı 
şəhəri  küçələrindən  keçərək  gəmi  ilə  Nargin  adasına  aparılması  və  rus 
ordularının  qələbəsi  şərəfinə  dualar  oxunması  azərbaycanlıların  dini  və 
milli  hisslərinə  mənfi  təsir  edirdi.  Rus  hakimiyyət  orqanlarının  təqibləri 
azərbaycanlıları  türk  əsirləri  ilə  görüşməkdən  çəkindirə  bilmirdi. 
Azərbaycan türkləri xəlvəti yolla türk əsirləri ilə əlaqələr qumr, yardım edir 
və  hətta  öz  həyatlarını  təhlükədə  qoyaraq  həbsxanadan  qaçırılmasma 
çalışırdılar.  Bakı  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin  üzvü  Sona  Xanım 
Hacıyeva,  Comiyyətin  sədri  İsmayıl  bəy  Səfərəliyevlə  birlikdə  şəhər 
lazaretinə gedərək xəstə türk əsirlərinə yardım etdi. O, hər həftənin cümə 
günləri Nargin adasına gedərək əsirlərə baş çəkirdi 
Azərbaycanlılar türk əsirlərinə təkcə mənəvi yardımçı olmurdular, eyni 
zamanda  böyük  xərclər  və  risk  hesabına  onları  qaçırmağa  da  səylər 
edirdilər.  1915-ci  ilin  iyulunda  Nargindəki  həbsxanadan  türk  zabitlərinin 
qaçırılması  yalnız  Qafqazda  deyil,  bütün  imperatorluqda  böyük  əks-səda 
doğurdu.  Nargin  adası  həbsxanasının  komendantı,  polkovnik  Poltoratski 
Bakı  şəhər  jandarma  idarəsinə  verdiyi  raportda  yazırdı  ki,  həbsxanadan 
qaçırılan türk zabitləri kapitanlar Süheyl İzzet, Ferqat Turşun, Şükrü Şaban 
bəy,  poruçik  Osman  Nuri  Abdulla,  podporuçik  Yusuf  Ziya,  praporşik 
Hüseyn Helmi, Fikret Şakir və Yusuf İbrahimdir'"". Lakin Bakı quberniya 
Jandarma  idarəsinin  axtarış  üzrə  rəisi,  polkovnik  Leontyev  Qafqaz 
canişinliyinə  göndərdiyi  1915-ci  il  3  sentyabr  tarixli  məxfi  məktubunda 
həbsxanadan  qaçırdanlar  arasında  Osman  Nuri  Abdullanın  adının  səhv 
göstərildiyini  yazırdı.  Əslində  onun  əvəzində  poruçik  Mustafa  oğlu 
qaçınimışdı'*''. 
Çarizm hakimiyyət orqanları qaçırdanların məsələsi ilə əlaqədar cinayət 
işi qaldırdı. Qaçqınlara baş çəkən Sona xanım Hacıyeva, şəhər milyonçuları 
İsmayıl  bəy  Səfərəliyev,  Murtuza  Muxtarov  və  Acar  bəy  Aşurbəyov 
istintaqa cəlb edildilər'"". 
Qaçırılma  işinin  təfərrüatını  öyrənmək  üçün  agentura  fəaliyyəti 
gücləndirildi.  Erməni  A.  B.  Akopovun  Qafqaz  canişinliyinə  yazdığı 
məktubda əsirlərin qaçırılması prosesi barədə məlumat vardır. Ako- 
100 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə