Müliariboyo hosr edilmiş digor bir kitabda göstərilir ki, Qafqaz ordusu
Rusiyanın Türkiyə ilə sərhədlərini qorumalı idi. Yalnız ən ağır vəziyyətdə
Bakının sol cinahınadək, mərkəzdə Güney Qafqazla Rusiyanın mərkəzini
birləşdirən hərbi Gürcüstan dəmir yoluna qədər geri çəkilmək olardı'"
Qafqazda dəmir yolu və nəqliyyat sarıdan Rusiya Türkiyədən xeyli
üstün idi.
Qafqaz cəbhəsinin yaxınlığı ilə əlaqədar olaraq bir sıra müəssisələrin
əmlakı Qafqaz ordusu baş komandanlığının 1914-cü il 3
noyabr tarixli əmri
ilə Bakıdan vo b. şəhərlərdən çıxarıldı'"".
Rus diplomatiyası Almaniyanın türk boğazlarına yiyələnməsinə mane
olurdu. 1 lələ 1913-cü ilin dekabrında Xarici İşlər naziri S. D. Sa- zonov çara
bildirmişdi: “Boğazların Almaniyaya verilməsi Rusiyanın cənubunun bütün
iqtisadi inkişafını bu dövlətə tabe etdirməyə bərabər olardı'"'.
Vudro Vilson yazırdı ki, Rusiya Böyük Pyotr vaxtından İstanbula və
Dardanelə acgözlüklə baxmağa başladı. Rusiya cənub dənizlərində azad
ticarətə nail olmağa çalışırdı. O vaxtdan bəri İngiltərə həmişə Rusiyaya
mane olmağa və Bosfor üzərində nəzarəti həyata keçirən sultan
hakimiyyətinə yardım etməyə çalışırdı'"’.
Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan bir sənəddə
deyilir ki, Rusiya Şərqi tutmağı həmişə arzu etmişdir. 1672-1725-ci illərdə
rus hökmdarı olmuş I Pyotr Xivə və Buxaranı keçərək Hindistanı tutmağa
çalışırdı. 1914-cü ildə Dehli hələ ingilislər tərəfindən tutulmamışdı. 1 Pyotr
Amu-Dəryaya qədər qoşun göndərdi. 1717-ci ildə
0, Bəyoviçin güclü
dəstəsini göndərdi. Lakin komandan Xivədə öldü. 1722-ci ildə Pyotr 30 min
nizami, 70 min qeyri-nizami ordu ilə Dərbəndə hücum etdi, 1723-cü ildə
İranla sülh bağladı. Sülhə görə, Rusiya Dərbənd, Bakı, Gilan, Mazandaran
və Astrabadı aldı. 1 Pyotrun ölümündən sonra Bakı İrana qaytarıldı. Məhz I
Pyotrun ölümündən sonra ermənilərlə daimi əlaqələr qunıldu. 1762-1796-cı
illərdə imperator olmuş 11 Yekaterina 1796-cı ildə Hind layihəsini yaratdı.
O, Zu- bovun başçılığı ilə 20 minlik qoşunu İrana və Tibetə göndərdi. Zubo-
vun dəstələri Quba, Bakı və Gəncə xanlığını işğal etdi. Lakin Yekat- rinanm
ölümü ilə qoşunlar geri çağırıldı. XVIII əsrdən başlayaraq Şərq məsələsində
Rusiya ilə İngiltərə arasında gizli diplomatik mübarizə kəsilmədi. XVIII
əsrdə və XIX əsrin əvvəllərində İngiltərə müstəmləkələr uğrunda Fransa ilə
açıq mübarizəyə başladı'"". Boğazlara
95
Rusiyanın xüsusi diqqət verməsi əbəs deyildi. Rusiyanın neft, nıar- qans və
taxıl ixracının 70-90%-i türk boğazlarından keçirdi. Bakı neftinin dünyaya
bir əlverişli çıxış yolu var idisə, o da boğazlar idi'-'^''. Müharibənin
başlanması ilə Novorossiysk və Batum limanları bağlandı. Rusiyanın neft
ixracı zəifləyərək dayanmaq həddinə çatdı'”. “Russ- koe slovo” qəzeti
yazırdı ki, Türkiyənin müharibəyə qoşulması ilə Rusiya gəmilərinin Qara
dənizdə üzməsi dayandı. 1914-cü il neft sənayesi üçün əlverişsiz oldu və
neft sənayesi dayandı. Neftin qiyməti 42- 45 qəpikdən 21-qəpiyə düşdü'”.
Rusiyanın Quzey Azərbaycanın sərvətlərinə artıq sahib olması və Güney
Azərbaycanın təbii sərvətlərinə yiyələnməyə can atması bu yolun
əhəmiyyətini xeyli artırırdı'”. Boğazlara gedən quru yolu Azərbaycandan
keçirdi.
1914-cü ilin noyabrın sonunda imperator II Nikolayın qatarla Bakı-
dan-Biləcəridən keçərək Tiflisə səfərinə nəzarət işini təşkil edən Daxili İşlər
nazirinin müavini, general-mayor Çunkovskini qarşılamaq üçün Bakı şəhər
rəisi, polkovnik L. İ. Martınov və köməkçisi, podpolkovnik V. İ. Nazanski
getdilər. İmperatorun qarşılanması üçün Biləcəndə düzəldilən mərasimdə
müsəlman, xristian və iudey dinlərinin xadimləri durmuşdular. Sonrakı
yerləri şəhərin və quberniyanın vəzifəli şəxsləri tuturdu. Daha sonra şəhər
Dumasının
nümayəndələri, upra- va üzvləri M. H. Hacmski, İ.b.
Heydərov,
müsəlmanların fəxri nümayəndələri H. Z. Tağıyev və Ağamusa Nağıyev
başda olmaqla heyətlər və b. dayanmışdı'”.
Noyabrın 26-da II Nikolay Tiflisdə şiə məscidinə gedərək Güney
Qafqaz şeyxülislamı Axund Məhəmməd Pişnamazzadə ilə görüşdü.
Şeyxülislamın oxuduğu duaları rus dilinə çevirdilər. II Nikolay təbriki
dinləyərək təşəkkür edib məsciddən çıxdı. O, sonra sünni məscidində müfti
Hüseyn Əfəndi Qayıbovia görüşdü və müsəlmanları salamladı'”. Qayıbov
təbrik nitqini rusca söylədi.
II Nikolay erməni katolikosu V Gcvorla görüşdü və noyabrın 26-da
axşam saat 4:28-də Tiflisdəki “Erməni Qafqaz xeyriyyə cəmiyyəti”n- də
oldu'”. İmperator ayrıca olaraq V Gevorku qəbul etdi.
Noyabrın 29-da II Nikolay müsəlman deputatlarla görüşdü. Bu görüşdə
Adil xan Ziyadxanov nitq söylədi. Nümayəndə heyətinin tərkibinə
İmaməddin Sübhanxutov, Nadir bəy Qayıbov, Cabbar Şıxıyev, Hacı Əziz
İmamov, Hacı Hüseyn Hacıyev və b. daxil idi'”.
Dekabrın 2-də imperator geri qayıdarkən Yelizavetpol stansiyasında
yolüstü görüşlər keçirtdi. Qubernatorun
köməkçisi Həmid bəy Zül-
96